GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Müsyö Rambal Koşenin Media Reyestri

Müsyö Rambal Koşenin Media Reyestri

Tarix: 6-02-2023, 18:36 Bölmə :GündəmXəbər / Manşet Baxış: 749

Azərbaycanda informasiya siyasətinin yönləndirilməsi ilə məşğul olan vəzifəli şəxslər həmişə hakimiyyətə “ayı xidməti” göstərməyə çalışıblar və necə deyərlər, “qaş düzəltmək əvəzinə vurub göz çıxarıblar”. Oliqarxların, monpolistlərin, korrupsioner məmurların mənafeyinə xidmət edən, onları ictimai qınağın obyektivinə tuş gəlməkdən qoruyan Əli Həsənov kimilər, Vüqar Səfərli kimilər əməllərinin mənfi nəticələri ortaya çıxandan sonra səhnədən uzaqlaşdırıldılar. Mətbuat Şurası nüfuzdan düşdü, KİVDF ləğv olunaraq onun bazasında “Media haqqında” yeni qəbul edilən Qanun əsasında Mediaya Dəstək Agentliyi yaradıldı.

İlk əvvəl Media Reyestrindən keçməyə dəvət olunan jurnalistlərə bu prosedurun könüllü olduğu deyilsə də, indi MEDİA Agentliyinin sədri Əhməd İsmayılov reyestrə düşməyən jurnalistlərə “siz yoxsunuz” deyir. Bu isə ictimaiyyətə bir mesajdır. Sabah Əhməd İsmayılovun ağzından söz alan məmurlar, idarə, müəssisə, təşkilat rəhbərləri, ümumiyyətlə, bütün vəzifəli şəxslər jurnalistlərdən məhz MEDİA-nın verdiyi vəsiqələri tələb edəcəklər. O vəsiqələri daşımayan jurnalistlərə isə “siz yoxsunuz” deyib informasiya verməkdən imtina edəcəklər. Və bütün bu maneələr MEDİA-nın reyestrə düşməyən kütləvi informasiya vasitələrini məhkəməyə verib fəaliyyətini dayandırmasına kimi davam və inkişaf edəcək. Bəli-bəli, vaxtilə Ədliyyə və Vergilər nazirliklərində qeydiyyata alınmış, Azərbaycan Respublikası Konstitusiyasının qanunlarına uyğun olaraq, fiziki və ya hüquqi şəxs kimi müstəqil fəaliyyət göstərən KİV-in bağlanılması qətiləşib. Bu isə minlərlə qələm adamının iş yerini itirməsi deməkdir və dövlətin sosial siyasətinə daban-dabana ziddiyyət təşkil edir.

Bir sözlə, əvvəllər Mətbuat Şurası “qara siyahı” ilə KİV-in azad sözünü boğmağa çalışırdısa, indi də MEDİA ixtira etdiyi “ağ siyahı” ilə eyni işi görməyə çalışır. Qabağa verməyə fiqur da tapılıb – Media Agentliyinin icraçı direktoru Əhməd İsmayılov! Bu gün MEDİA-ya rəhbərlik edənin keçmişinə baxanda adamın ölkədən çıxıb getməyi gəlir. Bu adam korrupsiya yuvası kimi tanınan Ziya Məmmədovun rəhbərlik etdiyi Nəqliyyat Nazirliyində hüquqşünas, qumarbaz Qüdrət Qurbanovun da Dövlət Dəniz Administrasiyasında aparat rəhbəri işləyib. Xatırladaq ki, çirkab içində olduqlarına görə həmin qurumlar artıq Prezident tərəfindən ləğv edilib. İndi belə bir korrupsiya bataqlığından çıxmış Əhməd İsmayılov azad media fəlsəfəsini necə anlaya bilər? Nəticə budur ki, o, heç də köhnə sələflərindən fərqlənmir. Bu gün media aləmində müşahidə etdiyimiz mənzərə belə deməyə əsas verir. Əgər belə olmasaydı, Əlinin papağını Vəlinin başına, Vəlinin papağını Əlinin başına qoymaqla azad medianı müasir üsulla yox etməyə iddialı olmazdılar.

Hamıya gün kimi aydındır ki, “mən xalqımın xidmətçisiyəm” deyən Prezident İlham Əliyev Azərbaycanda yeganə məmurdur ki, jurnalistlərin suallarından yayınmağa çalışmır. Dövlətimizin başçısının Vətən müharibəsi dövründə xarici, hətta ermənipərəst jurnalistlərin suallarını necə cavablandırması, onları necə tutarlı arqumentlərlə yerində oturtması hamınızda iftixar hissi doğurdu, sərkərdəliyi ilə diplomatik məharətinin necə mütənasib olduğunun şahidi olduq. Ancaq dəbdəbəli villalara, bahalı avtomobillərə, çoxsaylı obyektlərə, xaricdə şirkətlərə malik olan məmurlara hansı maaşla bunca varidata yiyələnmələrini soruşmaq üçün heç bir müstəqil jurnalist yaxınlaşmağa yol tapmır, yaxına buraxmırlar. Ancaq dünənə qədər Mətbuat Şurasının çətiri altında olanlar korrupsioner icra başçılarının padşahlıq etdiklərii əyalətlərdə necə “mütərəqqi” işlər gördükləri barədə palaz-palaz səhifələr yazmağı bacarırdılarsa, hətta həmin yazılara görə KİVDF-dən maliyyə dəstəyi də alırdılarsa, bu gün də Media Reyestrinə düşən qəzet və saytlar həmin işi rahat görə biləcəklər. Peşə lətifələri yazan bir yumorist həmkarımızın səlis ifadə etdiyi kimi, “Müsyö Rambal Koşenin oyuncaqları” olan sözəbaxan jurnalistlər arxayındırlar ki, son illərdə həbs olunan, milyonları taladıqları aşkarlanan icra başçılarını təriflədiklərinə görə onlara “gözün üstə qaşın var” deyən olmadığı kimi, əvvəl necə KİVDF vasitəsilə dövlət vəsaitini talayıblar, bundan sonra da MEDİA vasitəsilə yal yeyəcəklər. Əhməd İsmayılov arxayındır ki, Əli Həsənov işdən azad olunsa da, həbs olunmadı, Əflatun Amaşov deputat mandatından və Şura sədrliyindən əl çəkməyə vadar olsa da, “Xalq qəzeti”nə baş redaktor təyin edildi. Vüqar Səfərli isə törətdiyi cinayət əməllərinin yalnız birinə görə - jurnalistlər üçün tikilən binanın maliyyəsindən əliəyrilik elədiyinə görə məsuliyyətə cəlb olundu. Halbuki, ondan jurnalistlər arasında mənzil bölgüsündəki ədalətsizliyə görə də, müsabiqələrə ayrılan pulları təyinatı üzrə və səmərəli xərcləmədiyinə görə də hesab sorulmalıydı. Əhməd də bilir ki, gələcəkdə sələflərinin aqibətini bölüşəcəksə də,  ən pis halda bu vəzifəni itirib başqasına keçiriləcək. Bu nöqteyi-nəzərdən, ən böyük qəbahətimiz hər kəsi öz adı ilə çağırmamağımızdır. Ucadan deməliyik ki, “Əhməd bəy, Media Reyestrinə düşməyən jurnalistlər “yoxa çıxmırlar”, əksinə, o reyestrə düşənlər yoxa çıxırlar, dövlətdən pul, mənzil alan jurnalistlərin dilləri gödəlir, övladları polis rəisi, prokuror köməkçisi vəzifəsinə düzələn jurnalistlərin ağızları bağlanır.             

Qəti söz: “MEDİA haqqında” qanuna təcili müdaxilə edilməzsə, bu qanunun mürtəce müddəalarının işləkliyi durdurulmazsa, o zaman Azərbaycanda AZAD MƏTBUATın dəfni qətiləşəcək. Bu isə xalqdan çox, onu idarə etmək istəyənlərə PROBLEMDİR, PROBLEMƏ ÇEVRİLƏCƏK… NECƏ? Bu, gün kimi aydındır… Kiməsə aydın deyilsə, deməli, bu gerçəkliyi görəcək əqidədə deyil və belə olan təqdirdə əlavə izahata da ehtiyac yoxdur…


Şirin Cəfəri

“Gündəm Xəbər”

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Əli Həsənov da, onun mediası da GEDƏCƏK - Bəs Əhməd İsmayılov NƏ ECƏCƏK?

    Əli Həsənov da, onun mediası da GEDƏCƏK - Bəs ...

    14-01-2021, 16:30

  • 
  • Mənzil alan jurnalistlərə açarlar təqdim edildi

    Mənzil alan jurnalistlərə açarlar təqdim edildi ...

    24-12-2013, 17:07

  • 
  • Jurnalistlərə səslənən icraçı direktora dəstək olmağa hazırıq

    Jurnalistlərə səslənən icraçı direktora dəstək ...

    23-01-2021, 17:19

  • 
  • Əhməd İsmayılovun vahid kart siyasəti – Mətbuata inzibati amirlik üsullarının gətirilməsi nəyə xidmət edir?

    Əhməd İsmayılovun vahid kart siyasəti – Mətbuata ...

    2-03-2021, 11:48

  • 
  • MTRŞ və KİVDF-də YENİ TƏYİNATLAR: - Media cameəsinin hansı gözləntiləri var?

    MTRŞ və KİVDF-də YENİ TƏYİNATLAR: - Media ...

    7-04-2020, 19:31


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (385)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu