GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Bu klinikanın direktoru istefa verdi - Gəray Gəraybəylinin rektoru olduğu ATU-da nə baş verir?

Bu klinikanın direktoru istefa verdi - Gəray Gəraybəylinin rektoru olduğu ATU-da nə baş verir?

Tarix: 1-03-2023, 14:01 Bölmə :GündəmXəbər / Manşet Baxış: 608

Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasının direktoru professor Surxay Novruz oğlu Musayev vəzifəsindən istefa verib.


Gundemxeber.az-ın qaynarinfo-ya istinadən əldə etdiyi məlumata görə, universitetin rektoru Gəray Gəraybəyli artıq Surxay Musayevin istefasını qəbul edib.

Əldə etdiyimiz digər məlumata görə, 2020-ci ilin 26 martında bu vəzifəyə təyin olunan Surxay Musayevin istefa verməsinin səbəbi aylardır tibb işçilərinə əmək haqlarının verilməməsidir. Hazırda həkim kimi klinikada fəaliyyətini davam etdirən professor və ATU rəhbərliyi tibb işçilərinin əmək haqlarının ödənilməsi üçün çıxış yolu axtarırlar. 



Səhiyyə sistemində aparılan islahatlar görünür Azərbaycan Tibb Universitetinə və onun nəzdindəki təşkilatlara hələ də çatmayıb. Dövlət vəsaiti hesabına tikilərək 2010-cu ildə istifadəyə verilən, ümumi sahəsi 25 min kvadratmetr olan 14 mərtəbəli, 400 çarpayılıq stasionar və məsləhət-diaqnostika şöbələrinə malik klinikada hər gün 400 xəstənin stasionar, 300-350 nəfərin isə ambulator qaydada müalicəsi nəzərdə tutulub. Buna baxmayaraq, hələ də dövlətin vəsaiti hesabına qorunub-saxlanılan kilinika müəmmalı səbəblərdən xəstə tapa bilmir. Nəticədə aylardır tibb işçilərinin əmək haqlarının verilməsində problemlər yaşanır.

Qeyd edək ki, Tədris Terapevtik Klinikasının işçiləri maaşlarının verilməməsindən şikayət edib. ATU-nun bir qrup əməkdaşı hüquqlarının pozulduğunu iddia edir. İşçilər uzun zamandır maaşlarını ala bilmədiklərini və təhdid edilərək öz hesablarına məzuniyyətə göndərildiklərini qeyd ediblər. "Maaş almağımız üçün xəstəyə ehtiyacımız var”, deyə tibb işçisi bildirib.


Məsələ barədə ATU-nun mətbuat xidmətinin rəhbəri Günel Aslanova oxu.az-a açıqlamasında bildirib ki, ötən gün universitetin rektoru, professor Gəray Gəraybəyli və prorektorların iştirakı ilə şikayətçilərlə görüş olub: "Görüşün nəticəsində Elmi Şura keçirildi və xüsusi bir vəziyyət olaraq, qərar qəbul olundu ki, işçilərin ikiaylıq maaşı universitetin büdcəsindən ödənilsin. Bu gün onlar maaşlarını alacaqlar”.

O bildirib ki, Tədris Terapevtik Klinikasının kommunal xərcləri də ödəniləcək: "Şikayətçilərin digər şikayət etdikləri məsələlərlə bağlı araşdırma aparılır”.

Onu da qeyd edək ki, ATU-da edilən təyinatlar da bir neçə aydır söz-söhbətlərə səbəb olur. Belə ki, cəmi 4 ay əvvəl Türkiyənin Adnan Menderes Universitetinin dosenti Mücahit Avcil ATU-nun Tədris Cərrahiyyə Klinikasına direktor təyin olunub. Türkiyə mətbuatında yeni direktorun keçmiş fəaliyyətindən narazılığı əks etdirən xeyli məqaləyə rast gəlinir. "Sözcü” qəzetində isə Mücahit Avcilin baş həkim olduğu bir ildə əhalinin xəstəxanadan şikayətlərinin həddən artıq çoxaldığı qeyd olunur. Xüsusən poliklinika şöbəsində həkimlərin tapılmadığı vurğulanıb.




Adı müxtəlif qalmaqallarda hallanan Mücahit Avcilin Tədris Cərrahiyyə Klinikasına direktor təyin edilməsi də müəyyən şübhələr doğurur.

Xatırladaq ki, 25 fevral 2023-cü ildə "ATU-nun prorektorunun iki oğlu da yanında işləyir - Qanun buna icazə verirmi?” başlığı ilə yazı da dərc etmişdik. Belə ki, ATU tədris və müalicə işləri üzrə prorektoru Əliyev Sabir Cahan oğlunun çox sayda qohum-əqrabası, ona yaxınlığı ilə seçilən şəxslər də bu ali təhsil ocağında çalışır. Bu azmış kimi, Sabiq Əliyevin iki oğlu da - Samir Əliyev və Orxan Əliyev də ATU-da fəaliyyət göstərir. 

Əldə etdiyimiz digər məlumata görə, universitetin rektoru Gəray Gəraybəyli başda olmaqla ATU rəhbərliyində təmsil olunan digər şəxslərin də yaxınları müxtəlif vəzifələrdə çalışırlar. 


Gundemxeber.Az


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Azərbaycan səhiyyəsində "bespredel" baş alıb gedir - KİMDİR GÜNAHKAR?

    Azərbaycan səhiyyəsində "bespredel" baş ...

    11-10-2022, 18:18

  • 
  • Gəray Gəraybəylinin rektor təyin olunması nəyi dəyişdi? - İDDİA

    Gəray Gəraybəylinin rektor təyin olunması nəyi ...

    26-03-2019, 15:37

  • 
  • Tibb Universitetinin rektorunu kimlər aldadır?

    Tibb Universitetinin rektorunu kimlər aldadır? ...

    14-05-2018, 15:04

  • 
  • ATU-nun Tədris Terapevtik klinikasında nə baş verir? - İTTİHAM

    ATU-nun Tədris Terapevtik klinikasında nə baş ...

    18-09-2019, 12:55

  • 
  • Tibb Universitetinin rektorunu kimlər aldadır?

    Tibb Universitetinin rektorunu kimlər aldadır? ...

    22-05-2017, 13:26


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (469)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
casino
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu