Bu gün Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasına yeni direktor təyinatı olub. Səhiyyə nazirinin əmri ilə türkiyəli "mütəxəssis", Adnan Menderes Universitetinin Tibb fakültəsinin təcili tibbi yardım kafedrasının dosenti Mücahit Avcil klinikanın direktoru təyin edilib.
Yeni direktoru səhiyyə nazirinin müavinləri İlqar Qasımov, Rasim İsmayılov və ATU-nun rektoru, professor Gəray Gəraybəyli kollektivə təqdim edib. Təqdimat mərasimində auditoriya qarşısında nizam-intizamı pozan səhiyyə nazirinin iki müavini, professorlar qarşısında hörmətsizlik edərək ayaqüstə deyil, oturmaqla çıxış ediblər. Amma buna baxmayaraq, ATU-nun rektoru Gəray Gəraybəyli kollektiv qarşısında etikadan kənar heç bir hörmətsizliyə yol vermədən ədəb-ərkanla çıxış etmişdir. Təsəvvür edin ki, Səhiyyə Nazirliyinin yuxarı eşelonunda təmsil olunan şəxslər ali kontingentin qarşısında nizam-intizamı kobud şəkildə pozurlarsa, görün indi səhiyyəmizin nizamı nə gündədir. Yayılan xəbərlərdə də göründüyü kimi, bu sistemdə vəziyyət heç də ürəkaçan deyil.
Nəzərə alsaq ki, bunadək klinikanın direktoru Azərbaycan vətəndaşı professor Surxay Hadıyev olmuşdursa, bundan sonra ölkənin gözünü kor qoyub öz mütəxəssislərimizə müraciət etməyib, Türkiyədən hansısa bir kadrı gətirib Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasına direktor təyin ediblər. Təqdimat mərasimində ən gülməli və ya ağlamalı hadisələrdən biri də o oldu ki, yeni təyin olunan direktor masadan bir-başa su putulkasını başına qaldıraraq, içib. Görünən odur ki, ölkə səhiyyəsində "bespredel" baş alıb gedir.
Sorğu
Yeni dizaynımız necədir?