GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Öz evimiz zəbt olunduğuna görə kirayələrdə qocalırıq – ŞOK MÜRACİƏT

Öz evimiz zəbt olunduğuna görə kirayələrdə qocalırıq – ŞOK MÜRACİƏT

Tarix: 14-03-2023, 13:10 Bölmə :GündəmXəbər / Manşet Baxış: 562


Bu günə qədər 4 otaqlı evi zəbt olunan ailə kirayələrə 30 min manatdan çox pul veriblər


Məlumdur ki, Ermənistanın 1988-ci ildən başlayaraq ölkəmizə hərbi təcavüzü, soyqırımı və deportasiya siyasəti nəticəsində 1 milyonadək soydaşımız öz daimi yaşayış yerlərindən məhrum olaraq məcburən köçkün düşmüş və respublikanın müxtəlif yerlərində, uşaq bağçalarında, məktəblərdə, yataqxanalarda və s. yerlərdə məskunlaşıblar.

 Təəssüflə qeyd edilməlidir ki, bəzi hallarda bu məskunlaşma digərlərinin mülkiyyət hüququnun pozulması ilə müşayiət olunub. Onlar arasında boş evləri zəbt edərək özlərinə yuva quranlar da az olmayıb.10 il əvvəlin məlumatına görə respublika üzrə şəxsi mənzillərdə məskunlaşan məcburi köçkünlər ailələrinin sayı 2998 təşkil edib. Paytaxt Bakıda 2168, Sumqayıt şəhərində 629 mənzildə məcburi köçkünlər yaşayıb. Azərbaycanda mülkiyyət hüququ ən çox pozulan və indiyəcən təmin olunmayan ailələrdən biri də Sumqayıtda yaşayan Ağakişiyevlər ailəsidir. Sumqayıtda tam qanuni 4 otaqlı evi zəbt olunan Ağakişiyeva Həqiqət Feytulla qızı “Gündəm Xəbər” qəzetinə göndərdiyi şikayət məktubunda yazır ki, evləri zəbt olunmamışdan onlar, həyat yoldaşına-Ağakişiyev Firuddin Balaqadaş oğluna uzun illər işlədiyi, Sumqayıt şəhərində yerləşən “Ximkombinat”dan (indiki Üzvi-Sintez Birliyi ) 1978-ci ildə verilən evdə yaşayıblar. Ailə üzvləri artığından onların mənzil sahəsi etdikləri müraciət əsasında artırılmış, ailəyə qaldıqları mənzil dövlətə təhvil verilmək şərtilə 1994 –cü ildə Sumqayıt şəhər İcra hakimiyyəti başçısının 21.04.1994-cü il tarixli, 391 saylı sərəncamı ilə yaşayış sahəsi 53,13 kvadrat metrdən ibarət 47-ci məhəllə, ev 13, mənzil 22-də 4 otaqlı ev verilmişdir. Lakin  mənzilin orderi əlində olan ailə sevincək təzə mənzilə köçmək istədikdə məlum olmuşdur ki, onların halal mənzili, qapısı qırılaraq Kəlbəcər qaçqınları Muxtarov Zakir Ədil oğlu, Muxtarova Solmaz Ədil qızı və onların ailəsi tərəfindən zəbt olunub: “O zaman ailəyə verilən evdə tikinti davam edirdi. Ümumiyyətlə bizim bina tam hazır deyildi, təhvil verilməmişdi. 


Kanalizasiya qoşulmamışdı, istilik, su, qaz xətti yox idi. Hətta mənzilin pəncərəsi belə qoyulmamışdı deyə biz həmin evə köçmədik ki, tam hazır olsun. Məcburi köçkünlər də evin sahiblərinin-bizim evdə olmamağımızdan istifadə edərək qapını qırıb evimizi zəbt etdilər. “Həyat yoldaşım rəhmətə gedənəcən (2019-cu ildə) öz evimizdə yaşamaq üçün uzun müddət mübarizə apardı, amma öz evində yaşamaq ona qismət olmadı. Arzu edirəm heç olmasa, övladlarımız öz evlərində yaşasın. Yoldaşımla bizim kimi Sumqayıtda evi zəbt olunmuş 66 ailə ilə birlikdə (bizə hətta “66-lar  deyirdilər) uzun müddət mülkiyyət hüquqlarımızı bərpa etmək üçün fəaliyyət göstərmişik. Biz o qədər Prezident Administrasiyana şikayətə gedirdik ki, artıq bizi görəndə orda deyirdilər ki, “66-lar” yenə  gəldi”. Bizim kollektiv və fərdi qaydada getmədiyimiz dövlət qurumu, döymədiyimiz qapı, yazmadığımız yer, görüşmədiyimiz məsul şəxs qalmadı, amma problemimiz indiyəcən öz müsbət həllini tapmayıb.


 Aidiyyati dövlət qurumlarına göndərilən rekord sayda məktublara, teleqramlara, müraciətlərə, çoxsaylı məhkəmələrə baxmayaraq, bizim məsələnin həllinə əsas cavabdeh olan “Qaçqınkom”un keçmiş sədri Əli Həsənovla və indiki sədri Rövşən Rzayevlə dəfələrlə görüşsək də bizə yalnız vədlər verilib ki, məsələ öz həllini tapacaq. 30 il ərzində Azərbaycan Respublikası Nazirlər Kabinetinə, Sumqayıt icra hakimiyyətinə və onun bütün icra başçılarına, Azərbaycanın İnsan Hüquqları üzrə  Müvəkkili olmuş (Ombudsman) Elmira Süleymanovaya, Baş Prokurorluğa, Ədliyyə naziri Fikrət Fərrux oğlu Məmmədova, Prezident Administrasiyasına, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə etdiyimiz mürciətlər nəticəsiz qalmışdır və bir qayda olaraq şablon cavablar verilmişdir.

Məsələn belə cavablar: “Bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 21 fevral tarixli 1346 nomreli Sərəncamına əsasən Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 1 iyul tarixli 298 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə “Dövlət Proqramı”na əlavələrə əsasən Bakı və Sumqayıt şəhərlərində başqa vətəndaşlara məxsus olan mənzillərdə müvəqqəti meskunlaşmış məcburi köçkün ailələrinin köçürülməsi məqsədilə yaşayış evlərinin tikilməsi nəzərdə tutulmuş və hazırda bununla bağlı işlər davam etdirilir”

Ya da Sumqayıt icra hakimiyyətindən, ”Qaçqınkom”dan eyni tipli cavablar gəlib ki: ”Dövlət Proqramına əlavələrin icrası ilə əlaqədar evlər tikildikdən sonra, yataqxanalarda müvəqqəti məskunlaşmış ailələrin, o cümlədən sizin mənzilinizdə məskunlaşmış məcburi köçkün ailəsinin köçürülməsinə qanunla nəzərdə tutulan qaydada baxılacaqdır”. Ya da :“Hazırda Komitənin balansında boş mənzil fondu olmadığı üçün həmin mənzildə müvəqqəti məskunlaşmış məcburi köçkün ailəsini başqa yaşayış sahəsi ilə təmin etməsi imkanı xaricindədir”.

Sərəncamın 2-ci bəndində deyilir ki, 1992-1998-ci illərdə məcburi köçkünlərin mıəskunlaşdıqları yerlərdən çıxarılmasına yol verilməsin. Yəni, məcburi köçkünlərin 1998-ci ilə qədər məskunlaşdıqları həmin evlərdən köçürülməsi dayandırılıb. Onlar o halda köçürülə bilər ki, həmin ailə başqa yerdə yerləşdirilsin, əks halda, evlərdən çıxarıla bilməzlər.

Əlbəttə qaçqınlar o zaman öz doğma el-obalalarını itiriblər. Biz bunu başa düşürük. Amma biz özümüz bunun nəticəsində evimizdən qaçqın, didərgin düşmüşük neçə illərdir. Didərgin düşmüş məcburi köçkünlərin yaşayış problemlərinin başqa mülkiyyətçilərin hesabına həll edilməsi Konstitusiya ilə yolverilməzdir. Zəbt olunan mənzilimiz 27.08.2007-ci il tarixdən bizim adımıza özəlləşdirilib və hamımız  indiyəcən elə o evdə qeydiyyatdayıq.

Məcburi köçkünlərin problemləri, o cümlədən yaşayış hüququnun təmin edilməsi məsələlərinin həlli kobud şəkildə mülkiyyətçilərin üzərinə atılıb. Bu problemlər təcili şəkildə öz həllini tapmalıdır. Şəxsi mənzil sahibi kimi mülkiyyət hüquqlarımız uzun müddət pozulub. Mülkiyyətçinin mülkiyyəti özlərinə qaytarılmalı, qaçqınlar isə dövlət hesabına yerləşdirilməlidir. Düzdür, məcburi köçkünlərin bir hissəsi mənzilllə təmin olunduğundan bəzi mülkiyyətçilərin  mülkiyyəti özlərinə qaytarılıb. Amma bizim mülkiyyətimiz hələ də qaytarılmayıb. Mənzilin boşaldılmasına dair ərizələr ilə müxtəlif dövlət orqanlarına etdiyimiz müraciətlər nəticəsiz qalmışdır. Bu səbəbdən həyat yoldaşım məhkəmə iddiası qaldırmaq məcburiyyətində oldu. Sumqayıt şəhər Məhkəməsinin 03 avqust 2011-ci il tarixli Qətnaməsi ilə evimizin boşaldılması haqda iddiamız təmin edilmişdir. Sumqayıt Regional Ədliyyə İdarəsinin Sumqayıt şəhəri üzrə icra şöbəsi 04 noyabr 2011-ci il tarixində icraata başlama haqqında qərar qəbul etmişdir.

Təssüflər olsun ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi artıq 12 ildir ki, icra edilmir. Bu mənim mülkiyyət və Konstitusiya ilə qorunan digər hüquqlarımın kobud pozuntusudur. Qətnamənin icra edilməməsi Sumqayıt şəhəri icra şöbəsinin qanunsuz hərəkətsizliyinin nəticəsidir. İcra şöbəsinin hərəkətsizliyi nəticəsində mənə və ailəmə külli miqdarda maddi və mənəvi ziyan dəyir. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən, heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər (AR Konstitusiyası, mad. 29). Bizim mülkiyyət hüququmuzu müdafiə edən oxşar müddəalar Azərbaycan Respublikasının digər  qanunvericilikaktlarında da öz əksini tapıb.

 Məhkəmə qətnaməsinin uzun müddət icra edilməməsinə görə həyat yoldaşım İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə də şikayət vermişdi. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi 21 oktyabr 2014-cl il tarixli bəyanat qəbul etmişdir.

Bəyanatda Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icra edilməsi, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icra edilməməsinə görə dəymiş maddi və mənəvi ziyanın əvəzinin ödənilməsi tələbinə dair Konvensiyanın 6-cı  maddəsinin (ədalətli məhkəmə araşdırması qərar qanunsuz olaraq icra edilməməsi) va 1 saylı Protokolun 1-ci maddəsinin (mülkiyyət hüququ) pozuntularının baş verməsi tanınmışdır. Kömək kimi bizə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi tərəfindən 2310 avro məbləgində kompensasiya da ödənilmişdir. Qanunvericiliyin tələblərinə əsasən Dövlət tanıdığı pozuntuları aradan qaldırmalı idi. Təssüflər olsun ki, Hökümət (yəni müvafiq dövlət orqanları) pozuntuların aradan qaldırılması istiqamətində heç bir addım atmamışdırlar. Nəzərə almaq lazımdır ki, 2018-19-cu illərdə yüzlərlə məcburi köçkün ailələri ev ilə təmin edilərək yaşadıqları yerlərdən yeni mənzillərə köçürülmüşdürlər. Amma bizim evi zəbt edən məcburi köçkünevimizdən köçürülmədi.

Bir neçə il əvvəl qaçıqnlar siyahıya alındı və dövlət proqramına əsasən onların  bir hissəsi köçürüldü. Deyilirdi və qərar verilmişdi ki, 2021-ci ildə ikinci dalğada bütün qaçqınlar, o cümlədən bəzi evi zəbt edənlər Stansiya Sumqayıtda yeni tikilən şəhərçikdə yerləşəcək. Biz də sevindik ki, axır ki, evimiz boşaldılacaq, biz də öz evimizə köçəcəyik. Amma bizim qələbə qazandığımız 44 günlük Vətən müharibəsindən sonra bu proses dayandı. Və həmin binalarda məskunlaşmağın təyinatı dəyişdi, məzillər əlillərə, şəhid ailələrinə, qazilərə verildi. Köçürülmə dayandı. İndi şükür Allaha torpaqlarımız Şanlı Ordumuz tərəfindən  işğaldan azad olunub. Qaçqınların müəyyən hissəsi işğaldan azad olunmuş ərazilərə qayıdır, amma bizim evimiz yenə də azad edilmədi.

Evimizi zəbt edən məcburi köçkünlər də  ümumiyyətlə çıxmağa razıdırlar, amma deyirlər ki, onlara ev versinlər çıxsınlar.

Bizim kimi onlar da “Qaçqınkom”a dəfələrlə gedib. Mən 97-ci ildən şəkər xəstəsiyəm, insult keçirmişəm, iki dəfə ürəyimə stend qoyulub. Təzəlikcə əlim əməliyyat olunub, zobdan əməliyyat olunmuşam, təzyiq xəstəsiyəm. Mən az pensiyamla dərmanlara pulu güclə çatdırıram. Üstəlik kirayədə yaşayıram. Ev almağa imkanımız yoxdur.

 Yaşadığımız mənzildən çıxarılandan sonra kirayələrdə qalmışıq. Oğlum öz ailəsi ayrı  yerdə, mən, qızım, onun övladı və  həyat yoldaşım vəfat edənəcən 2 ayrı yerdə kirədə qalmışıq. Öz evimiz zəbt olunduğuna görə məcbur olaraq qaldığımız evlərin kirayəsinə indiyəcən 30 min manatdan çox pul xərcləmişik və xərcləyirik hal-hazırda da. Hələ mən narahatçılığımızı, digər xərcləri demirəm. Oğlumun 3 uşağı var, biri, 15 yaşlı qız nəvəm ağır xəstədir, serebral iflic xəstəsidir. Onun xüsusi diqqətə ehtiyacı var. Maddi durumumuz yaxşı deyil, təkcə mənim pensiyamla və oğlumun aldığı az maaşla 8 nəfər çətinliklə dolanırıq. Əgər öz evimizi boşaltsaydılar və ya bizə uyğun ev versəydilər bir yerə yığışıb heç olmasa birtəhər yaşayardıq. Bütün məhkəmə insansiyaları bizim xeyrimizə qərar çıxarıb ki, zəbt olunan mənzil boşaldılsın və bizim mülkiyyət hüququmuz təmin olunsun.

Həyat yoldaşım Qanunvericlik ilə müəyyən edilmiş müddətlərdə mənim xeyrimə olan Sumqayıt şəhər Məhkəməsinin 03 avqust 2011-ci il tarixli qətnamənin icra edilməməsinə görə bizə dəymiş maddi və mənəvi ziyanın əvəzi olaraq  hər iki qurumun ayrılıqda 10.000 manat ödənilməsi üçün Sumqayıt şəhər İcra və Probasiya İdarəsinə və Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə qarşı məhkəmədə iddia qaldırmışdı, amma bu tələbimiz də təmin olunmadı.

Sonda mətbuat vasitəsilə  hörmətli Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya müraciət edərək xahiş edirəm ki, ailəmin mülkiyyət hüququnun təmin olunması üçün bizə köməkliklərini əsirgəməsinlər.


 Eldəniz

“Gündəm Xəbər”

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Ağcabədidə məskunlaşan laçınlılar yolu bağladı - AKSİYA

    Ağcabədidə məskunlaşan laçınlılar yolu bağladı - ...

    30-01-2014, 17:23

  • 
  • Bakıda məcburi köçkünlər aksiya keçirir

    Bakıda məcburi köçkünlər aksiya keçirir ...

    20-08-2013, 15:08

  • 
  • Xırdalanda məskunlaşan köçkünlər də etiraza qalxdı

    Xırdalanda məskunlaşan köçkünlər də etiraza qalxdı ...

    8-02-2017, 01:30

  • 
  • Evləri zəbt olunanlar çarəsiz durumda... - GİLEY

    Evləri zəbt olunanlar çarəsiz durumda... - GİLEY ...

    1-10-2020, 11:26

  • 
  • Bakıda məcburi köçkün ailəsində faciə

    Bakıda məcburi köçkün ailəsində faciə ...

    9-05-2013, 11:34


Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Arxiv xəbərlər

Oktyabr 2025 (75)
Sentyabr 2025 (558)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (621)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
casino
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu