«Hürriyyət» qəzetinin 28.02.2023-cü il sayında Ramazan Siracoğlu bu gün İran adlanan ölkədə baş verən prosseslər üçün ortaya cavabı düzgün tapılması çox önəmli olan iki mühüm sual qoyub, – «İran müxalifəti keçid hökuməti» formalaşdıra bilər?» «Və yaxud» sabiq şahzadə Reza Pəhləvi siyasi müxalifətin başçısı olmaq iqtidarındadır?»
Müəllif orada gedən prossesin ən əsas və maraqlı cəhətini ifadə edən sualı çox dəqiqliklə müəyyən edib, bu prossesin reallıqları barədə xeyli faktları oxucuya təqdim etsə də, prossesin reallıqlarını təsvir etməklə kifayətlənərək, sonda da ortaya özü qoyduğu bu suallara cavab tapmayaraq, nəticənin nə olacağını gələcəyin göstərəcəyini bildirir. Əlbəttə ki, prosseslər başa çatdıqda onun təkcə nəticələri deyil, bu prosseslərin başlamasına start verib, sonadək arxa planda duraraq onu yönləndirənlər, onların məqsədləri və s. məsələlərə aid, bu gün gizlində olan faktların xeyli hissəsi ortada olacaq. Lakin əsas məsələ bu gün göz qabağında məlum olan faktları təhlil edib, onun sabahkı inkişaf istiqamətini düzgün müəyyən edərək, bu ölkədə türk dövlətinin bərpa edilməsi, ən azından isə Güney Azərbaycanın, hansı siyasi rejim qurulmasından asılı olmayaraq şovinist fars faşizminin əsarətindən xilas edilməsi üçün güneyli Türk Milli Azadlıq Mübarizlərinin fəaliyyətinin hansı istiqamətdə, məzmunda və formada qurulmalı olduğunun düzgün proqnozlaşdırılmasıdır. Bu həm də, bu məsələdə birbaşa maraqlı olan ayrılıqda Türkiyə, Azərbaycan və Türkmənistanın, bütövlükdə isə Türk Dövlətləri Təşkilatının öz müttəfiqləri ilə birlikdə bu ölkənin əhalisinin 60 milyona qədərini təşkil edib, ölkə ərazisinin ən böyük hissəsinin sahibi olan türk millətinin əsarətdən xilas edilməsi üçün gedən prosseslərə nə vaxt, hansı vasitələrlə təsir etməli, hətta lazım olduğu anda qətiyyətlə müdaxilə etməyə hazır olması üçün zəruridir. Ölkədə molla rejiminə qarşı etirazların başlanmasının ilk günlərindən prossesin əsas təşkilatçısının ABŞ olduğu həm mollalara, həm də dünyada baş verən prosseslər haqqında ən cüzi məlumatı olub, bu məlumatları düzgün təhlil edərək, nəticə çıxaran hər bir adama məlum idi. Molla rejiminə qarşı başlanan etirazların ilk bir neçə günü hamı bunu əhalinin molla rejiminin 44 il ərzində bütün əhaliyə qarşı törətdiyi cinayətlərin təbii nəticəsi kimi qəbul edirdi. Bu həqiqətən də 44 il ərzində əhalinin molla rejiminə qarşı yığılan nifrətinin bir anda püskürməsi idi. Lakin bu vəhşi rejimin bu prossesə ehtiyatla yanaşması prossesin arxasında rejimin qorxaraq, ehtiyat etdiyi bir gücün dayandığından soraq verirdi. Çox tezliklə hakimiyyətə türk əsilli, keçmiş prezidentliyə namizədin gələcəyi xəbərinin yayılmasından və Güney Azərbaycan türklərinin buna ciddi və müsbət reaksiya verməməsindən sonra, ingilislərin vasitəsilə qanunsuz hərbi çevriliş nəticəsində hakimiyyətə gələrək 53 il ərzində bu ölkədə yaşayan millətlərə, o cümlədən türklərə, xüsusilə Güney Azərbaycan türklərinə qarşı vəhşi kütləvi cinayətlər törətmiş mehtərbaşı Rzanın nəvəsi, Məhəmməd Rzanın, oğlu, ABŞ-da yaşayaraq cinayətkar babasının təkcə adını deyil, ata-babasından fars şovinizmini, türkə düşmənçiliyini genetik olaraq daşıyan Rza Pəhləvinin, molla rejiminə qarşı müxalifətin mübarizəsini birləşdirə biləcəyi və hakimiyyətə ən real namizəd olaraq mətbuatda yayımlanması, bu prossislərin kimlərin idarə etməsi və hansı məqsədləri təqib etmələrini ortaya qoydu. Son 97 il ərzində beynəlxalq milli və insan hüquqlarının ən iyrənc üsullarla, vəhşicəsinə tapdalayan şahlıq və molla rejiminin yetkililərinə nəinki təpki göstərmək, hətta onları məzəmmət etmək, irad tutmağı ağlına belə gətirməyən, Avropa və ABŞ tərəfindən idarə olunan beynəlxalq təşkilatlar birdən-birə bu ölkədə insan hüquqlarının pozulduğunu dilə gətirməyə başladılar. Məsələ isə çox sadədir.
1925-78-ci illər arasında şovinist fars faşizminin tipik nümayəndələri olan ata-bala Rza Mehtərbaşı və Məhəmmədrza Pəhləvilərin və onların türk millətinə, həm də Rus imperiyasına qarşı mübarizədə öz ağaları olan ingilislərin ölkədə törətdikləri saysız hesabsız cinayətlərindən cana doymuş xalqın onlara olan nifrətindən istifadə edərək bu ölkəni ingilislərin nəzarətindən çıxarıb, mollaları hakimiyyətə gətirməklə öz nəzarəti, himayəsi altına alan Rusiyanın, SSRİ-nin dağılmasından düzgün nəticə çıxararaq mütərəqqi iqtisadi-ictimai quruluş qurub sürətlə inkişaf etmək əvəzinə, Rusiyanı bütün istiqamətlərdə tənəzzülə sürükləyən yol tutmaqla son dərəcə zəiflədilməsindən sonra belə, zorla SSRİ-ni bərpa etmək iddiasına düşüb, Rusiya dövləti tarixində ən axmaq qərar olan, Ukraynanı işğal etməsi qərarını qəbul edib, Ukraynaya hücum etdikdən sonra Rusiyanın məğlubiyyətinin qaçılmaz olduğu məlum olduqdan sonra ingilislər orta şərqdə onların iqtisadi, siyasi maraqlarına ciddi təhlükə olan şovinist fars molla faşizmini aradan götürməklə bərabər, bu coğrafiyada Rusiyanın da mövqelərini çox ciddi zəiflətməyi hədəfləyirlər. Avropa birliyi ölkələrini, Rusiyanı, Çini, nə də İngilislərə – ABŞ cütlüyünü bu ölkədə onbir millətin milli, fərdi hüquqlarının vəhşicəsinə pozulması deyil, ilk növbədə öz iqtisadi, siyasi maraqlarının təmin edilməsi, o cümlədən türk millətinin birləşib bütövləşərək güclənməsinin qarşısının alınması düşündürür. Məhz bu məşsədlərinin reallaşdırılması üçün ABŞ-da bəsləyib, yetişdirdikləri Rza Pəhləvini molla rejiminin zülmündən cana doyan müxtəlif millətlərin nümayəndələrinin, xüsusilə bu ölkənin əsil sahibləri olan türklərin stresdən çıxmamış, isti-isti boğazına ilan kimi sarımaq istəyirlər. Məhz bu məqsədlə ata-babasından da hiyləgər, şovinist fars faşisti olan bala Pəhləvini onun ata-babasının 53 il ərzində törətdikləri geniş miqyaslı dəhşətli cinayətlərini gündəmə gətirə biləcək, onun özünün şovinist fars faşisti olduğunu aşkarlayacaq sualların verilməsindən belə qoruyaraq, onu cəmiyyətə demokrat çulunda sırımağa çalışırlar. Rza Pəhləvinin molla rejiminə qarşı olan müxtəlif yönlü müxalifət qüvvələrini vahid cəbhədə birləşdirə, ölkədə postmolla rejimi dövrü üçün «keçid hökuməti» formalaşdıra biləcək fiqur kimi ictimaiyyətə sırımaq cəhdləri Qərbin bütün hallarda bu gün İran adlanan ölkədə çulunun rəngini dəyişmiş şovinist fars faşizmini hakimiyyətdə saxlamaqda iddialı olduğunu sübut edir. «Keçid hökuməti» məsələsinə gəldikdə isə molla rejiminin heç bir halda hakimiyyət başında qala bilməyəcəyi, həm molla rejimi yetkililərinə, həm də başqalarına məlum olduğundan. Tehran rejiminin mənbələrindən, özlərinə toxunulmazlıq təminatı almaq üçün mollaların nümayəndələrinin ABŞ, Britaniya, Fransa və Rusiyanın məxfi nümayəndələri ilə gizli danışıqlar apardıqları barədə qeyri-rəsmi məlumatlar gəlməkdədir. Rza Pəhləvinin liderliyi ilə «koalisiyalı keçid hökuməti» adı ilə ingilislərin planına uyğun «demokratik Pəhləvi rejiminin» qurulmasına liberal münasibət bəsləyən qüvvələrdən ibarət komanda formalaşdırmaqla molla rejimini əvəzləmək, bu baş tutmadığı halda ABŞ-ın İraqa müdaxiləsini burada təkrar edərək bu «müvəqqəti hökuməti» uzun müddətə bu ölkə əhalisinin, xüsusilə türklərin boğazına dar ağacının kəndiri kimi keçirməyi hədəfləyən ingilislərin, ABŞ-Britaniya cütlüyünün ortaya atdığı təklifdir.
Ramazan Siracoğlunun sadaladığı, xaricdə yaşayan və Rza Pəhləvinin hakimiyyətə gətirilməsinə ən müxtəlif mövqe sərgiləyən ayrı-ayrı insanlara gəldikdə, bu kontingentdə müxtəlif millətə, savda, milli şüura və s. malik olan insanların mövcudluğu təbii haldır. Birincisi, bu adamlar hansısa siyasi qüvvəni təmsil edən adamlar deyil. İkincisi isə, 98 il ərzində öz dilindən, mədəniyyətindən zorla məzrum edilib, beyinlərinə ancaq şovinist fars nağılları yeridilməklə formalaşdırılan, öz şəxsi və milli hüquqlarını hansı üsul idarə şəraitində əldə edib, qoruya biləcəyini bilməyib, son 44 il ərzində davam edən molla rejiminin ancaq dəhşətlərindən yaxa qurtarmaq haqqında düşünən insanların mütləq əksəriyyəti gələcək rejimin onlara nə gətirəcəyi barədə deyil, nəyin bahasına olursa-olsun, ancaq mövcud rejimin pəncəsindən qurtarmağa çalışırlar. Milli hüquqlarının təmin edilməsi haqqında düşünən siyasi qüvvələrin təmsilçiləri olan türk, kürd, bəluc, ərəb milli azadlıq hərəkatlarının nümayəndələrinin heç biri Münhen konfransına dəvət edilməyib Rza Pəhləvinin ümumi «müxalifət lideri» simasında dəvət edilməsi, konfransda İran adlanan coğrafiyada yaşayan 11 millətin milli və şəxsi hüquqlarının qorunması yox, molla rejiminin əvəzlənməsinin müzakirə mövzusu olması, Qərbin bu ölkədə öz nüfuz dairəsində olub, qərbin maraqlarına loyal münasibət bəsləyən Rza Pəhləvi kimi şovinist fars faşistinin hakimiyyətə gətirmək məqsədini sübut edir. Anası farslaşmış türk olan Rza Pəhləvinin, Siracoğlunun dediyi kimi «sümüklərinin iliklərinə qədər paniranis olması» da çox mətləblərdən xəbər verir. Bu gün İran deyilən 11 (on bir) millətin yaşadığı ölkədə milli torpağı olmayıb, öz milli ərazilərində yaşayan 60 milyona yaxın türkü, xeyli sayda ərəbi, bəlucu və s. millətləri öz əsarəti altında saxlayan fars şovinizminin «paniranizmi», bu ölkənin aborigenləri olan millətləri 10-12 milyon farsın əsarətində saxlanılması deməkdir. Belə ki, İran sözü ərazi, dövlət, millət adı olmayıb, Hind-Avropa dil qrupundan biri olan «fars dili qrupuna» verilən şərti addır. Rza Pəhləvi məhz buna görə, öz müsahiblərində bu ölkədə yaşayan millətlərin milli hüquqlarının təmin edilməsindən, nə də vətəndaşların insan və vətəndaş hüquqlarının hansı iqtisadi-ictimai quruluşa aid mexanizmlər vasitəsilə qorunacağı barədə susur. Məhz bu susqunluq onun ölkədə yaratmaq istədiyi və bu gün «demokratiya» şuarı altında onun və ağalarının gizlətməyə çalışdığı şovinist fars faşizmi qurmaq iddiasını büruzə verir. Onun İtaliya televiziyasına verdiyi müsahibəsində «İranın təcili olaraq Rusiyadan uzaqlaşmasının, İsrail ilə münasibətlərinin normalaşmasına nail olmasının, nüvə proqramından birdəfəlik əl çəkməsinin və qonşu dövlətlərlə dinc yanaşı yaşamaq prinsipinə riayət etməsinin son dərəcə vacib olduğunu», bildirməsi, Qərbin tələbləri ilə yüz faiz üst-üstə düşməklə, onun kimin namizədi olduğunu sübut edir. Elə Kavə Şahruzun, «bu mübarizəni Reza Pəhləvisiz də aparmaq imkansızdır», sözlərinin də tərcüməsi, bu mübarizəni Qərbin, ilk növbədə ABŞ-ın dəstəyi olmadan aparmağın imkansız olması deməkdir.
Rza Pəhləvinin Avropa dövlətlərinə İranın beynəlxalq banklarda dondurulmuş hesabının hazırkı müxalifətə (əslində isə şəxsən özünün ixtiyarına – Ş.Q.) və İran xalqının istifadəsinə verilməsi kimi populist, mücərrəd, şüar məzmunlu müraciətinin isə, ağalarının Azərbaycana təklifi ilə eyni məzmunu olub bir neçə sual yaradır. Avropalılar Bavariyalılara, Basklara, Kataloniyalılara, İrlandiyalılara onların öz milli torpaqlarında öz müqəddəratını təyin etmək hüququ tanımadıqları və heç vaxt, heç bir halda tanımaq istəmədikləri halda Şimali Azərbaycan Respublikasından, başqa ölkələrdən daşıyıb buraya gətirdikləri bir ovuc terrorçu erməniyə «öz müqəddəratını təyin etmək» hüququnun tanımasını tələb etməsi, Rza Pəhləvinin təklifi ilə eyni olması da onun başının kimin noxtasında olduğunu dəqiq sərgiləyir.
Birincisi, son bu 44 il ərzində babasının və atasının “İranı” və xalqı talayıb ABŞ və Avropadakı banklara yığdığı yüzlərlə milyardların İran xalqının istifadəsinə verilməsini niyə heç vaxt, hətta bu gün də təklif və tələb etməyib və etmir də? Xoyda zəlzələdən zərər çəkən əhaliyə “İranın” dövlət yetkililərinin heç bir kömək göstərməməsi, Azərbaycan Respublikası və Türkiyənin Xoydakı zəlzələdən zərər çəkənlərə yardım etmək təklifindən imtina etməsini dilə gətirməməsi belə bir yana, xalqdan, o cümlədən Xoy şəhəri sakinlərindən, ata-babasının talan edib, bu gün onun özünün gen-bol istifadə etdiyi milyardların heç olmasa kiçik bir hissəsini NİYƏ Xoy əhalisinin istifadəsinə vermir? Qısa sözlə desək, “İranda” türk dövləti bərpa edilməsə, hansı əsillinin hakimiyyətə gətirilməsindən asılı olmayaraq, türk millətinin milli və şəxsi hüquqlarının təmin edilməsi imkansızdır. Buna görə də öz milli torpaqlarından müstəqil milli dövlətini qurmaq istəyən bütün millətlər hər hansı bir paniranizm, demokratiya şüarlarına inanıb, sonda əsarətdə qalmasını istəmirsə, fars hakimiyyətinə qarşı birləşərək təşkilatlanıb, ümumi düşmənə və onların havadarlarına qarşı qəti mübarizə aparmalıdır.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?