Ukraynanın Ədliyyə naziri Pavel Petrenko Rusiya federasiyasının prezidenti Vladimir Putinə tezliklə cinayət işinin açılacağını deyib.
“Mən əminəm ki, Putinə qarşı mütləq cinayət işi açılacaq. Ukrayna ərazisində baş vermiş insan ölümlərində, müharibələrdə Putin günahkardı. Bu məsələ mütləq beynəlxalq məhkəməyə çıxmalıdı”.
Petrenkonun sözlərinə görə, Ukrayna hökuməti bu günə qədər Avropa məhkəməsində bir çox prosseslər udmağı bacarıb:
“Biz bugünə qədər Avropa məhkəməsində bir çox prosseslərdə qalib gəlmişik hazırda Ukrayna hökuməti Rusiyanın əməllərindən 12 trilyon qrn ziyan çəkib. Bizim qaldıracağımız iddiaların içində bizə dəymiş maddi ziyanın ödənilməsini tələb etməklə yanaşı, ölkəmizdə həlak olmuş insanların qatillərinin tapılması da olacaq.
Hamı da çox gözəl bilir ki, Ukrayna ərazisində baş vermiş insan tələfatlarında birbaşa Putin günahkardı”.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?