GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Qubanın Çiçi kəndinin YOLsuzluq problemi -FOTOLAR

Qubanın Çiçi kəndinin YOLsuzluq problemi -FOTOLAR

Tarix: 4-04-2023, 13:27 Bölmə :GündəmXəbər / Manşet Baxış: 246


Quba rayonunun qədim Çiçi kəndindən yazmalı olduq… Bu dəfə tarixi qədim bu kəndin zəngin mədəniyyətindən, mənəvi dəyərlərindən, təbii gözəlliklərindən yox, problemlərindən-başlıcası da YOLsuzluğundan bəhs edəcəyik. Yol mədəniyyətdir deyirlər, nə yazıq ki, bu məntiqlə təkcə xalçası ilə dünyaca məşhur Çiçi kəndi “mədəniyyətsiz” qalıb…


Xatırladaq ki,  Çiçi kəndi Quba rayonunun inzibati-ərazi vahidində, Çiçi-Səbətlər Bələdiyyəsinin tərkibindədir. Şabran çayının sol sahilində, rayon mərkəzindən 60 km məsafədə yerləşən kəndin əhalisi əsasən tatlardan ibarətdir.

Əvəzsiz sənət əsəri olan “Qollu çiçi” Xalçaları ilə dünyanı fəth edən bu qədim kənd işğal altındakı torpaqlarımızın azad olunmasında da fərqlənib: əhalisinin sayının az olmasına rəğmən, torpaqlarımız uğrunda 6 şəhidi, onlarla qazisi ilə…

                         

Çiçinin yolları burma, burmadı 


Çiçi mədəniyyət nümunələri ilə bərabər, həm də turizm potendialı ilə seçilir. Mənşəyini uca dağlardan götürən Şabran çayı, əsrarəngiz meşə zolaqları, dağ silsilələri yerli və xarici turistlər üçün yetərincə cəlbedici sayıla bilər…

Təəssüf ki, bütün bunlarla yanaşı böyük bir AMMA da var-yol, daha doğrusu YOLsuzluq problemi… Çiçi kəndinə gediş-gəliş rayon mərkəzindən yox, daha çox Bakı-Quba magistral yolunun 137-ci km-dən-Şabran rayonunun Gəndov kəndindən ayrılan yolladır. Uzunluğu 19 km olan Gəndov-Çiçi yolu göydə Allahın, yerdə məsuliyyət sahiblərinin “yadından çıxıb”. İlin-günün bu vaxtında, az qala bu ölkənin ən ucqar kəndində belə rast olunmayan yol, haqqında dastanlar yazılmalı olan Çiçi kəndinin payına düşüb. Gəndov-Çiçi yolu sonuncu dəfə əski Sovet dönəmində asfalt görüb… Normalda 20-30 dəqiqəlik olan yol, azı bir saat zaman alır. Ən qiymətli olanı zamandır əlbəttə, amma kənd sakinləri avtonəqliyyat vasitələrinə çəkdikləri xərcdən də dad edirlər… 

Çiçi-Səbətlər Bələdiyyəsinin sədri Arif Ömərov deyir ki, bu yol problemi ilə bağlı ən yüksək instansiyadan tutmuş, bütün aidiyyatı dövlət strukturlarına müraciət etmişik, həm də dəfələrlə…Di gəl ki, səsimizi eşidən, dərdimizə əncam çəkən yoxdur ki, yoxdur.

Yenixeber.org olaraq problemlə bağlı Quba Rayon İcra Hakimiyyətindən və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən də açıqlama aldıq...

Rayon İcra Hakimiyyətindən bildirdilər ki, Şabrançay - Çiçi - Təngəaltı yolu 2019 - 2021-ci illərədə Quba Rayon İcra Hakimiyyəti tərəfindən 2 dəfə təmir olunmuş, yolun əsaslı şəkildə təmir olunması ilə bağlı Rayon İcra Hakimiyyəti tərəfindən aidiyyəti təşkilatlar qarşısında məsələ qaldırılmışdır.

Biz bu cavabdakı səmimiyyətə şübhə etmək istəməsək də, müşahidələrimizdən və kənd sakinlərinin verdiyi məlumatlardan belə görünür ki, bu yol olsa-olsa əski Sovet dönəmində "kimlərinsə yadına düşüb".

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli isə bildirdi ki, "Kəndlərarası yolların yenidən qurulması Regionların Sosial İnkişafı Proqramı çərçivəsində öz həllini tapır və bu Proqram çərçivəsində də, Quba rayonunda Çiçi kəndinə gedən avtomobil yolunun yenidən qurulması nəzərdə tutulur. Maliyyə vəsaitinin ayrılması gözlənilir, bu baş tutandan sonra həmin yolun yenidən qurulmasına tərəfimizdən başlanacaq".

Belə məlum olur ki, sayqılı çiçililər hələ gözləməli olacaqlar... O vaxta qədər ki, Allah səlahiyyət sahiblərinə insaf verib, Çiçi kəndini də onların yadına salsın./Yenixeber.org/

(Mövzu diqqətmizdədir)







GUNDEMXEBER.AZ


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Bella və Gigi Hadidin 53 yaşlı seksual anası – fotolar

    Bella və Gigi Hadidin 53 yaşlı seksual anası – ...

    26-07-2017, 20:55

  • 
  • Məşhur kəndin sakinləri ilə "Muğanbank" arasında qalmaqal

    Məşhur kəndin sakinləri ilə "Muğanbank" ...

    9-09-2014, 13:15

  • 
  • Prezident bu rayonlarla bağlı dəyişiklik etdi - Siyahı

    Prezident bu rayonlarla bağlı dəyişiklik etdi - ...

    16-06-2015, 09:14

  • 
  • Xaçmazın məşhur kəndinin adı dəyişdirilir

    Xaçmazın məşhur kəndinin adı dəyişdirilir ...

    8-11-2013, 12:31

  • 
  • Buffon Zanettini keçdi, irəlidə Maldini var

    Buffon Zanettini keçdi, irəlidə Maldini var ...

    3-04-2017, 09:45


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu