GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Əhməd İsmayılov müstəqil mətbuatı susdurmaq üçün əlindən gələni edir - FAKTLAR

Əhməd İsmayılov müstəqil mətbuatı susdurmaq üçün əlindən gələni edir - FAKTLAR

Tarix: 14-04-2023, 14:11 Bölmə :GündəmXəbər / Manşet Baxış: 950


Avropa Şurasının Venesiya Komissiyası “Media haqqında” Qanun layihəsi barədə rəyini açıqladı...

 

 Məlumdur ki, əmək fəaliyyətinə başladığı ilk vaxtlardan son təyinatına qədər mediaya aid olmayan sahələrdə çalışan Əhməd İsmayılov, son vaxtlar hansısa havadarlarının verdiyi sifariş əsasında müstəqil mətbuatı sıradan çıxarmaq üçün müəyyən oyunlar qurur, ictimaiyyəti çaşdıran rəngarəng açıqlamalar verir. Bir sözlə, bu şəxsin əsas məqsədi dövlət büdcəsi hesabına sözəbaxan mətbu orqanları formalaşdırmaqdır,  müstəqil mətbuatı susdurmaqdır və onları MİA-nın təsir dairəsinə salmaqdır. Təəccüb doğuran hal odur ki, Əhməd İsmayılovun bu cür əməlləri ilə bağlı Prezident Administrasiyasının yüksək çinli vəzifə sahiblərinə şifahi qaydada müraciətlər çatdırılsa da, hələ də bu şəxsin əməlləri ilə bağlı araşdırmalar aparılıb rəsmi qaydada cavab verilməyib. Belə bir halın varlığı, bu gün də ortaya çoxsaylı sualların çıxmasına səbəb olmaqdadır. Bütün bunlara baxmayaraq, müstəqil Azərbaycan mediasının inkişaf etdirilməsində müəyyən rolu, az-çox əziyyəti olanlar, bu gün də ümidlərini itirməyiblər. Çünki, “jurnalistlər mənim köməkçilərimdir” deməklə belə bir yanaşmasını ortaya qoyan ölkə rəhbəri cənab İlham Əliyev, heç cür inana bilmərik ki, bugünkü müstəqil mətbuatın susdurulmasına imkan versin. Əgər bu ölkənin vətəndaşı olaraq bizim haqq səsimiz eşidilməzsə və üz-üzə qaldığımız problkemlərin mahiyyəti cənab Prezidentə tam dəqiqliyi ilə çatdırılmazsa, o halda ölkəmizdə fəaliyyət göstərən xarici ölkələrin diplomatik korpuslarına və beynəlxalq təşkilatların yerli nümayəndəliklərinə müraciət etməli olacağıq.

    Faktdır ki, hal-hazırda ölkə mediasının durumu günbəgün pisləşməkdə davam edir və oxucuların böyük əksəriyyəti informasiya tələbatını xarici saytlar vasitəsi ilə ödəməyə məcbur olurlar. Hətta, ötən illər ərzində fəaliyyət göstərməklə öz ətrafında geniş oxucu auditoriyası toplayan xəbər saytlarımız, bu gün oxucularının sayına görə işğalçı Ermənistanın media qurumlarına uduzur. Bu da ölkəmizin təhlükəsizliyi baxımından ortaya ciddi problemlərin çıxmasına yollar açır. Söz yox ki, bunun həm obyektiv, həm də  subyektiv səbəbləri var. Unutmaq olmaz ki, ölkədəki siyasi və iqtisadi konyuktura obyektiv səbəbləri şərtləndirdiyi kimi, subyektiv səbəbləri də, mediaya nəzarət edən məmurların merkantil və korrupsiya maraqları yaradır. Sirr deyil ki, Azərbaycan hakimiyyətinin media siyasətini həyata keçirən Prezidentin Administrasiyasının bəzi məmurları və onların tapşırıqlarını canbaşla yerinə yetirən MİA-nın icraçı direktoru Əhməd İsmayılov, hal-hazırda Azərbaycanın ən varlı məmur-oliqarxlarından biri hesab olunur. Bəli, tam əksəriyyət təsdiq edə bilər ki, bu şəxslər sahib olduqları var-dövləti halal yolla deyil, məhz dövlətin büdcəsini media adı altında talamaqla əldə edirlər.

 Onu da qeyd edək ki, ötən ilin iyun ayında Avropa Şurasının Venesiya Komissiyası “Media haqqında” Qanun layihəsi barədə rəyini açıqladı. 4 ekspertin hazırladığı 22 səhifəlik rəy Venesiya Komissiyasının 17-18 iyun tarixlərində keçirilmiş 131-ci plenar iclasında müzakirəyə çıxarılır və az sonra qəbul olunur. Komissiyasını qanun layihəsi ilə bağlı rəyində bildirilir: “Belə qənaətə gəldik ki, Azərbaycanda müstəqil jurnalistika və media üçün onsuz da son dərəcə məhdud məkanın mövcudluğu kontekstində bu qanun daha da “çəkindirici effekt”ə malik olacaq. Bir çox müddəalar ifadə və media azadlığı ilə bağlı Azərbaycan standartlarına uyğun gəlmir və mediaya “ictimai nəzarətçi” rolunu səmərəli şəkildə həyata keçirməyə imkan vermir. Bu səbəblərdən, Qanun olduğu kimi tətbiq edilməməlidir. Qanun bütünlüklə ləğv edilməzsə, Venesiya Komissiyası təcili olaraq Azərbaycan hakimiyyətini aşağıdakıları həyata keçirməyə çağırır: - Qanunun 26-cı maddəsi - KİV-lərin yaradılması, xarici mülkiyyət və xaricdən maliyyələşməyə dair geniş məhdudiyyətlər ləğv edilsin; - Media Resyestri ləğv edilməli və ya reyestrə daxil olmaq üçün tələb olunan həddən artıq şərtlər ləğv olunmalıdır; - akreditasiya üçün nəzərdə tutulan şərtlər ləğv olunmalıdır; - məzmunla bağlı qanundakı məhdudiyyətləri Avropa Konvensiyasının 10-cu maddəsinin presedentinə uyğunlaşdırmaq; - jurnalist mənbələrinin qorunması ilə bağlı müddəaları dəyişdirmək; - platforma yayımçıları üçün lisenziya tələbini ləğv etmək; - çap və onlayn media məhsullarının nəşri, yayılması üçün səlahiyyətli orqanlara yalnız məlumatlandırma yetərli olmalıdır; Venesiya Komissiyası Qanunun müəyyən etdiyi jurnalist anlayışının, gizli çəkilişlərin yayılmasının qəti qadağan edilməsinin qüsurlu olduğunu vurğulayıb. Qeyd edək ki,  jurnalist anlayışı genişləndirilməli,  gizli çəkilişlərə qadağalar ictimai maraqlar baxımından yolverilən olmalıdır. Rəydə teleradio sahəsində tənzimləyici qurumun formalaşdırılması modelinin yenidən işlənməsinin də gərəkli olduğu vurğulanır.

    Bəli, Avropa Şurasının Venesiya Komissiyası ekspertlərinin hazırladıqları rəydən görünür ki, “Media haqqında” Qanun, Avropa Şurasının ölçülərinə uyğun gəlmir. Ona görə də bu qanun ləğv olunmalı, yaxud da əksər maddələri dəyişdirilməlidir. Faktdır ki, hazırlanmış rəydə qanunun mürtəce məzmunlu bütün müddəaları ətraflı təhlil olunub. Yəni, jurnalist anlayışından tutmuş, media reyestrinə qədər, bütün bu məsələləri tənzimləyən müddəaların ləğvi istənilib. Məsələn, aydın şəkildə rəydə vurğulanır ki, qanunda nəzərdə tutulduğu formada media reyestri yaradıla bilməz və bu müddəa da ləğv edilməlidir. Bundan əlavə, rəydə o da vurğulanır ki, media, jurnalistlər özünütənzimləmə imkanlarına sahib olmalıdır, ancaq qanun bütün bu imkanları onlardan alır, Media Agentliyi adı altında nazirlik yaradılır və s. Yəqin ki,  “Media haqqında” Qanun dəyişdirilməzsə, ən yaxşı halda bu qanun hər dəfə beynəlxalq arenada pis nümunə olaraq qarşımıza çıxacaq. Bundan başqa, AŞ ölçülərinə uyğun gəlmməyən bu qanun, həm də AŞ üzvü olan ölkəmizin öz üzərinə götürdüyü öhdəliklərə əməl etməməsini də göstərir. Bir sözlə, Qanun dəyişdirilməzsə, bu paralel olaraq ifadə, media azadlığı ilə bağlı durumu daha da pisləşdirəcək, azad media öz rolunu oynamaq imkanlarını getdikcə itirəcək.


GundemXeber.Az

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • "Bu hökumətdəki ağıllı adamlar Əhməd İsmayılovu durdurmalıdırlar" - ÇAĞIRIŞ

    "Bu hökumətdəki ağıllı adamlar Əhməd ...

    2-09-2022, 16:39

  • 
  • Cənab Əhməd İsmayılov, bura nə İrandır, nə də ki, Mozambikdir!

    Cənab Əhməd İsmayılov, bura nə İrandır, nə də ki, ...

    5-02-2023, 23:55

  • 
  • Əhməd İsmayılov kimdir və o, Azərbaycan mediasını necə idarə edəcək? –ŞOK GƏLİŞMƏ

    Əhməd İsmayılov kimdir və o, Azərbaycan mediasını ...

    21-01-2022, 17:12

  • 
  • Əhməd İsmayılovun vahid kart siyasəti – Mətbuata inzibati amirlik üsullarının gətirilməsi nəyə xidmət edir?

    Əhməd İsmayılovun vahid kart siyasəti – Mətbuata ...

    2-03-2021, 11:48

  • 
  • Dövlətin qayğısını alver predmetinə çevirən ƏHMƏD İSMAYILOV... - BUNUN BAŞQA ADI YOXDUR...

    Dövlətin qayğısını alver predmetinə çevirən ƏHMƏD ...

    7-09-2022, 09:48


Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Arxiv xəbərlər

Oktyabr 2025 (75)
Sentyabr 2025 (558)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (621)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
BetBoom
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu