Dünəndən etibarən Medianın İnkişafı Agentliyi (MEDİA) uyğun bildiyi KİV-lərdə yeni kampaniya başladıb. Əslində yeni heç nə yoxdur, sadəcə olaraq köhnədən yarımçıq qalmış və birbaşa olaraq müstəqil mətbuatı hədəfə alan, hədəfə çevirən işləklərin davamı müşahidə olunmaqdadır.
Gundemxeber.az bildirir ki, bununla bağlı açıqlama verən DİA.AZ-ın baş redaktoru Məhəmməd Ərsoy bildirdi ki, MEDİA-nın son təbliğatı olduqca təhlükəli məqamlardan xəbər verməkdədir: "Əhməd İsmayılov aşkar şəkildə Əli Həsənovun ağzı ilə danışır, onun üsulu ilə təbliğat qurmaqdadır. Başqa cür ola da bilməzdi. Dənizçilikdən mətbuata atlananda fəsadlar olmalı idi. Mətbuat elə bir sahədir ki, burada xüsusi daxili münasibət dili mövcuddur. Hətta 40 il mətbuat yolçusu olan Əflatun Amaşov belə özünü mətbuatda rahat, anlaşılan hesab edə bilmədi. Ona görə də illərdir, mətbuatla bağlı dövlətin siyasətində bir mücərrədlik mövcud idi. İndi MEDİA gəldi və bu mücərrədlik daha da dərinləşdi. Dövlət adına çıxış edən bəzi dairələr bəyənmədikləri mətbu orqanların üstündən xətt çəkməyə qalxdılar ki, bunun imkansız olduğunu ya bilmirlər, ya da ümumiyyətlə naşı olduqlarından bu yolu tutublar. Hər halda Əhməd İsmayılovun yanında mətbuata aid simalar var və onlar Əhməd müəllimə msələhət verə bilərlər ki, pulla əldə saxladıqları mediaya güvənib bu gün özlərini mühüm mövqedə hiss edirlərsə, təəssüratları yanlışdır. Mühüm olanı mətbuatın həqiqi simasıdır. Əhməd müəllim isə bu simanı korlamaqla məşğuldur, mətbuatın müsətqilliyini boğmağı qəsd edir, müstəqil mətbuatı hədəfə alır. Özündən planlar cızır, kimin jurnalist olduğunu, kimin olmadığını müəyyən edir, xəyallar qurur, neçə saytın qalacağınıŞ neçəsinin qadağan ediləcəyini planlayır... Belə də idarəçilik olarmı? BELƏ MƏTBUAT-DÖVLƏT münasibəti olarmı? Hər halda, bu hökumətdəki ağıllı adamlar Əhməd İsmayılovu durdurmalıdırlar... Əks halda, yaxşı nəsə görünmür".
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?