Gundemxeber.az » GündəmXəbər » Əfvin icrası zamanı Penitensiar Xidmətdə görünməmiş olay - MƏHKUMLAR KÜTLƏVİ ŞƏKİLDƏ "KARSA" SALINDI
Dünən Prezident İlham Əliyevin imzaladıığı əfv sərəncamının icrası həyata keçirilib.
Milli Məclisin üzvləri, QHT təmsilçiləri və media mənsubları da Penitensiar Xidmətin müxtəlif cəzaçəkmə müəssisələrində və müalicə müəssisəsində bu prosesdə iştirak edib.
Gundemxeber.az -ın Gununsesi.info-ya istinadən xəbərinə görə, əfvin icrası zamanı deputatlara və jurnalistlərə yaxınlaşan məhkumlar sonradan cəzalandırılıb.
Belə ki, fürsətdən istifadə edib deputatlara və jurnalistlərə yaxınlaşaraq azadlığa çıxmaları üçün hüquqi kömək edilməsini xahiş edən və məktublar verən məhkumların bu davranışı onlara baha başa gəlib.
Həmin məhkumlar saxlanıldıqları müəssisənin cəza kamerasına salınıb.
Müalicə Müəssisəsində olanların isə müayinə və müalicəsi yarımçıq saxlanılıb və onlar cəzaçəkmə müəssisələrinə qaytarılıb.
Cəzalanan məhkumlar arasında hazırda həbsdə tutulan jurnalist Sənan Abdullayev (Sənan Həsənoğlu) də var. Yaxınları dia.az-a bildiriblər ki, deputat Bəhruz Məhərrəmovla görüşdüyünə görə, jurnalist saxlanıldığı müalicə müəsissəsindən Kürdəxanıya "etap olunub". Jurnalistin yaxınları dia.az vasitəsilə soruşurlar ki, deputatla görüşmək nə zamandan qadağan olunub...
Məsələ diqqətimizdədir...
Gundemxeber.az
17-03-2017, 23:35
12-07-2013, 11:56
6-06-2016, 12:28
29-12-2013, 13:32
6-08-2013, 18:36
Sorğu
Yeni dizaynımız necədir?