GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Penitensiar Xidmətlə bağlı şok faktlar; Prezidentə müraciət edildi

Penitensiar Xidmətlə bağlı şok faktlar; Prezidentə müraciət edildi

Tarix: 12-07-2013, 11:56 Bölmə :Ölkə Baxış: 676
Penitensiar Xidmətlə bağlı şok faktlar; Prezidentə müraciət edildi


“Müalicə Müəssisəsində baş alıb gedən bu özbaşınalıqlara yuxarı orqanların biganə qalmaları bütün məhkumları narahat edir”

Penitensiar Xidmətə məxsus Cəzaçəkmə Müəssisələrində məhkumluq həyatı yaşayan Əmirov Elvin Vidadi oğlu, Fətəliyev Rasim Məzahir oğlu və Abdullayev Bayram Oruc oğlu hüquq müdafiəçisi Taleh Xasməmmədova məktub ünvanlayıblar. Bir nüsxəsi də AzNews.az-ın redaksiyasına göndərilən məktubda adı çəkilən məhkumlar həyatlarının təhlükədə olduğunu iddia edirlər.

Məktub müəllifləri yazır ki, Ədliyyə Nazirliyi Penitersiar Xidmətin Müalicə Müəssisəsinin Cərrahiyyə Şöbəsinin fəaliyyəti nəticəsində son zamanlarda həbsxanalarda ölüm halları artıb. Məhkumların iddiasına görə, Cərrahiyyə Şöbəsində cərrahiyyə əməliyyatları rüşvətlə aparılır. Bununla belə, həkimlərin yarıtmazlığı nəticəsində cərrahiyyə əməliyyatına məruz qalmış məhkumların səhhətlərində ağırlaşmalar baş verib. Məktubda bildirilir ki, hətta burada cərrahiyyə əməliyyatına məruz qalmış məhkumların bəziləri dünyalarını dəyişib, bəzilər isə ölümlə üz-üzə qalıblar.

Şikayətçilər iddia edir ki, səhhəti ağırlaşmış məhkumlar yenidən müayinə edilmək əvəzinə, əlavə pul verə bilmədikləri üçün yenidən Cəzaçəkmə Müəssisələrinə qaytarılırlar. Məktubda yazılır: “Belə məhkumlardan Əmirov Elvin Vidadi oğlu babasildən cərrahiyyə əməliyyatı olması üçün 550 manat rüşvət versə də, düzgün aparılmayan əməliyyat nəticəsində ölümlə üz-üzə qalıb və belə ağır vəziyyətdə cəza çəkdiyi müəssisəyə qaytarılıb. Mərhum Abdullayev Bayram Oruc oğlu isə həkimlərə verməyə pulu olmadığı və cərrahiyyə stolunda öldürüləcəyindən qorxuya düşdüyü üçün müalicədən imtina edərək, öz ərizəsi ilə Cəzaçəkmə Müəssisəsinə qaytarılıb”.

Məktub müəllifləri yazır ki, Müalicə Müəssisəsinin baş həkimi Bəhruz Mirzəyevin korrupsiya əməlləri nəticəsində adı çəkilən qurumda özbaşınalıq, qanunsuzluq baş alıb gedir.

Şikayətdə bildirilir ki, imkansız xəstə məhkumların müayinə və müalicəsinə heç bir şərait yaradılmır. İmkanlı sağlam məhkumlar isə rüşvət hesabına saxta xəstəlik sənədləri alaraq, uzun müddət xüsusi imtiyazlarla Müalicə Müəssisəsində qalırlar. Məktub müəllifləri daha sonra yazır: “Bunlardan biri məhkum Ələkbərov Şahlar Xəlil oğludur ki, onu babasil xəstəliyi müalicəsi adı ilə 9 aydır, Müalicə Müəssisəsində rüşvət hesabına saxlayırlar. Hansı ki, bu 9 ay ərzində çoxlu sayda xəstə məhkumları babasildən müalicə ediblər”.

Məhkumların iddiasına görə, Müalicə Müəssisəsinin bütün şöbələrində qeyd olunan formada analoji hallar baş alıb gedir.

Müalicə Müəssisəsində saxlanma şəraitindən də şikayətlənən məhkumları yazır ki, imkansız xəstə məhkumlar hətta yer olmadığından mətbəxdə stol-stulların üzərində, döşəmədə yatmalı olurlar: “Qidalanma çox pisdir, antisanitariya baş alıb gedir, sanitar qovşaqlar, hamam yararsız vəziyyətdədir, telefon danışıqları pulludur”.

Məktubda yazılır ki, Müalicə Müəssisəsində baş alıb gedən bu özbaşınalıqlara yuxarı orqanların biganə qalmaları bütün məhkumları narahat edir.

Qeyd edilir ki, Ombudsman Aparatının 2012-ci ilin yanvar ayının yekunlarına dair hesabatında Penitensiar Xidmətinin Müalicə Müəssisəsində, Cəzaçəkmə Müəssisəsinin tibb hissələrindəki yarıtmaz vəziyyət barədə Milli Məclisin iclasında məsələ qaldırılıb. Bununla belə, həmin dövrdən bəri Müalicə Müəssisəsinin fəaliyyətində irəliləmə müşahidə edilməyib.

Məktub müəllifləri mətbuat vasitəsilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə, Ədliyyə Nazirliyi Tibb Baş İdarəsinin rəisi Rafael Mehdiyevə, İctimai Komitəyə, Ombudsmana və Beynəlxalq Qırmızı Xaç Komitəsinin Azərbaycandakı Nümayəndəliyinin rəhbərinə müraciət edib: Xahiş edirik, Penitensiar Xidmətin Müalicə Müəssisəsində baş alıb gedən korrupsiya, antisantariya, özbaşınalıq hallarının qarşısını alın və korrupsiyaya qurşanmış məmurlar barəsində təcili tədbirlər görün”.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Ədliyyə naziri Penitensiar xidmətlə bağlı əmrlər verdi

    Ədliyyə naziri Penitensiar xidmətlə bağlı əmrlər ...

    19-11-2013, 11:35

  • 
  • Səhiyyə Nazirliyi həkimlərin günahını təsdiqlədi

    Səhiyyə Nazirliyi həkimlərin günahını təsdiqlədi ...

    27-12-2013, 10:44

  • 
  • Azərbaycanda məhkumların sayı 17 mindir

    Azərbaycanda məhkumların sayı 17 mindir ...

    21-05-2013, 13:02

  • 
  • Məhkumların özlərini  doğraması ilə bağlı açıqlama

    Məhkumların özlərini doğraması ilə bağlı açıqlama ...

    6-08-2013, 18:36

  • 
  • Məhkum ailəsindən türmə rəisinə şok ittihamlar

    Məhkum ailəsindən türmə rəisinə şok ittihamlar ...

    20-02-2015, 12:49


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu