Bura Sabunçu rayonunda yerləşən “Bit bazarı”-dır. Arzu Məmmədova hər şənbə-bazar bu bazara azyaşlı körpəsilə birgə gəlir. Deyir, dolanışığını burada ikinci əl əşyalar satmaqla təmin etməyə çalışır.
GUNDEMXEBER.AZ toplum tv-ye istinadla bildirir ki, Arzu Məmmədovanın iki övladı var. Böyük övladı bacısının himayəsindədir. Azyaşlı körpəsinə dayə tuta bilmədiyindən məcbur olur ki, onu da özü ilə bərabər bazar yollarında aparıb-gətirsin. Arzu Məmmədova bu evdə kirayə yaşayır. Mənzilin bir hissəsinin tavanı uçulub-tökülür. Arzu Məmmədova şəraitsiz evdən, imkansızlıqdan gileylənir. Şikayətçinin sözlərinə görə ünvanlı sosial yardım almaq üçün Sosial Müdafiə Nazirliyinə müraciət etsə də, rədd cavabı alıb. Sosial Müdafiə Nazirliyinin sözçüsü Rəşad Mehdili Toplum Tv-yə bildirib ki, ailənin ünvanlı sosial yardım hüququnun yoxlanılması üçün şikayətçi ilə əlaqə yaradılıb. Məlum olub ki, Arzu Məmmədova həyat yoldaşından ayrılıb, lakin aliment almır. Arzu Məmmədova aliment almaması barədə arayış əldə etdikdən sonra ünvanlı sosial yardımla bağlı müraciət edə bilər. Arzu Məmmədova deyir, sosial yardım almaq üçün lazımı sənədləri əldə etmək üçün çalışacaq, amma bunu necə edəcəyini bilmir.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?