Ünvanlı sosial yardım (ÜSY) yoxsulluğun azaldılmasına xidmət məqsədilə verilsə də, hərdən bu yardımların ünvanına getmədiyi də olur. Belə ki, buna heç bir ehtiyacı olmayan insanlara da “dövlətin malıdır” deyib özlərinə müxtəlif sənədlər düzəldərək ünvanlı sosial yardım alırlar. 2006-cı ildən ÜSY həyata keçiriləndən bəri dövlətin rəsmi göstəricilərinə görə yoxsulluq həddi aşağı ensə də, sosial yardım alanların sayında artma tendensiyası müşahidə olunurdu.
Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, hazırda 120904 ailə (531885 nəfər) ünvanlı sosial yardım alır. Rəsmi məlumata görə, ötən illərlə müqayisədə ünvanlı sosial yardım alanların sayında azalma müşahidə olunur. Belə ki, son altı ay ərzində ÜSY alan ailələrin sayı 120904 olubsa, yardımın orta aylıq məbləği 119,82 manat, adambaşına düşən məbləğ 27,24 manat təşkil edib.
Ötən il isə ÜSY alan ailələrin sayı 133613, orta aylıq məbləğ 113,94 manat, adambaşına düşən məbləğ 25,81 manat olub.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?