GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » MSK-ya yeni “nəzarətçi” təyinatı - hökumət Məzahir Pənahovdan şübhələnib, yoxsa...

MSK-ya yeni “nəzarətçi” təyinatı - hökumət Məzahir Pənahovdan şübhələnib, yoxsa...

Tarix: 7-06-2023, 14:09 Bölmə :GündəmXəbər / Manşet Baxış: 341

Seçkiyə ayrılmış pullara nəzarət üçün Seçki Məcəlləsinə mühüm dəyişiklik edilir; ehtimal var ki, parlament seçkilərindən sonra Pənahovun yerinə yeni şəxs sədr gətiriləcək

Azərbaycan Mərkəzi Bankının mütəxəssisləri Mərkəzi Seçki Komissiyasında (MSK) və dairə seçki komissiyasında (DSK) yaradılan nəzarət-təftiş xidmətində təmsil olunacaq. Bu, Seçki Məcəlləsinə təklif olunan dəyişiklik layihəsində əksini tapıb. Belə ki, məcəlləyə əsasən seçki komissiyalarına ayrılmış pul vəsaitinin təyinatı üzrə istifadəsinə, seçki fondları vəsaitinin düzgün qeydə alınmasına və istifadəsinə, pul vəsaitinin daxil olma mənbələrinə nəzarəti təmin etmək məqsədilə Mərkəzi Seçki Komissiyasında və dairə seçki komissiyasında nəzarət-təftiş xidmətləri yaradılır.

Nəzarət-təftiş xidmətinə aşağıdakılar daxildir:

Nəzarət-təftiş xidmətinin rəhbəri;

həmin xidmətə təyin edilmiş seçki komissiyasının üzvləri, dövlət orqanlarından, Azərbaycan Mərkəzi Bankından, digər təşkilat və idarələrdən cəlb edilmiş mütəxəssislər. Göstərilən orqanlar və təşkilatlar müvafiq seçki komissiyasının sorğusu ilə seçkilərin təyin edilməsi haqqında qərarın (sərəncamın) rəsmi dərc edildiyi gündən başlayaraq Mərkəzi Seçki Komissiyasının sərəncamına seçkilər müddətinə müvafiq mütəxəssislər göndərməlidir.

Qeyd edək ki, 2023-cü ilin büdcəsindən Azərbaycanda seçkilərin keçirilməsi və statistika tədbirlərinə 30 milyon manatdan çox vəsait ayrılıb. Bəzi iddialara görə, 73 yaşlı MSK sədri Məzahir Pənahov təqaüdə yola salına bilər. Məzahir Pənahov 1998-2000-ci illərdə MSK-nın Beynəlxalq Əlaqələr İdarəsinin rəisi işləyib. 2000-ci il mayın 19-da MSK üzvü təyin olunub və həmin gün komissiyaya sədr seçilib. 21 ildir MSK-ya sədrlik eləyən Məzahir Pənahov bu müddət ərzində 3 referendum (2002, 2009, 2016), 4 prezident (2003, 2008, 2013, 2018), 5 parlament (2000, 2005, 2010, 2015, 2020) və 4 bələdiyyə (2004, 2009, 2014, 2019) seçkisi keçirib.

M.Pənahovdan öncə MSK-nın sədri Cəfər Vəliyev olub.

Məzahir Pənahovun varidatı haqda da zaman-zaman yazılıb, bu barədə internet resurslarında çoxlu məlumatlar var. Məsələn, Yenisabah.az yazırdı ki,  9-cu mikrorayonda 5 otaqlı bir evi, Novxanıda bir bağ evi, "Nizami" metrosu yaxınlığındakı hündürmərtəbəli binaların birində 5 otaqlı bir evi, Teleqüllənin yanında, 4 mərtəbəli, hər tərəfi şüşə ilə bəzədilmiş villası, qızının Həsən Əliyev (keçmiş İnqilab) küçəsində bir evi, Zağulbada bağ evi, Nərimanovda, “Montin parkı” yaxınlığında bir evi, Ceyhun Hacıbəyli küçəsi ilə Həsən Əliyev küçəsinin birləşməsində yerləşən möhtəşəm villası var. Üstəlik, bu qədər mülkə sahib olan M.Pənahov dövlət bağlarından da yararlanıb, oradan da ev əldə edib. MSK-ya ayrılan pullara indi Mərkəzi Bankın nəzarətçi təyin edilməsi haqlı suallar doğurur. Hökumət bunca il sonra niyə bu nəzarət mexanizmini işə salır? Ümumiyyətlə, belə bir nəzarət mexanizminə ehtiyac varmı? Məzahir Pənahovdan şübhələr var, yoxsa yolamı salınır?

Tural Abbaslı: “Mənim üçün iki cins var – kişi və qadın, vəssalam” – Azlogos

Tural Abbaslı 

AĞ Partiyanın sədri Tural Abbaslı “Yeni Müsavat”a bildirdi ki, son dönəmlər Azərbaycan iqtidarı bütün sahələrdə maliyyə axınına nəzarəti gücləndirmək siyasətini yürüdür: "Nəzarət mexanizmlərinin tətbiqi üçün də qanunlara əlavələr edilir, yaxud yeni qanunlar qəbul edilir. Eyni zamanda maliyyə nəzarəti mexanizmini həyata keçirən qurumlara və ya komissiyalara hakimiyyətin ən sadiq adamları təyin edilir. Bu yaxınlarda hətta Müdafiə Nazirliyinə gənc bir şəxsi müavin təyin etdilər və həmin şəxs maliyyəyə nəzarət edəcək. Ona görə də mən düşünmürəm ki, Mərkəzi Seçki Komissiyasına da nəzarət-təftiş xidmətinin həyata keçirilməsi Məzahir Pənahovun şəxsi ilə bağlıdır. Dediyimiz kimi, yanaşma bütün büdcədən maliyyələşən strukturlara tətbiq edilir. Dövlət büdcəsindən ayrılan vəsaitlərin necə, hara xərcləndiyini nəzarətə almaq üçün belə bir mexanizm tətbiq olunur. MSK-ya ayrılan vəsaitlər nazirliklərə, komitələrə, dövlət agentliklərinə ayrılan maliyyədən kifayət qədər azdır. Yəni həmin qurumlarla müqayisədə MSK-da o dərəcədə nəhəng vəsaitlər dövr eləmir. Amma MSK üçün də belə bir nəzarət mexanizminə ehtiyac duyulubsa, deməli, ehtiyac var.

Məncə, bu, Məzahir Pənahova etimadsızlıqdan qaynaqlanan addım deyil. Lakin ehtimal var ki, parlament seçkilərindən sonra Məzahir Pənahovun yerinə yeni şəxs sədr gətiriləcək. Yaxın iki ildə Azərbaycanda 4 seçki keçiriləcəyi ehtimal olunur - bir referendum, 3 seçki”.

Azərbaycan Milli İstiqlal Partiyasının Sədri – Azərbaycan Milli İstiqlal  Partiyası

Arzuxan Əlizadə 

AMİP sədri Arzuxan Əlizadə isə bildirdi ki, son zamanlar SOCAR, AZAL və digər dövlət qurumları yanında müşahidə şuralarının yaradılması istiqamətində addımlar atıldığını görməkdəyik. Bu müşahidə şuraları dövlət büdcəsindən ayrılan vəsaitlərin xərclənməsinə nəzarət funksiyasını da yerinə yetirirlər: “Çünki sirr deyil ki, bir sıra dövlət qurumlarında maliyyə vəsaitlərinin təyinatı üzrə xərclənmədiyi üzə çıxır. Hesablama Palatasının rəylərində də biz bunu görürük. O mənada dövlət büdcəsindən ayrılmış vəsaitin təyinatı üzrə xəclənməsinə alternativ nəzarətin olması əhəmiyyətli məsələdir. Görünür ki, elə bu prizmadan da çıxış edərək Mərkəzi Seçki Komissiyasında Mərkəzi Bankın mütəxəssislərinin təmsil olunması ilə bağlı Seçki Məcəlləsinə əlavə edilməsi təklif olunub. Bəlkə də gecikmiş təklifdir. Təbii ki, Mərkəzi Seçki Komissiyasına mütəmadi olaraq dövlət büdcəsindən kifayət qədər böyük məbləğdə maliyyə ayrılır. Növbəti iki ildə ən azından ölkədə referendumun keçirilməsi gözlənilir, eyni zamanda bu iki ildə parlament, bələdiyyə və Prezident seçkilərinin keçiriləcəyi mütləqdir. Bu seçkilərə görə də MSK-ya böyük məbləğdə dövlət vəsaiti ayrılacaq. Həmin maliyyə vəsaitlərinə alternativ olaraq nəzarəti həyata keçirmək üçün Seçki Məcəlləsinə dəyişiklik edilir. Bu, tərəfimizdən yalnız təqdir oluna bilər. Çünki dövlət büdcəsindən ayrılan vəsaitlərin təyinatı üzrə xərclənməsi əhəmiyyətli məsələdir”. 


Gundemxeber.az

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Dairə seçki komissiyasının sədri vəfat edib

    Dairə seçki komissiyasının sədri vəfat edib ...

    27-08-2019, 11:34

  • 
  • MSK sədrinin seçki komissiyaları üzvlərinin maaşları artırıldı

    MSK sədrinin seçki komissiyaları üzvlərinin ...

    14-01-2014, 12:00

  • 
  • MSK 3 dairə ilə bağlı müraciətləri DSK-ya göndərdi - YENİLƏNİB

    MSK 3 dairə ilə bağlı müraciətləri DSK-ya ...

    20-02-2020, 16:31

  • 
  • Bülletenlərin seçki komissiyalarına verilməsi başa çatdı

    Bülletenlərin seçki komissiyalarına verilməsi ...

    6-02-2020, 15:52

  • 
  • Məzahir Pənahov: "Seçki bülletenlərinin dərci bir həftəyə başa çatacaq"

    Məzahir Pənahov: "Seçki bülletenlərinin ...

    24-03-2018, 13:27


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (193)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu