GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Ağstafanın AXSAQ TƏHSİLİ... - İTTİHAM VAR!

Ağstafanın AXSAQ TƏHSİLİ... - İTTİHAM VAR!

Tarix: 14-06-2023, 10:43 Bölmə :GündəmXəbər / Manşet Baxış: 247

Bir ara mediada Ağstafa Rayon Təhsil Şöbəsinin müdiri Mədət Zeynalovun qohumbazlığı barədə də davamlı məlumatlar yayıldı. Bildirilirdi ki, Mədət Zeynalov 5 oktyabr – Müəllimlər Günü münasibətilə rayonun təhsil işçilərini təbrik etmə kampaniyasına humanitar liseydə işləyən həyat yoldaşı Təhminə Zeynalovadan başlayıb və onun “Qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif olunması üçün təqdimat yazıb. Amma bu hədiyyə yerli tərəqqipərvər pedaqoji işçiləri narazı salıb. Çünki hədsiz imtiyazlara malik həmin xanımla müqayisədə fəxri ad və mükafatlara daha çox layiq olan təhsil işçiləri də vardı ki, gözləri önündə baş verən bu haqsızlıqla barışmaq məcburiyyətində qalıb mənəvi iztirab keçiriblər.

Lakin bugünkü yazıda ehtiva olunan məsələ belə düşünməyə əsas verir ki, Mədət Zeynalovun arvadı o hədiyyəni haqq etməsə belə, yenə də qane olası əhvalda deyil. Həyat yoldaşının pozulmuş ovqatını düzəltmək üçün bəlkə hələlik “əməkdar müəllim” fəxri adı yetərli ola, ya olmaya.

Bir ara Mədət Zeynalovun öz katibəsi Afaq Mustafayevanın əri Bayram Mustafayevə 8000 manat rüşvət müqabilində Qaçaq Kərəm kənd orta məktəbində təsərrüfat müdiri vəzifəsini satdığı barədə məlumat dolaşdı. Bax, yəqin elə Mədət Zeynalovun öz katibəsinə bunca dərin (!) diqqət və qayğı göstərməsi Təhminə xanımın qəlbində şübhə toxumu səpmişdi.

Etibarlı mənbədən redaksiyamıza verilən məlumata görə, bu günlərdə Təhminə Zeynalova qısqanclıq zəminində ərinin katibəsi ilə telefon mübahisəsi edib, bir-birinin ünvanına nalayiq ifadələr işlədiblər. Təhqirlərə məruz qalan Afaq idarədə səsini başına atıb. Səs küyə qonşu otaqlardan əməkdaşlar katibənin başına yığılıblar. Bunu eşidən Afaqın əri Bayram Mustafayev də məsələni ayırd etmək üçün Mədət Zeynalovun üstünə yeriyib və şöbə müdirinin and-amanından sonra təklif edib ki, katibənin otağını müdir kabinetindən aralıda yerləşdirsin. Deyilənə görə, qalmaqal hətta icra başçısının da qulağına çatıb.

Təbii ki, Mədət Zeynalov bu məsələdə həddindən artıq ehtiyatlı olmalıdır; çünki Afaq Mustafayeva katibə olaraq onun demək olar ki, bütün maxinasiyalarından, ümumtəhsil müəssisələri və kolleclərdə çevirdiyi korruptiv əməllərindən xəbərdardır. Odur ki, müdir həmişə katibəsinə müstəsna səlahiyyətlər verib; məsələn, birinci siniflərə qeydiyyat məsələsində valideynlərdən təmənna ummasına göz yumub.

Ümumiyyətlə, Ağstafa Rayon Təhsil Şöbəsinin müdiri Mədət Zeynalovun korruptiv siyasəti, vəzifələri və dərs bölgüsünü, dərs saatlarını alver predmetinə çevirməsi, qohumbazlığı barədə dəfələrlə KİV-də, o cümlədən “Deryaz.az” saytında tənqidi yazılar dərc olunub, hətta şöbə müdirinin korruptiv şərtlərinə boyun əyməyən məktəb direktorlarını, Yenigün, Qacaq Kərəm, Həsən su kənd orta məktəblərinin və yeni təyin olunan məktəb direktorlarını müəllimlərin əli ilə “ifşaedici” səs yazıları yaydıraraq “zərərsizləşdirməsinə” dair məlumatlar yayılıb. Ağstafa rayon Şahin Abadov adına Aşağı Kəsəmən kənd orta məktəbinin direktoru Mətanət Məmmədova (M.Məmmədova M.Zeynalovun özünə də dərs deyib) ilə məktəbin müəlliməsi (deyilənə görə iki illik kurs bitirib) Vüsalə Məmmədova arasında məlum səs yazısı qalmaqalını buna əyani misal göstərmək olar.

Elə indi də aktualdır ki, Mədət Zeynalov məktəb direktorlarına “haqq” qoyub, Regional Təhsil İdarəsi rəhbərliyinə çatdırdığını deyir. “İpə-sapa yatmayan” məktəb direktorlarının barəsində isə Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucova yalan məlumatlar ötürür. Təbiət etibarilə mərdimazar adam olmayan cənab Seymur Orucov bəlkə də Mədət Zeynalovun ötürdüyü hər donosa inanmazdı. Amma Mədətə bu məsələlərdə İcra Hakimiyyətinin məsul işçisi, başçının çox inandığı vəzifəli şəxslərdən başçının müavini Lalə Eyyubova kömək edir, təhsil müdirinin sözünə qüvvət verir, tələ qurduqları məktəb direktorunu quyuya salmaq üçün yoxlama komissiyasının təşkil edilməsinə nail olur.
Məqalədə qeyd olunan faktlara aydınlıq gətirmək üçün Mədəd müəllimə zəng vurub səsləndirilən ittihamlara mövqeyini bildirməsini xahiş etdik. Cənəb Zeynalov qol qoyduğu bu qədər nöqsanları görməzlikdən gələrək yazdığımız mesajda bir hərfin səhvini kişi göydə tutub bizi bizdə nöqsan tapdı. Qarşı tərəflərin də mövqeyini dərc etməyə hazırıq.
Mövzuya qayıdacağıq./Deryaz.az/

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Ağstafada gənclərin YARATDIĞI PROBLEM... - İDDİA

    Ağstafada gənclərin YARATDIĞI PROBLEM... - İDDİA ...

    29-01-2022, 13:27

  • 
  • Təhsil naziri müəllimləri təbrik etdi

    Təhsil naziri müəllimləri təbrik etdi ...

    5-10-2018, 10:31

  • 
  • “Əməkdar müəllim” adı müəllim olmayan şəxslərə verilib… - Burası AZƏRBAYCANDIR!

    “Əməkdar müəllim” adı müəllim olmayan şəxslərə ...

    8-10-2022, 13:29

  • 
  • Mədət Quliyev ədliyyə işçilərini təbrik edib - FOTO

    Mədət Quliyev ədliyyə işçilərini təbrik edib - ...

    23-11-2015, 19:49

  • 
  • Bir neçə təhsil işçisinə fəxri ad verildi

    Bir neçə təhsil işçisinə fəxri ad verildi ...

    9-10-2015, 19:19


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (372)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu