GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Mədət Quliyev ədliyyə işçilərini təbrik edib - FOTO

Mədət Quliyev ədliyyə işçilərini təbrik edib - FOTO

Tarix: 23-11-2015, 19:49 Bölmə :Ölkə Baxış: 0
Mədət Quliyev ədliyyə işçilərini təbrik edib - FOTO

Ədliyyə işçilərinin peşə bayramı günü münasibətilə Ədliyyə Nazirliyində təntənəli mərasim keçirilib. Bu barədə “Report”a Ədliyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Mərasimdə ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov, Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev, Ali Məhkəmənin sədri Ramiz Rzayev, milli təhlükəsizlik nazirinin vəzifəsini icra edən Mədət Quliyev, nazirliyin kollektivi, vətəndaş cəmiyyətinin təmsilçiləri və media nümayəndələri iştirak ediblər.
Əvvəlcə Azərbaycan ədliyyəsinin müasir fəaliyyətinə həsr olunmuş qısametrajlı sənədli film nümayiş etdirilib.
Əlamətdar gün münasibətilə ədliyyə işçilərini təbrik edən nazir F.Məmmədov bu bayramın ulu öndər Heydər Əliyev tərəfindən təsis edildiyini diqqətə çatdıraraq, artıq 16 ildir ki, ədliyyə işçilərinin bu bayramı böyük ruh yüksəkliyi ilə qeyd etdiklərini söyləyib.
Ədliyyə və məhkəmə orqanlarının fəaliyyətinə də xüsusi diqqət yetirildiyini deyən F.Məmmədov qanunvericiliyin əsaslı surətdə yeniləndiyini, ədliyyənin, məhkəmə orqanlarının inkişafı, müasirləşdirilməsi ilə bağlı ölkə başçısı tərəfindən fərman və sərəncamların imzalandığını, dövlət proqramlarının icra olunduğunu qeyd edib. Bu müddətdə bir çox ədliyyə işçisinin, hakimlərin yüksək fəxri adlara, ali xüsusi rütbələrə, orden və medallara layiq görüldüyünü vurğulayan nazir bildirib ki, bütün bunlar daha böyük və məsuliyyətli vəzifələr qoyur: “Çalışmalıyıq ki, bu etimadı layiqincə doğruldaq”.
Sonra Prezident İlham Əliyevin bir qrup ədliyyə işçisinin orden və medallarla təltif olunması barədə 2015-ci il 20 noyabr tarixli sərəncamı oxunub, fəaliyyətdə fərqlənmiş əməkdaşlar mükafatlandırılıb, onlara xüsusi rütbələr, qiymətli hədiyyələr və sair təltiflər təqdim olunub.
Mərasimdə çıxış edən Ali Məhkəmənin sədri Ramiz Rzayev peşə bayramı münasibətilə təbriklərini çatdırıb, Azərbaycan ədliyyə orqanlarının fəaliyyətinin müasir tələblərə, beynəlxalq standartlara cavab verdiyini bildirib. “Ədliyyə sisteminin müasirləşdirilməsi” layihəsi çərçivəsində müasir məhkəmə bina və komplekslərinin istifadəyə verildiyini və hazırda bu prosesin davam etdirildiyini vurğulayan R.Rzayev dövlətimizin başçısının qarşıya qoyduğu vəzifələrin icrasında ədliyyə işçilərinə uğurlar arzulayıb.
Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev Azərbaycanın hüquq ictimaiyyəti üçün əlamətdar günün - ədliyyə işçilərinin peşə bayramının ulu öndər Heydər Əliyev tərəfindən təsis edilməsini məmnunluqla xatırladaraq bu bayramın ölkəmizdə geniş qeyd edildiyini vurğulayıb. Son illərdə məhkəmə-hüquq sahəsində mühüm nailiyyətlərin əldə olunduğunu bildirən F.Abdullayev respublikada hüquq siyasətinin həyata keçirilməsində ədliyyə orqanlarının aparıcı rolunu xüsusi vurğulayıb.
Əlamətdar gün münasibətilə ədliyyə işçilərinə təbriklərini çatdıran milli təhlükəsizlik nazirinin vəzifəsini icra edən Mədət Quliyev ulu öndər Heydər Əliyevin məhkəmə-hüquq sahəsini daim diqqət mərkəzində saxladığını bildirib. M.Quliyev Prezident İlham Əliyevin də ədliyyə orqanlarına yüksək diqqət və qayğı göstərdiyini məmnunluqla qeyd edib, dövlət başçısı tərəfindən bayram ərəfəsində ədliyyə işçilərinin təltif edilməsinin bunun göstəricisi olduğunu söyləyib.

Mədət Quliyev ədliyyə işçilərini təbrik edib - FOTO
Mədət Quliyev ədliyyə işçilərini təbrik edib - FOTO
Mədət Quliyev ədliyyə işçilərini təbrik edib - FOTO
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Mədət Quliyev MTN-in uniformasında-FOTO

    Mədət Quliyev MTN-in uniformasında-FOTO ...

    23-11-2015, 19:55

  • 
  • İlham Əliyev ədliyyə işçilərini təbrik etdi

    İlham Əliyev ədliyyə işçilərini təbrik etdi ...

    22-11-2018, 13:51

  • 
  • İlham Əliyev ədliyyə işçilərini təbrik etdi

    İlham Əliyev ədliyyə işçilərini təbrik etdi ...

    22-11-2018, 13:51

  • 
  • DAŞKƏSƏNDƏ ƏDLİYYƏ İŞÇİLƏRİNİN PEŞƏ BAYRAMI GÜNÜ QEYD EDİLİB

    DAŞKƏSƏNDƏ ƏDLİYYƏ İŞÇİLƏRİNİN PEŞƏ BAYRAMI GÜNÜ ...

    22-11-2017, 19:58

  • 
  • Ədliyyə naziri vətəndaşları qəbul edəcək

    Ədliyyə naziri vətəndaşları qəbul edəcək ...

    31-01-2015, 16:24


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu