GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Xanın çözülməyən `sirləri`...

Xanın çözülməyən `sirləri`...

Tarix: 14-06-2023, 20:43 Bölmə :GündəmXəbər / Manşet Baxış: 251

Xanın çözülməyən `sirləri`...

Vasif Talıbovun istefasından sonra “Naxçıvanbank” Açıq Səhmdar Cəmiyyətində onun ailə üzvlərinə məxsus paylar başqa şəxslərə transfer edilib. Naxçıvanbank Talıbovlara məxsus bizneslərdən biri olsa da, ailənin buradakı payları uzun müddət gizli saxlanılıb. Bank demək olar ki, hər il müstəqil audit hesabatı yayımlasa da payçılar və onların payının miqdarı müxtəlif üsullarla gizlədilib.

Bankın yalnız 2017-ci ilə dair maliyyə hesabatında payçıların adı ilə bağlı məlumat əldə etmək mümkün olub. Bu hesabat 2018-ci ilin mayında dərc olunub və hesabat dövründən sonra baş vermiş hadisələrə dair bölmədə payçılardan birinin ASC-ni tərk etdiyi qeyd olunub.
Bu şəxs Cahan Holdingqin rəhbəri Vüqar Abbasov olub ki, o öz payını Vasif Talıbovun qızı Baharxanım və Seymur Talıbova transfer edərək bankı tərk edib.
Bundan sonrakı illərə dair maliyyə hesabatlarında payçılarla bağlı məlumatların olduğu bölmə müxtəlif üsullarla gizlədilib.
2018-ci ilin maliyyə hesabatında payçılar olan hissədə mətnin rəngi ağardılıb və buna görə oxunmur, amma mətn seçilib başqa yerə köçürüləndə adlar və pay miqdarları aydın oxunur. Bu üsul hesabatın ingilis dilində olan versiyasında da tətbiq edilib.
2019-cu ilə dair hesabatda isə ümumiyyətlə “Giriş” hissəsinin olduğu səhifə yoxdur. Adətən maliyyə hesabatında həmin hissə şirkətin payçıları ilə bağlı məlumat verir. Bu hesabatda isə səhifə 5 tamamilə hesabatdan çıxarılıb. Hesabatın ingilis dilində olan versiyasında isə eyni məlumatın olduğu bölmə 8-ci səhifəyə təsadüf edir və o da yoxdur.
Oxşar qaydada 2020 və 2021-ci illərə dair hesabatlarda da həm Azərbaycan, həm də ingilis dilində olan versiyalarda ya səhifə çıxarılıb, ya da payçıların olduğu hissə ağardılaraq bunla bağlı məlumat gizlədilib.
Naxçıvanda DTX-nın keçirdiyi əməliyyatlardan sonrakı dövrə təsadüfən edən, 2022-ci ilə dair maliyyə hesabatı isə bankın əvvəlki payçılarını açıqlayır. Onlar Vasif Talıbovun həyat yoldaşı Sevil Sultanova, oğulları Seymur və Rza Talıbovlar, qızı Baharxanım Talıbovadır. Hesabat dövründən sonra baş vermiş hadisələr bölməsində isə qeyd olunur ki, 2023-cü il fevralın 1-dən etibarən bütün səhmlər satılıb və iştirak payı aşağıdakı kimi dəyişib:

Xanın çözülməyən `sirləri`...

Bu dəyişikliyə qədər bankın 63.66%-lik payı Rza Talıbova, 9.82%-lik payı Baharxanım Talıbovaya, 20.48%-lik payı Seymur Talıbova, 6.04%-lik pay isə Sevil Sultanovaya məxsus idi.
Bundan əlavə Naxçıvanbank ASC-nin illik maliyyə hesabatı və müstəqil auditor rəyini hazırlayan şirkət də dəyişib. 2017-2021-ci illərə dair hesabat “Bakertilly” şirkəti tərəfindən hazırlansa da, son maliyyə hesabatı və auditor rəyini Nexia EA Qapalı Səhmdar Cəmiyyəti hazırlayıb. Bu şirkət 2009-cu ilin oktyabrında “Euro Audit” MMC kimi qeydiyyatdan keçib. Daha sonra adı və hüquqi forması dəyişdirilib. Hazırda 2000 AZN nizamnamə kapitalı olan Nexia EA Qapalı Səhmdar Cəmiyyət kimi fəaliyyət göstərir.
Dövlət Təhlükəsizlik Xidməti 2022-ci ilin noyabrından etibarən Naxçıvan Muxtar Respublikasında bir neçə əməliyyat keçirib və yerli vəzifəli şəxslər, o cümlədən nazirlər korrupsiya və yeyintidə ittiham olunaraq saxlanılıb. Bu əməliyyatların ardınca isə Ali Məclisin sədri Vasif Talıbov vəzifəsindən istefa verib. Nəticədə 27 il sonra Naxçıvana yeni rəhbər təyin edilib.
Vasif Talıbovla yanaşı oğlu Seymur Talıbov Naxçıvan Dövlət Universitetinin prorektoru vəzifəsindən azad edilib./Mikroskopmedia.com/

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Vasif Talıbovun qızı “Naxçıvan Bank”dakı səhmlərini də itirdi - səhmdarlardan digər ikisi də...

    Vasif Talıbovun qızı “Naxçıvan Bank”dakı ...

    6-02-2023, 18:23

  • 
  • Gülər Əhmədovanın deputat yeri Vasif Talıbovun ortağına təklif olunub

    Gülər Əhmədovanın deputat yeri Vasif Talıbovun ...

    23-01-2013, 10:39

  • 
  • Vasif Talıbov həbs oluna bilərmi? - GƏLİŞMƏ

    Vasif Talıbov həbs oluna bilərmi? - GƏLİŞMƏ ...

    27-04-2023, 20:46

  • 
  • Vasif Talıbova niyə "Naxçıvan xanı" deyirlər? - ŞOK SİYAHI

    Vasif Talıbova niyə "Naxçıvan xanı" ...

    10-12-2022, 18:02

  • 
  • İşdən çıxarılan icra başçısını Vasif Talıbovla nə bağlayır?

    İşdən çıxarılan icra başçısını Vasif Talıbovla nə ...

    24-03-2023, 22:47


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (437)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu