Belə səviyyəsizliyi kreativlik kimi qələmə verirlər. Miçmanın rəhbəri olduğu Media agentliyi qəzetlər və saytlarla bağlı müsabiqənin nəticələrini açıqlayıb. Kimə nə qədər pul ayrılıb, yazılmayıb. Adamlar ovcunun içini iyləməli, ya da fal açmalıdılar, elə bil dədə-babadan qalan sərvətdən pay ayırıblar. Dövlət büdcəsinin puludur, detallı açıqlama ver, hər kəs də bilsin...
Yardım alanların bəziləri buna görə təşəkkür edib, ala bilməyənlərin bəziləri narazılığını bildirib, növbəti dəfə alacağına ümid edənlər ya susub, ya da yumşaq nəsə yazıb, daimi alanlarınsa vecinə deyil, yuxarıdan məsələni həll ediblər, onlarınkı heç bosmanlıq da deyil. Ümumiyyətlə, KİVDF-nin yerinə gələnlər bütün mənalarda Vüqar Səfərlinin qırılıb keçənlərinə rəhmət oxutdurur. Saytda bir rəhbər Əhmədin, bir də mətbuat katibi Səidənin şəkli var, Müşahidə Şurası bölməsində heç kim yoxdur, görünür, bunlar o şuranı oyuncaq qurum saydıqlarından (İTV Yayım Şurası kimi) şəkil nədir, adlarını belə yazmağı lazım bilməyiblər. Sonra da deyirlər mətbuatda peşəkarlığın artırılmasına ehtiyac var; nəynən, Alış?
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?