GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » "Jurnalistlərin qədrini bilən adamlar təmsil olunmalıdır"

"Jurnalistlərin qədrini bilən adamlar təmsil olunmalıdır"

Tarix: 7-04-2020, 20:43 Bölmə :Cəmiyyət Baxış: 417
"Jurnalistlərin qədrini bilən adamlar təmsil olunmalıdır"


Bir neçə gün öncə Prezident İlham Əliyevin sərəncamı ilə Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun (KİV DF) icraçı direktoru dəyişdirildi. Belə ki, Əhməd Məhəmməd oğlu İsmayılov quruma yeni icraçı direktor təyin edildi. Böyük ehtimal ki, tezliklə qurumun Müşahidə Şurası da dəyişəcək.

Maraqlıdır, bəs yeni Müşahidə Şurasında necə insanlar təmsil olunmalıdır, köhnələri əvəzləyənlər hansı keyfiyyətdə olmalıdır?

Gundemxeber.Az bildirir ki, modern.az bu sualla bəzi tanınmış media nümayəndələrinə müraciət edib:

"Yenisabah.az" saytının baş redaktoru Seymur Verdizadə KİVDF-nin Müşahidə Şurasının tam tərkibdə istefaya getməli olduğunu deyir:

“Vüqar Səfərlinin istefaya göndərilməsi mətbuatda islahatların anonsu sayıla bilər. Vəzifədə işləyəndə Vüqar Səfərlini ən çox tənqid edən adam mən olmuşam. Çünki onun mətbuata heç bir aidiyyatı yox idi. Bu adam uzun illər öz havadarları ilə birlikdə Azərbaycan mətbuatının onurğa sütununu zədələdi. Vüqar Səfərli artıq keçmişdir, biz gələcəyə baxmalıyıq. Mətbuatı Vüqar Səfərlinin və havadarlarının sürüklədiyi bataqlıqdan çıxarmaq üçün bu sektorda köklü dəyişikliklərə ehtiyac var. Azərbaycan mətbuatı yaltaqlardan və qorxaqlardan xilas olmalıdır. Mətbuatın səfasını onun cəfasını çəkən adamlar görməlidir. KİVDF-nin Müşahidə Şurası tam tərkibdə istefaya getməlidir. Bu qurum peşəkar jurnalistlərin iştirakı ilə formalaşmalıdır. Reklam bazarını dirçəltmək, mediaya müstəqillik vermək lazımdır. Mətbuat hər hansı məmurun əlində təzyiq vasitəsi ola bilməz. Yalnız peşəkar, gözü-könlü tox, mətbuatın inkişafında maraqlı olan insanlardan formalaşan Müşahidə Şurası bu sektorda müsbət dəyişikliklərə nail ola bilər. Mətbuatın inkişafı üçün KİV Fonduna ayrılan vəsaitin canavar xislətli yırtıcılar tərəfindən talan edilməsinə imkan vermək olmaz”.

“Musavat.com” saytının baş redaktoru Xalid Kazımlı deyir ki, yeni formalaşan Müşahidə Şurasında peşəkarlar yer almalıdır:

“KİVDF-nin Müşahidə Şurasında peşəkarlar, jurnalistikanı bilən, özləri yazı-pozu adamı olan, söz deyən, söz anlayan, peşə etikasına riayət edən, jurnalistlərin qədrini bilən adamlar təmsil olunmalıdır”.

"Modern.az" saytının rəhbəri Elşad Eyvazlı yenidən formalaşacaq Müşahidə Şurasının mediaya gerçək dəstək olmasını istəyir:

“KİVDF dövlət tərəfindən media qurumlarına maliyyə dəstəyi verən, onların sosial problemlərinin həllinə yönəlik addımlar atan bir qurumdur. Jurnalistikanı az-çox bilən biri kimi istəyimiz ondan ibarətdir ki, bu qurum mətbuatımızın inkişafına gerçək şəkildə dəstək olsun. Çünki bu günə qədər bu sahədə çox ciddi problemlər var idi. Ümid edirik ki, yeni formalaşdırılacaq Müşahidə Şurası mövcud problemləri aradan qaldıracaq”.

Gundemxeber.Az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Prezident KİVDF-yə yeni icraçı direktor təyin etdi - SƏRƏNCAM

    Prezident KİVDF-yə yeni icraçı direktor təyin ...

    4-04-2020, 18:04

  • 
  • Azərbaycan Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının tərkibi dəyişdirildi

    Azərbaycan Prezidenti yanında KİV-in İnkişafına ...

    6-06-2017, 01:11

  • 
  • Vüqar Səfərli işdən çıxarıldı

    Vüqar Səfərli işdən çıxarıldı ...

    4-04-2020, 17:21

  • 
  • MTRŞ və KİVDF-də YENİ TƏYİNATLAR: - Media cameəsinin hansı gözləntiləri var?

    MTRŞ və KİVDF-də YENİ TƏYİNATLAR: - Media ...

    7-04-2020, 19:31

  • 
  • Vüqar Səfərli özünü biabır etdi

    Vüqar Səfərli özünü biabır etdi ...

    4-05-2013, 00:52


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (294)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu