GündemXeber.Az-ın redaksiyasına Göyçay rayonu, Çərəkə kənd sakini Mütəllimov Ceyhun Tofiq oğlu tərəfindən şikayət ərizəsi daxil olub. Şikayətçi şəxs qeyd edir ki, "Şəki Penitensiar Müəssisəsinin rəisi Fərhad Hüseynov dövlət idarəsində bazar açıb, şıdırğı alver edir. Nəticədə imkansız, kasıb məhkumlar zülm-əziyyət çəkirlər.
Beş ildən çoxdur ki, Fərhad Hüseynov Şəki Penitensiar Müəssisəsinə rəis təyin olunub. Həmin gündən müəssisədə cəza çəkən məhkumlar olmazın həddə əziyət çəkirlər.
Müəssisəyə ilk daxil olan məhkum 14 günlük karantindən vaxtından əvvəl çıxmaq üçün 500 manat verməlidir, iki nəfərlik kamerada qalmaq üçün 3000 manat pul verilməlidir, istənilən vaxt yuyunmaq üçün pullu hamam 10 manat, istənilən vaxt telefonla danışmaq dəqiqəsi 5 manat, saç saxlamaq üçün ayda 100 manat, tibb məntəqəsində qalmaq üçün ayda 2000 manat, karsa düşməmək üçün 500 manat, vaxtından əvvəl ailə üzvülərilə görüşmək 300 manat və sairə hamısına pul ödənilməlidr.
Müəssisədə fəaliyyət göstərən maqazində ərzaqlar üçqat artıq qiymətə satılır. Misal üçün azadlıqda 1 kq kartof 80 qəpik və ya 1 manat olduğu halda, müəssisədə bu qiymət 3 manat təşkil edir. Bütün ərzaqlar beləcə üçqat artıq qiymətə satılır. Səbəb isə müəssisədə məhkumlar üçün bişirilən yeməklərin iy-qoxulu olmasıdır. Məhkumlara bişirilən yeməyi heyvan belə yeyə bilmir, imkansız məhkumlar isə acından ölməmək üçün məcburiyyət qarşında qalıb həmin yeməyi yeyirlər. Bir az imkanı olan məhkumlar məcbur olub müəssisənin maqazinindən üçqat baha qiymətə satılan ərzağı alırlar və özləri bişirib yeyirlər.
Müəssisəyə dövlət tərəfindən verilən ərzaq məhsullarının yaxşısı maqazində elə məhkumların özlərinə satılır.
Müəssisənin həyətində pullu kafe, bərbərxana fəaliyyət göstərir.
Korrupsiya yolu ilə qazanılan bütün çirkli pullar müəssisənin rəisi Fərhad Hüseynova çatır.
Bu şəxs korrupsiya yolu ilə əldə etdiyi kapital hesabına Bakı şəhərində çoxlu sayda ticarət obyektinə, restoranlara, bahalı avtomobillərə və bahalı evlərə sahib olub.
Bu şəxsin Şəki Penitensiar Müəssisəsində yaratdığı özbaşınalığa, qanunsuzluğa görə məhkumların özləri və ailə üzvüləri çox əziyyət çəkirlər.
Əslində Fərhad Hüseynov törətdiyi cinayət əməllərinə görə həbs olunmalı və cəza çəkib islah olmasına zərurət var.
Buna görə də Ədliyyə Naziri cənab Fikrət Məmmədovdan və Penitensiar xidmətin rəisi Mirsaleh Seyidovdan xahiş edirik ki, bu şikayətimizi yerində obyektiv araşdırsınlar və təcili tədbirlərini də görsünlər".
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?