Amil Fazil oğlu Hüseynov kimə arxayın olaraq, “Gelandewagen” markalı avtomobili öz adına sənədləşdirib?
Ümid edirik ki, Penitensiar Xidmətə bu yaxınlarda rəis təyin olunan cənab general-mayor Ceyhun Həsənov sözügedən məsələyə aydınlıq gətirəcək.
Bu günlərdə Ədliyyə Nazirliyi yanındakı Penitensiar Xidmətdə işləyən Amil Fazil oğlu Hüseynovun 300 min manat dəyərində olan əmlakı ilə bağlı 365info.az-ın redaksiyasına məlumat və bəzi sənədlərin surəti daxil olub.
Redaksiyamıza daxil olan məlumata görə, Hüseynov Amil Fazil oğlu Ədliyyə nazirliyi Penitensiar xidmət əməkdaşı olan vaxt 300 min manat qiymətinə “Mercedes Gelandewagen” markalı avtomobil əldə edib. Məlumata görə, A.Hüseynov qara metalik rəngli həmin avtomobili 99-EF-999 dövlət nömrə nişanı ilə idarə edir.
Hətta bu şəxs o qədər özündən arxayındır ki, 300 minlik avtomobilini öz adına sənədləşdirib. Oxucularda və biz jurnalistlərdə sual doğurur ki, 1989-cu il təvəllüdlü Hüseynov Amil Fazil oğlu neçə il Ədliyyə orqanlarında xidmət edib və onun aylıq əmək haqqı ona 300 min manat dəyərində “Gelandewagen” almağa bəs edirmi?
Ümid edirik ki, Penitensiar Xidmətə bu yaxınlarda rəis təyin olunan cənab general-mayor Ceyhun Həsənov sözügedən məsələyə aydınlıq gətirəcək.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?