GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » “AAK-a 5 milyon 160 min manat rüşvət daxil olub”

“AAK-a 5 milyon 160 min manat rüşvət daxil olub”

Tarix: 28-07-2023, 17:43 Bölmə :GündəmXəbər / Manşet Baxış: 9 696

Ötən yazımızda AAK-da rüşvət faktından geniş bəhs etmişdik. (https://gundemxeber.az/gundemxeber/80851-ali-attestasiya-komissiyasinda-diplom-alveri.html) 

O da məlumdur ki,  heç kəs könüllü şəkildə 20-30 min manat pulu rüşvət olaraq AAK-da çalışanlara verməz. Problem ilk növbədə iddiaçıların sənədləri ilə bağlı yardılır, bu məqsədlə Fmil Mustafayev AAK-a gələndən sonra hazırlanmış və 2019-cu ildə qəbul edilmiş “Elmi dərəcələrin və adların verilməsi haqqında Əsasnamə”dən istifadə edilir. GundemXeber.Az-ın redaksiyasına müraciət edən əksər iddiaçılar AAK-ın həmin Əsasnaməni qeyri-qanuni olaraq və məqsədli şəkildə 2019-cu ildən əvvəlki dövrə tətbiq etməsindən şikayətləndilər. AMEA-nın gənc bir tədqiqatçısı deyir: “Mən 2016-cı ildə doktoranturaya daxil olmuşam. Baza təhsilini Bakı Dövlət Universitetinin tarix fakültəsində almışam. Magistranturanı isə NBA proqramı üzrə bitirmişəm. Doktoranturaya daxil olanda fərq imtahanlarını vermişəm. Azərbaycan Respublikası Təhsil Nazirliyinin təsdiq etdiyi Magistr diplomumda qeyd edilir ki, təhsilin yeni pilləsində təhsilimi davam etdirə bilərəm. Üstəlik, orada mənim təhsilimi hansı ixtisas üzrə davam etdirə biləcəyim konkret qeyd olunmadığından demək mən baza təhsilimə uyğun sahə üzrə də doktorantura və yaxud aspirantura təhsili ala bilərəm. Lakin AAK mənim tarix üzrə yazdığım işə baxmaqdan imtina edir. Və həmin imtinanı 2019-cu ildə qəbul edilmiş əsasnamə ilə əsaslandırır. Halbuki mən 2016-cı ildə, yəni yuxarıda adıçəkilən əsasnamədən 3 il qabaq doktranturaya qəbul olunmuşam. Onda AAK hansı haqla həmin əsasnaməni mənə və mənim kimi onlarla gəncə tətbiq edir. Digər tərəfdən, AAK-ın əsasnaməsi Azərbaycan Konsititusiyasından üstündürmü?”  

Azərbaycan Respublikasının Konsititusiyasının 149-cu maddəsinin VII bəndində deyilir: “Fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir”. Yəni hüquqi normativ akt vətəndaşın xeyrinə olduqda, onun qüvvəsi geriyə şamil oluna bilər. Əks halda, yəni vətəndaşın ziyanına olduqda, onun qüvvəsinin geriyə şamil edilməsi Azərbaycan Respublikasının Konsititusyası tərəfindən birmənalı şəkildə qadağan edilir. AAK isə Azərbaycan Respublikasının Konsititusiyasının tamamilə  ziddinə olaraq məhz vətəndaşların vəziyyətini ağırlaşdıran hüquqi normativ aktın qüvvəsini geriyə şamil etmişdir. Beləliklə, magistraturanı NBA proqramı üzrə bitirmiş onlarla azərbaycanlı gəncin elmə gələn yolunu qapayır. Təəccüb doğuran budur ki, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi də diplomda yazdığı “bu diplom növbəti pillədə təhsili davam etdirməyə icazə verir” sözlərinə birmənalı şərh vermək istəmir. İndi gənclər necə etsin?  Sadə bir həqiqəti AAK rəhbərliyinə anlatmaq üçün Konsititusiya Məhkəməsini işə qarışdırsınlar? 

Əslində, AAK rəhbərliyi işin nə yerdə olduğunu, qanunun nə dediyini çox gözəl başa düşür. Amma... Məsələ elə bu əmmadadır. Qəsdən yaradılmış bu anlaşılmazlıq elmi dərəcə və ad almaq istəyən gəncləri küncə sıxışdırmaq və maraqları təmin etmək üçün sadəcə bir vasitədir...     

AAK-da ən böyük narazılıq filologiya, sənətşünaslıq, pedaqogika, tarix və antrapologiya şöbəsi ilə bağlıdır. Bu şöbəyə rəhbərliyi isə, pedaqogika üzrə fəlsəfə doktoru (pedaqogika üzrə fəlsəfə doktorunun filologiya, sənətşünaslıq, pedaqogika, tarix, antrapologiya-  kimi fərqli  sahalərə necə rəhbərlik etməsi sual doğurur) Oktay Səmədov həyata keçirir. Əksər gənc tədqiqatçılar hələ öz adının düzgün yazılışını tapa bilməyən (gah Oqtay yazır, gah Oktay) bu adamın qanundan yox, çox vaxt digər maraqlardan çıxış etdiyini dilə gətirirlər. Ümumiyyətlə, bu şöbə məqsədli şəkildə elm aləmində tez-tez işlədilən “qara opponentlərdən” sui- istifadə etməklə iddiaçıları küncə sıxışdırır. Adi  dildə “çornı opponentlik” adlanan bu rüşvət mexanizminin fəaliyyəti aşağıdakı kimi qurulur:  Hər hansı iddiaçını sıxışdırmaq, tora salmaq üçün onun işi əvvəlcədən razılıq əsasında  “qara opponentə” göndərilir və tapşırıq əsasında ona mənfi rəy yazdırılır. İddiaçı ilə razılaşdırılandan sonra, bu mənfi rəy məsələsini həll eləmək” lazım gəlir, bunun üçün iş  ikinci “opponentə” göndərilir və bu dəfə “işin keyfiyyəti özü-özünə yüksələrək” müsbət rəyə layiq görülür. Bütün bunlar əsasən şöbə müdirinin  planı üzrə Ekspert Şurasına qədər edilir, bu maneələr keçildkdən sonra növbəti proses başlayır. Ekspert Şurası istənilən işi qaytara bilər. Tutaq ki, mövzunun aktuallığı soruşulur, sən cavab verirsən, şura üzvlərindən biri qayıdıb deyir ki, yox belə deyil. İş batdı. Əlbəttə ki, bu problemi “qaydalara” tabe olmayanlar yaşayır, “qaydalar” üzrə gedənlər çox rahat şəkildə diplomlarını alır. 

Professor İdris Abbasov mətbuata verdiyi bir müsahibəsində qeyd edir ki, “AAK sədri müzakirə edilmiş elmi işləri dəfələrlə təkrar müzakirəyə cəlb edir”.

Görəsən, məqsəd nədir? Əlbəttə, AAK-ın Ekspert Şurasının üzvü və elmi katibi professor Şəfa Əliyev rüşvət üstündə həbs olunana qədər AAK öz daxilində rüşvət faktının olmasını birmənalı şəkildə inkar edirdi. Sağ olsun, Şəfa müəllim AAK-ın işinə birdəfəlik aydınlıq gətirdi! Bir daha bəlli oldu ki, 20-30 min söhbəti həqiqətən bu təşkilatın daxilində gedir. Həm də bu gün heç kəs deyə bilməz ki, hansısa Ekspert Şurasının üzvü təkbaşına, yaxud rəhbərlikdən xəbərsiz fəaliyyət göstərib. Hər yerin kameralarla təchiz edildiyi, hər yanda rəhbərin xüsusi adamlarının olduğu bir strukturda  heç kəs rəhbərlikdən xəbərsiz cəsarət edib rüşvət ala bilməz. Digər tərəfdən, Famil Front oğlu Mustafayev bura Dövlət Əmlak Komitəsindən gəlib. Onun üçün “Kupça” ilə diplomun bir elə də fərqi yoxdur.  

Üstəlik o da məlumdur ki, əksər ekspertlər maaş alıdıqları üçün rəhbərliyin bütün göstərişlərini sözsüz yerinə yetirirlər. Bununla bağlı professor İdris Abbasov yazır: “Mən ona görə də təkrar müzakirəyə sədrlik etməkdən imtina etdim. Elmə, inkişafa heç bir faydası olmayan belə yanlış qərarın icraçısı olmaq üçün o qədər cahil olmalısan ki, bu hərəkətə boynubükük şəkildə razı olasan. Həyatda hər şey elmdən, ziyalılıqdan, haqq sözünü deməyi bacarmaqdan, özünə qarşı tələbkar olmaqdan başlayır. Təəssüf ki, bizim bəzi alim-məmurlarımız bunu hələ də anlamaq istəmirlər. Şirnikləndirici təkliflər, formal müzakirələr elmin inkişafına deyil, rüşvətə xidmət edir”.

Əlbəttə,  “maraqları” ödəyən, yaxud şöbə müdiri ilə “dil tapan” insanların işi çox asan gedir. Elə adamlar var ki,  3-4 aya diplom alıb, elələri isə var ki, 2-3 ildir AAK-a ayaq döyür. Niyə? Və niyə elmin qapıları gənclərin üzünə bağlanıb?  Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi niyə gənclərə verdiyi diplomların arxasında dayanmır? AAK diş texnikinə tarix üzrə elmlər doktoru, riyaziyyatçıya filologiya üzrə elmlər doktoru, lisenziyasız fəaliyyət göstərmiş İslam Universitetinin məzununa mənbəşünaslıq üzrə elmlər doktoru dərəcəsi almağa icazə verdiyi halda, baza təhsili filologiya, tarix olan gənclərin elmi işini geri qaytarır. Adını da qoyur magistraturanı NBA üzrə bitirmişdir. 

Bu, dövlətçiliyə qarşı getməkdir. Bu, ölkə başçısının qoyduğu prinsipləri inkar etməkdir.   

Dediyimiz kimi, 2019-cu ildə qəbul edilmiş adıçəkilən Əsasnamədən AAK-da rüşvət mənbəyi kimi istifadə edilir. Əks halda, onu geriyə şamil etmək kimə və nə üçün lazımdır?  

xalqxeber.az saytı yazır: “Uzun illərdən bəri ömrünü elmə həsr etmiş, min əziyyətlə dissertasiya yazıb müdafiə etmək istəyənlərin qarşısında AAK rəhbəri F.Mustafayev Çin səddi çəkib. Elmi dərəcə, elmi ad almaq istəyən gənc alimlərin əli ciblərində olmalıdır. Yoxsa onların bu günə qədər oxuduqları, araşdırdıqları, yazdıqları dissertasiyalar heç kəsə lazım deyil”.

Bu faciədir, gənclərin elmə gələn yolunu kəsməkdir, bu ölkənin sabahını məhv etməkdir. 

AAK-ı hər zaman müdafiə edən professor Asif Rüstəmlinin “AAK –yaxından-uzaqdan” adlı yazısında istifadə etdiyi bir sitatla fikrimizi yekunlaşdırmaq istəyirəm: “Ali Attestasiya Komissiyasının sədri Famil Mustafayev elmi adların satışı ilə məşğuldur.  Azadmedia.az jurnalist Samir Feyruzovun yazısını belə təqdim edir: "Hazırda elmi dərəcə almaq istəyən gənc alimlərdən 20 min manat rüşvət tələb olunur. 2022-ci ildə 432 nəfərə fəlsəfə doktoru, 84 nəfərə elmlər doktoru dərəcəsi verilib. 246 nəfərə elmi dərəcə verilməsindən imtina edilib. Məsələ bundadır ki, elmi dərəcə verilməsindən imtina edilən 246 nəfərdən 20-30 min manat rüşvət istəyirlər. Belə çıxır ki, keçən il elmi ad alan 516 nəfərin içərisində xeyli sayda adam rüşvət müqabilində buna nail olub. Çox yox, bu şəxslərin yarısının rüşvətlə elmi dərəcə aldığını düşünsək, bu o deməkdir ki, 2022-ci ildə elmi adların verilməsinə görə AAK-a 5 milyon 160 min manat rüşvət daxil olub. F.Mustafayev elmi adların verilməsi satışını Komissiyanın Ekspert Şurasının üzvləri vasitəsilə həyata keçirir...”

Asif Rüstəmlinin bu cavab yaısı 06.02.2023-cü il tarixində butov.az saytında gedib və Asif müəllim bu cür faktları sadalayan jurnalistlə bağlı Mətbuat Şurasına da şikayət etmişdi. AAK-ın Ekspert Şuarasının üzvü və katibi professor Şəfa Əliyevin həbsi deyəsən jurnalistin haqlı olduğunu sübut etdi. 

Ardı var...


Güney Nəsirov

GundemXeber.Az

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Füzuli Məmmədov vitse-prezidentlikdən qovuldu

    Füzuli Məmmədov vitse-prezidentlikdən qovuldu ...

    20-08-2018, 12:02

  • 
  • Alimlər AAK-ın sədr əvəzinə qarşı: - “Diplomu saxtadır, səlahiyyətlərindən sui-istifadə edir”

    Alimlər AAK-ın sədr əvəzinə qarşı: - “Diplomu ...

    11-06-2019, 12:03

  • 
  • AAK-dan narazılıq pik həddə çatıb... - iki ilə yaxındır elmi işlərin müdafiəsi təşkil olunmur

    AAK-dan narazılıq pik həddə çatıb... - iki ilə ...

    27-11-2020, 10:11

  • 
  • Elmi işlərin 65 % GERİ QAYTARILIR – “Elmi rəhbərlər, rəy verənlər cəzalandırılmalıdır”

    Elmi işlərin 65 % GERİ QAYTARILIR – “Elmi ...

    7-02-2023, 22:00

  • 
  • AZƏRBAYCANDA ALİMİN ELMİ DƏRƏCƏSİ LƏĞV EDİLDİ.... - 81 iddiaçıya elmi dərəcələrin verilməsindən imtina olunub

    AZƏRBAYCANDA ALİMİN ELMİ DƏRƏCƏSİ LƏĞV EDİLDİ.... ...

    15-10-2021, 12:27


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (309)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu