1-ci dərəcəli Qarabağ əlilinə hüquqi yardımdan qərəzli savadsızlıqla imtina edilir
Bü günlərdə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə (MPM) 09.06.2023 tarixli qanunla edilən dəyişiklikləri Prezidentin təsdiq etməsi ilə Vəkillər Kollegiyasının sədri, Məhkəmə Hüquq Şurasının üzvü Anar Bağırovun bu humanitar jestlə bağlı dövlət başçısına təşəkkürünün mediada yayılmasından toplum soraqlıdır. Niyə məhz Vəkillər Kollegiyası (VK) MPM-in 67 -ci (“ Vəkilin prosesdə məcburi iştirakı”) maddəsinin 2-ci hissəsinin ləğv edilərək , yeni məzmunda 67-1-ci (“ Vəkilin prosesdə dövlət hesabına iştirakı”) maddəsinin əlavə edilməsinə görə Prezidentə sözdə şükranlığını bildirir və ...işdə Prezidentin təsdiqlədiyi qanun dəyişikliyinə “badalaq” atır? Bu fikrə gəlməyimiz əsassız deyil, VK-nın Rəyasət Heyəti Aparatının müavini Seymur Səfərovun 03.08.2023-cü il tarixli 1-ci dərəcəli Qarabağ əlilinə dövlət hesabına hüquqi yardımdan imtinasından qaynaqlanır.
Seymur Səfərov bildirir :” MÖVCUD QANUNVERİCLİYƏ ƏSASƏN , VƏKİLİN PROSESDƏ MƏCBURİ İŞTİRAKI TƏLƏB OLUNDUĞU HALLARDA DÖVLƏT HESABINA VƏKİLLƏ TƏMİN ETMƏ KOLLEGİYA TƏRƏFİNDƏN DEYİL, MƏHKƏMƏ TƏRƏFİNDƏN HƏYATA KEÇİRİLİR.” “Müvafiq apeellyasiya məhkəməsinə müraciət etməyi” bildirən VK rəsmisinin “mövcud qanunvericiliyin” dəyişməsi bir yana, heç Konstitusiyanın 61-ci maddəsindən, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanunun 20-ci maddəsindən, də bilgisiz olması üzə çıxır. “Müvafiq apellyasiya instansiyasına” gəldikdə, Bakı Apellyasiya Məhkəməsinin Pərviz Hüseynov, Şərafət Məmədova və Cahangir Yusifovdan ibarət üçlüyünün”xorla” 1-ci dərəcəli Qarabağ əlilinin kassasiya hüququna “HÜQUQDAN SUİ-İSTİFADƏ” adına qadağa qoyması 05.07.2023 tarixli DÖVLƏT ADINDAN çıxardığı BƏDNAM QƏRARDADLA aktlaşdırılıb. Tarixlərə fikir verin , 09.06.2023-cü il tarixli qanunla MPM-ə dəyişiklik qüvvəyə minib, bir ay sonra - 05.07.2023-cü ildə Bakı Apellyasiya Məhkəməsi, iki ay sonra - 03.08.2023-cü ildə isə Vəkillər Kollegiyası qanunu, dəyişikliyi görməzliyə vurur. Görəsən, məhkəmənin və VK-nın “qarnını ağrıdan” nədir ki, dövlət hesabına 1-ci dərəcəli Qarabağ əlilinə vəkil ayrılmasından imtina ilə “ağrılarını kəsirlər”? VK-nın Vəkillər Kollegiyası yox , məhkəmə hakimiyyəti ilə rüşvətdə Vasitəçilər Kollegiyası rolunu oynaması da bu “qarınağrısı”ndan qaynaqlanır.
Yenidən absurd hüquqi yardım praktikasını diqqətə çatdırırıq: VK-nın intizam komissiyasının üzvü Əlirza Qəməndər oğlu Həbilov vəzifəsindən sui-istifadə edib, 1-ci dərəcəli Qarabağ əlilinə vəkil ayrılmasına, ayrılan vəkilin şikayəti yazmasına qadağa qoyub, özü və VK-dan ayırdığı 3 ilin vəkili Orxan Qılman oğlu Babayev isə dövlətin- DİN-in hesabına DİN-ə vəkillik edir, 39 saylı vəkil bürosu DSMF-in məhkəmə mübahisələri ilə iş şöbəsinin vəzifəli şəxsləri kimi Fondun müdafiəsindədir .( ?)
MPM-ə 09.03.2023 tarixli qanunla əlavə edilən 67-ci maddəsinin 2-ci bəndini oxumaq məhkəmə hakimlərinə və VK-nın vəzifəli şəxslərinə məsləhət görülür:
“67-1.2. Birinci və apellyasiya instansiya məhkəmələrində mülki işlər üzrə məhkəmə icraatında maraqlarının təmin olunması və prosessual hüquqlarının həyata keçirilməsi məqsədilə peşəkar hüquqi yardıma ehtiyacı olan, lakin kifayət qədər vəsaiti olmayan şəxsin vəkil ilə təmin olunması məsələsini MƏHKƏMƏ HƏLL EDİR. Bu işlərə, məhkəməyə müraciət etmək üçün HÜQUQİ YARDIMA ehtiyacı olan, lakin kifayət qədər vəsaiti olmayan şəxsin MÜRACİƏTİNƏ əsasən VƏKİL QURUMUNUN ƏRİZƏSİ əsasında həmin QURUMUN yerləşdiyi yer üzrə rayon (şəhər) MƏHKƏMƏSİ, məhkəmə icraatı zamanı isə işdə iştirak edən şəxsin yazılı müraciəti əsasında işə baxan məhkəmə tərəfindən baxılır”.
Yəqin VK-nın Rəyasət Heyəti vəkil qurumunun ərizəsini kimin verməli olduğunu bilməmiş olmaz. Hər halda, qanunu oxumaq, savad artırmaq məsləhətdir.
Sorğu
Yeni dizaynımız necədir?