"Penitensiar Xidmət Əfqan Muxtarlı ilə bağlı məlumatları ictimailəşdirdiyim üçün Vəkillər Kollegiyasına müraciət edib”
Vəkillər Kollegiyasının Rəyasət Heyəti vəkil Nemət Kərimliyə xəbərdarlıq edib. Ancaq onunla bağlı hələ intizam icraatına başlanılmayıb. Xəbəri Meydan TV-yə təsdiqləyən Nemət Kərimli deyib ki, Vəkillər Kollegiyası ona jurnalist Əfqan Muxtarlı ilə bağlı məlumatları ictimailəşdirdiyinə görə xəbərdarlıq edib: "Penitensiar Xidmət Əfqan Muxtarlı ilə bağlı məlumatları ictimailəşdirdiyim üçün Vəkillər Kollegiyasına müraciət edib. Amma xəbərdarlıq şifahi olub, intizam icraatına başlanılmadığı üçün heç nə deyə bilmərəm, yenə əvvəlki kimi fəaliyyətimi davam etdirəcəm”. Penitensiar Xidmət sentyabrın 24-də Vəkillər Kollegiyasına vəkil Nemət Kərimli haqda müraciət edəcəyi məlumat yaymışdı. Penitensiar Xidmət bildirmişdi ki, Cəzaların İcrası Məcəlləsinin 75.5-ci maddəsinin, Cəzaçəkmə Müəssisələrinin Daxili İntizam Qaydalarının və "Müəyyən müddətə azadlıqdan məhrumetmə və ömürlük azadlıqdan məhrumetmə növündə cəzaları icra edən müəssisələrə daxilolma Qaydası"nın tələblərinə uyğun olaraq cəzaçəkmə müəssisələrinə daxil olan və çıxan şəxslərə, eləcə də onların əşyalarına baxış keçirilə bilər. "Vəkil Nemət Kərimli cəzaçəkmə müəssisələrinə buraxılış qaydalarını və qanunvericiliyin tələblərini bildiyi halda, sonuncu dəfə məhkum Ə.Muxtarlı ilə görüşdən əvvəl və sonra mövcud rejim qaydalarına riayət etməyib, əməkdaşların qanuni tələblərinə tabe olmayıb, süni olaraq münaqişəli vəziyyət yaratmağa çalışıb”.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?