GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Əvəz Zeynallının üzünə duran AAYDA hüquq müdiri Şahbaz Qasımov, AMEA hüquq müdiri Kamal Əliyev həm də vəkildirlər (?)

Əvəz Zeynallının üzünə duran AAYDA hüquq müdiri Şahbaz Qasımov, AMEA hüquq müdiri Kamal Əliyev həm də vəkildirlər (?)

Tarix: 17-08-2023, 16:10 Bölmə :GündəmXəbər / Manşet Baxış: 1 730

Vəkilin dövlət büdcəsindən maliyyələşən qurumda işləməsi qanunsuzdur “Xural” informasiya qurumunun başqanı, tanınmış jurnalist Əvəz Zeynallının şərlənərək tutulmasının bir ilinə sayılı günlər qalır. Artıq şərlənmənin də kimin sifarişilə edildiyi, icraçıların kimliyi üzə çıxır. Elə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyininin (AAYDA,  keçmiş “Azəravtoyolservis”) hüquqi təminat və insan resursları idarəsinin rəisi Şahbaz Qasımovun sözügedən dövlət agentliyinin media üzrə işlərdə vasitəçi rolunda jurnalistin üzünə durması çox şey deyir. Dövlət agentliyinin idarə rəisi həm də “İsmayılbəyli və partnyorları” vəkil bürosunda 3 ildir vəkil kimi çalışır. Heç demə, vəkilin AAYDA-ya hüquqi yardım xidməti rüşvətdə vasitəçilik imiş. Vəkilin dövlət orqanında işləməsi, dövlət büdcəsindən maliyyələşən qurumdan haqq alması isə qanuna ziddir. “Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanunun 8-ci maddəsinin lV hissəsində vəkillik fəaliyyətinin dövlət qulluğu ilə uzlaşmadığı vurğulanıb.

Dövlət büdcəsindən maliyyələşən orqanlarda vəkillik xidməti geniş yayılıb, təkcə AAYDA-ya xas deyil. Büdcədən “dolanan” Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) hüquq şöbəsinin müdiri Kamal Əliyevin vəkillik stajı 6 ildir. Dövlət hesabına AMEA əməkdaşlarının konstitusion hüquqlarına qadağa qoyan hüquq müdirinin vəkil bürosu “ Yusifbəyli və partnyorları”dır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu dövlət büdcəsindən ayrılan vəsaiti vəkil xidmətinə ödəməkdə lap “gül vurub”, bütöv bir idarəni 39 saylı vəkil bürosu kimi məhkəmə mübahisələrinə görəvləndirib. Konstitusiyaya zidd olan bu MƏHKƏMƏ MÜBAHİSƏLƏRİ İLƏ İŞ İDARƏSİNİN – MƏRKƏZİ FİLİALININ  direktoru Abuzər Mütəllimov 39 saylı vəkil bürosunun müdiri, departament müdiri Yeganə Məmmədova, baş mütəxəssis Emil İsgəndərli və daha 19 nəfər vəzifəli şəxs vəkil bürosunun əməkdaşlarıdır. Bunların da dövlət hesabına vəkilliyi - dövlət büdcəsinin vəsaitini rüşvətdə vasitəçiliklə hakimlərə çatdırmaqdan o yana keçmir.

Vəkillərin dövlət hesabına istintaqı, ittihamı müdafiə etməsinin prosessual və qeyri-prosessual rüşvət peşəkarlığı ilə gerçəkləşməsi daha çox cinayət işlərində üzə çıxır. Amma inzibati və mülki işlərdə də peşəkar qeyri-prosessuallıq halları yetərincədir. Özü də Vəkillər Kollegiyasının (VK) rəhbərliyi səviyyəsində. VK-nın intizam komissiyasının üzvü, fərdi vəkil Əlirza Həbilovun DİN vəkili kimi tanınması, məhkəmələrlə rüşvət vasitəçiliyində dövlətin - ittiham, istintaq orqanı olan DİN-in hesabını təyinatı üzrə xərcləməməsi bir yana, hələ üstəlik DİN-in işçisi, nümayəndəsi kimi əmək haqqı alması sıradan vətəndaşın hansı hüquq (suzluq) durumunda olduğunu ortaya qoyur.

Dövlət büdcəsinin vəsaitinin təyinatdan qıraq talan edilməsinə bağlantılı dövlət orqanları - Maliyyə Nazirliyi, Hesablama Palatası, prokurorluq susur. “Susmaq haqqı” da, görəsən, büdcədən ödənilir?

...Şübhə, güman bildirən köməkçi nitq hissəsininin - “görəsən” modal sözünün sonuncu cümlədə işlənməsi artıq oldu. Əminliklə!..


Məğrur Bədəlsoy

GundemXeber.Az

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Dövlət Agentliyinin direktor müavini vəfat edib

    Dövlət Agentliyinin direktor müavini vəfat edib ...

    12-12-2018, 12:21

  • 
  • Saleh Məmmədov AAYDA-nın işçilərini öz villasında işlədir - FOTOLAR

    Saleh Məmmədov AAYDA-nın işçilərini öz villasında ...

    16-05-2021, 18:56

  • 
  • Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbəri Saleh Məmmədovun oğlu ilə bağlı daha bir ŞOK

    Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin ...

    27-06-2019, 22:33

  • 
  • Əvəz Zeynallının məhkəməsində qalmaqal - VİDEO

    Əvəz Zeynallının məhkəməsində qalmaqal - VİDEO ...

    15-07-2023, 10:35

  • 
  • Prezident AAYDA-ya 12,5 milyon manat ayırdı

    Prezident AAYDA-ya 12,5 milyon manat ayırdı ...

    24-09-2020, 13:23


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (479)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu