Dünən müttəhimlər kürsüsündə əyləşən Əvəz Zeynallının və Elnur Şükürovun növbəti məhkəmə prosesi keçirildi. Bakı Ağır Cinayətlər Məhkəməsində, saat 14:00-da başlayan proses zamanı ilk olaraq Əvəz Zeynallı dövlət ittihamçısının suallarını faktlarla cavablandırdı. Daha sonra, Əvəz Zeynallının vəkillərinə söz verildi və o, vəkillərinin də suallarını cavablandırdı. Məhkəmə prosesində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin hüquq şöbəsinin rəhbəri Şahbaz Qasımov şahid qismində iştirak edib yalan danışmayacağına söz versə də, bu şəxsin sonrakı danışıqlarından hər birinin yalan olduğu hər kəsə bəyan oldu. Hakim və dövlət ittihamçısının qarşısında ayaqüstə dayanan və ünvanlanan suallara cavab verən Şahbaz Qasımov, öz-özünü elə bir formada ifşa etdi ki, bəlkə də o, atdığı addımlarına görə xəcalət təri tökdüyündən bir dəfə də zala baxmadı, boyun nahiyəsini təqribən 1 sm olsa belə sağa-sola çevirmədi.
Çünki, Şahbaz Qasımov zalda əyləşənlərin ictimai qınağı ilə üz-üzə qalardı və çarəsiz bir duruma düşərdi. Nə etmək olar? Axı, Saleh Məmmədovun işçisi öz üzərinə öhdəlik götürüb və o, həmin öhdəliyini də yerinə yetirirdi. Bu şəxs Əvəz Zeynallıya işlədiyi binanın iş otağında 8 min manat rüşvət verdiyini bildirdi. Sual oluna bilər ki, əgər o, həmin pulu qarşı tərəfin hədəsi ilə veribsə, nə əcəb pulu verməzdən öncə bu haqda ölkəmizin hüquq-mühafizə orqanlarına heç bir məlumat verməyib? Əgər normal məhkəmə olsaydı, o halda şahid Şahbaz Qasımov atdığı addımlarına görə həbsə göndərilərdi. Deməli, ...
Onu da bildirək ki, məhkəmədə şahid ifadəsinin yalanları, tərəf saxlamaq, ittiham olunan şəxsə qarşı yanaşma və s. elə bir eybəcər forma aldı ki, sonda aləm bir-birinə dəydi. Belə bir səbəbdən də hakim prosesi saxladı və növbəti məhkəmə prosesinin 21 iyul 2023-cü il tarixdə saat 14:00-da keçiriləcəyini açıqladı.
Bu haqda geniş yazımızı yaxın günlərdə oxuya biləcəksiniz.
Sorğu
Yeni dizaynımız necədir?