GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » QHT Agentliyindəki korrupsiya faktlarının ifşasından kimlər narahatdır… - İdeoloji təxribat, yoxsa dövlət adı ilə manipulyasiya…

QHT Agentliyindəki korrupsiya faktlarının ifşasından kimlər narahatdır… - İdeoloji təxribat, yoxsa dövlət adı ilə manipulyasiya…

Tarix: 28-08-2023, 10:55 Bölmə :GündəmXəbər / Manşet Baxış: 307

Daimi izləyicilərim yaxşı bilir ki, bir neçə müddətdir mən QHT sektorunda baş verən eybəcərliklər və böyük həcmdə olan maliyyə pozuntularını  konkret faktlar əsasında ifşa edirəm. Çox təəssüflər olsun ki, bu qədər eybəcərliklərin fonunda nə QHT-lərə Dövlət Dəstəyi Agentliyinin rəhbəri Azay Quliyev, nə də həmin qurumun icraçı direktoru Aygün Əliyeva barələrində səslənən ittihamlara cavab vermir. Əvəzində isə məni susdurmaq üçün  bütün mümkün qanunsuz vasitələrə əl atırlar. 

İki gün əvvəl, dövlətin Media Agentliyi adlı qurumundan rəsmən maliyyələşən və bir neçə qeyri-rəsmi mənbələrdən qanunsuz yolla xərrac toplayan bəzi saytlarda mənə qarşı qarayaxma və şantaj kampaniyasına start verilib. Böhtanla dolu olan həmin məlumatlarda güya mənim siyasi keçmişim təftiş edilir. 

Həmin yazını sifariş əsasında  hazırlayanların və tirajlayanların nəzərinə çatdırmaq istəyirəm ki, onlardan fərqli olaraq, mən öz siyasi keçmişimi danmıram. Əksinə,  bununla fəxr edirəm və qürur duyuram. Çox maraqlı sual yaranır: ömrünün 32 ilini ictimai-siyasi arenada keçirən bir adamın dosyesini məhz indiki məqamda incələmək hansı məqsəd üçün ola bilər? Ölkədə hansısa seçki marafonu yoxdur ki, belə yaramaz mübarizə üsulundan alternativlərimin faydalanana biləcəyi ağlıma gəlsin. 

Hansı məqsəd üçün hədəf seçildiyim mənə çox gözəl məlumdur. Yazını tirajlayanlar özlərini təmizə çıxarmaq üçün  deyir ki, məlum mövzuya aid yazını paylaşmaq əmri onlara “yuxarı”dan gəlib. Yəni belə təəssürat yaratmağa çalışırlar ki, güya Azay Quliyev bir məbəddir və ona toxunanları belə “cəzalandırırlar”. Əslində, Azay Quliyev belə metodlara çoxdan öyrənib. Müxtəlif qurumlarda özünə  “krışalar” tapır ki, onun korrupsiya əməllərindən yazan və danışanları möhtəbər  qurumların adından hədələtdirə bilsin. Keçmişdə Azay Quliyevə bu istiqamətdə - MTN şefi Eldar Mahmudov və Prezidentin sabiq köməkçisi Əli Həsənov dəstək verirdi. 

Mən gözəl anlayıram ki, hazırda güya “dövlətin sifarişi” adı ilə Azay Quliyevin müdafiəsini təşkil edənlər bunu dövləti və milli maraqlara görə deyil, onunla olan koorporativ əlaqələri hesabına həyata keçirirlər. Mən, daima prinsipial olaraq mövcud iqtidarın siyasətini dəstəkləmişəm. Xarici ölkələrdə bu istiqamətdə kifayət qədər işlər görmüşəm.

Belə olan təqdirdə,  dövlətin ideoloji siyasətini həyata keçirən hansısa şəxslər  niyə məni hansısa kiçik saytlar vasitəsilə şantaj etdirsin? Bu məsələdə mən tam haqlıyam və Prezidentin çağrışlarına uyğun davranış ortaya qoyuram. Ölkə başçısı dəfələrlə deyir ki, vətəndaşlar ictimai nəzarətin təmin olunmasında yaxından iştirak etməlidirlər. Mən də buna uyğun olaraq QHT sektorundakı dövlət vəsaitlərinin talan olunmasını durdurmaq istəyirəm. Məgər bunu edənlər “yuxarıların” qəzəbinə tuş gəlməlidir?  Bütün məntiqi ardıcıllıq onu deyir ki, Azay Quliyevin formalaşdırdığı mütəşəkkil dəstənin əli  həm “yuxarılara”, həm də mediaya qədər uzana bilib. 

Məni açıq şəkildə həbslə hədələyirlər. Başa düşürəm ki, bu narahatlıqdan doğan bir refleksdir. Özlərinin layiq  olduqları məkanları  mənə məsləhət bilirlər. Mən “reket” olsam hazırda kirayədə deyil, sizin kimi futbol meydançası olan villalarda yaşayardım.

Yaramazlığa bax ki, mənimlə bağlı təqdim olunan materialda, ictimai-siyasi sektora heç bir aidiyyəti olmayan və cavan yaşında Allahın rəhmətinə gedən dostlarımın fotolarını paylaşıblar. Mənim hansısa toyda rəqs edən  fotomu materiala əlavə edib, kimlərinsə həyat yoldaşının, anasının və bacısının arxa plandakı şəkillərinin  tirajlanmasına şərait yaradıblar. Budurmu, sizin mənliyiniz və media etikanız? Mən şəxsimə olan bu informasiya terroruna görə hüquqlarımı bütün qanuni və mümkün vasitələrlə qoruyacam. Ancaq “yuxarılar”ın nəzərinə çatdırıram ki, mənə qarşı olan qarayaxmanı tirajlamaq üçün ilkin mənbəni düz seçməyibsiniz. 

Çünki həmin jurnalist elə ilk cəhddə sizi satıb. Söhbət etdiyi adamlara yazını sifariş ilə tirajladığını etiraf edib. Həmin etirafı sübut edən səs yazısı da məndə var. Eyni zamanda , əlimdə seçdiyiniz həmin jurnalistin konkret “reketliyini” sübut edən videogörüntülər də var. Bugünlərdə onları da paylaşacam.

Barəmdə olan cızmaqarada mənim  xarici ölkələrdə icra etdiyim bəzi layihələr də təftiş edilir. Bunu edənlər unudurlar ki, hədəf olaraq yalnız məni deyil, bütün dövləti və milli maraqları seçirlər. Çünki mənim xaricdə icra etdiyim bütün layihələrin məğzində: Azərbaycanın tərənnümü və təbliği, erməni yalanlarının ifşası dayanıb. 

Mən rastlaşdığım bu “qara piar”la bağlı birbaşa Prezidentə müraciət edirəm. Dövlətin dağıdılan vəsaitlərinin davasını etdiyim üçün,  bir qrupda təmsil olunan və ortaq maraqları olan vəzifəli şəxslərdən mənim mühafizə olunmağımı təmin edəsiniz. Bilin ki, heç nə məni yolumdan döndərə bilməz. QHT sektorunda baş verən eybəcərliklərin ifşasına davam edəcəm.


Samir Adıgözəlli, 

İSBAM sədri

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Azay Quliyev: "Xarici QHT-lərə vəsait ayrılmasını dayandırmışıq"

    Azay Quliyev: "Xarici QHT-lərə vəsait ...

    26-01-2018, 14:05

  • 
  • QHT-lərə XƏBƏRDARLIQ

    QHT-lərə XƏBƏRDARLIQ ...

    19-01-2016, 15:27

  • 
  • MTN Prezident yanındakı QHT Şurasını da, öz poliqonuna çevirib

    MTN Prezident yanındakı QHT Şurasını da, öz ...

    20-11-2015, 18:24

  • 
  • Azay Quliyev fəlsəfə doktoru oldu

    Azay Quliyev fəlsəfə doktoru oldu ...

    17-09-2014, 16:38

  • 
  • “Gündəm Xəbər” Azay Quliyevin fəaliyyətin araşdırır

    “Gündəm Xəbər” Azay Quliyevin fəaliyyətin ...

    21-02-2013, 10:00


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (483)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu