Ali Məhkəmənin sədri, Məhkəmə Hüquq Şurasının sədri İnam Kərimova
Məhkəmə təminatı hüququmuza, hüquq və azadlıqlarımıza elə qaranlıq yollarla qadağa qoyulur ki, media araçılığı ilə Sizə üz tutmaq zorunda qalmışıq. Neyləyık, Füzuli babamız demiş , düşmən qəvi, tale zəbun. 0 Təsəvvür edin, 10 il qabaq Qarabağ əlili Xaliq Abbaszadəyə hüquqverici sənədlə aidliyi olmayan 90-HX-384 dövlət nömrə nişanlı, “Slavuta“ markalı “əlil avtomobili”ni dayandığı halda arxadan 10-CK-200 nömrəli “avtoşbala avtomobili” elə vurub ki, “əlil maşını” metallomluq olub. Əlilə aidliyi olmayan reabilitasiya vasitəsinin məhv edilməsinə indiyədək hüquq qiyməti verilməyib. Suraxanı yol polisi Tahir İsgəndərov “avtoşbala”nın məmur atasının zəngi ilə içkili-hallı durumda olan oğulu alkohol testindən belə keçirməyib, amma avtomobilə aidliyi olmayan Qarabağ qazisinin alkoholsuz olduğunu bəlirləyib. Qaziyə dəyən ziyanı ödəyəcəklərinə söz versələr də, yenə də “yuxarı”nın əli” hər şeyi tərsinə edib. Əmlakı məhv olan da, hələ üstəlik məmura 10 min manatlıq saxta defekt aktı ilə borclu olan da ağ ciyərinin üçdən ikisini Qarabağ uğrunda düşmən gülləsinə tuş edən Qarabağ qazisi olub! Bu haqsızlığı, Allahsızlığı göydəki Allah götürməsə də, yerdəki məmurlar elə götürür ki!
7 ildir Suraxanı icra şöbəsi qanuni qüvvəsi olmayan saxta qətnaməni məktubla (?) məhv edilən “əlil maşını”nın yiyəsi olmayan Qarabağ qazisinin əmlakına, qanpuluna, pensiyasına yönəldir. HALBUKİ MƏHKƏMƏNİN MÖHÜRÜ İLƏ TƏSDİQ OLUNAN İCRA SƏNƏDİ YOXDUR! Lap olsa da, “İcra haqqında” qanunun 68.1.2 maddəsi TƏLƏBİN BORCLUNUN XİDMƏTİ VƏZİFƏLƏRİNİ İCRA EDƏRKƏN ALDIĞI XƏSARƏTLƏRƏ GÖRƏ ÖDƏNİLƏN MƏBLƏĞLƏRƏ YÖNƏLDİLƏ BİLMƏZLİYİNİ doğrulayır. İcra məmurlarının məhkəmə toxunulmazlığını məhkəmələr qüvvəyə mindirdiyindən pensiyanı ödəyən DSMF-in Xüsusi Şərtlərlə Təyinat Mərkəzindən başqasına ödədiyi pensiyanın yarısını bərpa etmək 5 ildir tələb olunur. İnzibati Prosessual Məcəllənin (İPM) 14.2 maddəsinə görə, cavabdeh inzibati orqan -DSMF-in sözügedən Filialı iddiaçı Qarabağ əlilinin pensiyasını hansı əsasla-haqla yarıqat etməsini sübut etməlidir. Belə sübut isə yoxdur! Bu nədənlə iddianın süründürülməsi , baxılmaması qeyri-prosessual yolu tutulub. Təsəvvür edin, Bakı İnzibati Məhkəməsinin hakimi Nəriman Abıyev ləğv edilən işinə yenidən hakim təyin edilib və İPM-in 68-ci maddəsi ilə üz tutduğu “DAXİLİ İNAMI” , icra sənədinin sübut kimi olmaması bir yana, “İcra haqqında” qanunun 68.1.2 maddəsini də görməz edib. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası (sədrlik edən Səadət Bəktaşi) 03.08.2021 tarixli qərarını 2 ildən sonra medianın işə qarışması sonucunda verməyə məcbur olub.
İndi iş Ali Məhkəmənin icraatındadır. Artıq ali səviyyədə məhkəmə müdafiəsi hüququna qadağa çabaları hiss olunur. İnzibati Kollegiyanın hakimi Səyyad Kərimov 23.06.2023-cü ildə verilən kassasiya şikayətini mümkün saymayacağını 70 gündən sonra (?) verdiyi bildirişdə diqqətə çatdırıb. 04.09.2023-cü ilə kimi konkret açıqlamadığı çatışmazlığı aradan qaldırmağı tələb edən ali instansiya niyə darmacalda- 5 gün qalmış (onun da iki günü altı-bazara düşür) bildiriş göndərir? Qəsdən, məqsədyönlü məhkəmə təminatına qadağadan yana deyilmi belə qeyri-prosessual “tələsgənlik”? Deyə bilərsiniz, hakimin işi çoxdur, bəs bizim iş iş deyil? Hakim işlə tanış deyilsə, cəzasını pensiyasından qanunsuz məhrum edilən Qarabağ qazisi çəkməlidir? Deyəsən, hakim özü işlə tanış olmaq müddətini ötürüb.
Şikayətvermə müddətinin ötürülməsi barədə gəlinən nəticə tam əsassızdır. Qarabağ qazisinin ərizəsinə əsasən, ona vəkil ayrılıb və 20 saylı vəkil bürosunun vəkilinə 001414 nömrəli, 08.06. 2023 -cü il tarixli order verilib. Bu order məhkəməyə təqdim edilib və şikayətin 23.06.2023-cü ildə -15 günə təqdim edilməsi müddətin ötürülmədiyini açıq-aşkar sübut edir. Müddətin orderin vəkilə verilməsi tarixindən hesablanmasını kim bilməsə də, ali məhkəmə hakim(lər)i bilməmiş olmaz. İşin nəzarətə götürülməsini, obyektiv baxılmasını təmin etmək olar? Gəlin razılaşaq ki, ritorik sual oldu...
Qarabağ qaziləri adından
Məğrur Bədəlsoy
Xaliq Abbaszadə,Fərman İsmayılov, Güloğlan Süleymanov, Eldar Hüseynov, Elçin Əliyev və b.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?