Hüquq və insan haqlarının referans olması diləyilə!
Aşağıdaki sosial şəbəkə linklərindən də bilindiyi kimi Türkiyə Cumhuriyyəti vətəndaşı olan Azərbaycan əsilli xanıma qarşı ölüm hədəsilə edilmiş məlum `lift terroru` əks olunan video ilə də yenidən gündəmə gəlmiş MTK saxtakarlığı ötən aylardan bəri ölkə daxilində və xaricində geniş şəkildə mənfi rəylərlə hallanmaqdadır. Söhbət isə konkret olaraq Sumqayıt şəhəri, 5-ci mkr., N.Nərimanov küçəsində qanunsuz fəaliyyəti ilə insanları intihar həddinə çatdıran sabiq saxtakar (!) `Sultan` MTK, `Xalid-xidmət. S.H.` MMC və MTK icraçılarının maşası rolundaki terrorçu `Hovuslu` MMC firmalarının cavabdehləri kimi dələduz `direktor` olaraq tanınan abasov tahir isfəndiyar oğlu və cavadova aygün əli qızı adlı təmizlikçisindən və əmələri sivil cəmiyyətimizə ciddi ünsürlü xəta sayılan bu dərin qüsurlu cahillərin insanlıqdan uzaq saysız nadanlıqlarından gedir.
(şəkil1-cavabdehlər Gədəbəy köçkünü Abasov Tahir İsfəndiyar oğlu və Cəbrayıl qaçqını Cavadova Aygün Əli qızı)
Sumqayıt şəhərində inzibati qurumların bəzi məkrli məmurları tərəfindən himayə edilən korrupsiya əməlləri ucbatından özbaşına zorakılıqlarından əl çəkməyən qurama firma işçılərinin sakinlərə qarşı törətdikləri sosial işgəncə hallarıyla bağlı şikayətlərimiz dəfələrlə aidiyyəti üzrə A-Z bütün əlaqədar dövlət qurumlarına ünvanlanıb, eyni zamanda vaxtaşırı olaraq dövrü mətbuatda da ictimailəsdirilib.
(şəki2-`Təzadlar`qəzeti)
Əfsuslar olsun ki, hətta məsələ ilə əlaqəli `kommunal yığımlar` adı altında vətəndaşlardan toplanan pulların hazırki şəraitdə qanunazidd fəaliyyətə görə birmənalı olaraq əsassız hesab edildiyi muvafiq məhkəmə qərarları belə artıq heç bir hüquqi əhəmiyyət kəsb etmir. İnsan həyatı dəyərsizcəsinə ən təbii hüquqlarımizdan bilərəkdən mərhum edilirik. Dözülməz sosial gərginlik isə artıq pik həddindədir. Vətəndaşlar haqlı etirazlarına görə təhdid və şantaj dolu mənəvi-fiziki 'terror' hərəkətlərilə təqib olunurlar. Vətən təəssübkeşi sakinlərimiz isə illərdir bir ovuc `lotu və reket` dərəbəyliyin güdazına verilir. SOS!!!
Problemin həlli üçün qanunların icrasına nəzarət üzrə ciddi tələb mütləqdir. Halbuki KİV formatında (qəzet, internet) belə dövlət rəhbərliyinə olunan şikayətlərimizlə əlaqədar qanunların icrasına hüquq-mühafizə orqanları laqeydlik göstərir. Sumqayıt şəhər prokurorunun köməkçisi Elviz adlı əmakdaşı illərdir yalançı vədlərlə camaatın başının altına yastıq qoymaqla məşğuldur.
Hərçənd ki, rəhbərlikdən problemimiz gizlədilərək mahiyyəti istiqamətində həll edilməməsi üçün vətəndaş imzasının saxtalaşdırılması səbəbilə Rüstəm Fərəcov adlı polis sahə rəisi verilmiş intizam məsuliyyəti faktı da mövcud vəziyyəti çılpaqlığı ilə biruzə verir. Təəssüf ki, DİN müvafiq orqanlarına rəsmi etirazımıza baxmayaraq iş yenidən eyni kapitan əməkdaşa həvalə olunub. Ancaq günahkarlarsa hələ də layiqli cəzasını almır.
Ədalət üçün son ümid isə yenə də məhkəmələrə qalıb. Sumqayıt şəhər Məhkəməsinin möhtərəm hakimi Aynur Behbudova xanımın sədrliyi ilə mülki iş üzrə davam edən iclaslar olduqca qənaətbəxşdir. Xüsusi mülkiyyətçilərin ümumi istifadə sahələrinə saxta yollarla tətbiq edilən süni manelərin aradan qaldırılmasına dair müvəqqəti tədbir sərbəst hərəkətimizin bərpası üçün ədalətlə təmin olunub, ancaq prosses hələ ki davam edir..
Cinayət işi üzrə isə eyni fikri söyləmək mümkün deyil. Çünki, qanunun aliliyini tələb edən biz vətəndaşlara qarşı cavabdehlərin şər-böhtan ataraq nüfuzumuzu təhqir etməklə törətdikləri cinayətlə bağlı xüsusi qaydada verilən şikayətimizi isə Sumqayıt şəhər Məhkəməsinin hakimi Quliyev Ramiz aylardır icraata götürmür. Cinayət əməli və rəsmi etiraf faktları ortada olmasına baxmayaraq `məqsədli` hakim iclasda “komendant” sözünün dırnaq işarəsilə, yoxsa ayrı yazılması məqamını hallandırır. Cinayətkarlar isə sərbəst qalaraq insanlığıa qarşı `terror` dəyirmanını çevirməkdədirlər. Bu durum özü-özlüyündə ancaq FEMİDA ruhuna gözüaçıq təcavüzdür!!!
(şəkil3- SŞM hakimi Ramiz Quliyev)
Yaşadığımız ünvanda illərdir davam edən sosial təcavüz və özbaşınalıqlarla bağlı aidiyyəti üzrə etdiyimiz haqlı müraciətlərimiz ilkin məhkəmə instansiyasında da nəticəsiz qaldığına görə məcbur olub yenidən apellyasiya məhkəməsinə tutmuşuq. Əleyhimizə atılan böhtan faktıyla əlaqədar olaraq Sumqayıt Şəhər Məhkəməsinin cinayət icraatını əsassız olaraq başlamamasına görə AR Məhkəmə-Hüquq Şurasına da şikayət göndərilib. Məhkəmə-Hüquq Şurasından isə Sumqayıt Apellyasiya Məhkəməsinə müvafiq tövsiyyələr verilərək işə ədalətli yanaşılacağı bildirilib. Təəssüflər olsun ki, göstərilən absurd iradları – təhqir məqamını böhtandan ayırmaq və barəsində şikayət verilən kəsin koordinatlarının qeydi kimi dəxlisiz düzəlişləri aradan qaldırmaqla haqlarımızın müdafiəsi üçün əlaqəli şəkildə ikinci dəfə məhkəməyə şikayət vermişik. Buna baxmayaraq ilkin instansiya təkrarən işi icraata almaqdan imtina verib. Biz də məntiqi ardıcıllıqla apelyasiyadan qərarın ləğvini və cinayət baxışının başlanılması üçün işin geri göndərilməsini tələb etmişik. Nəticədə isə məhkəmə iclasında yenidən ədalət adına olduqca eybəcər səhnə ilə qarşılaşmışıq. Məlum məhkəmə iclaslarının audio-video qeydlərindən də açıq-aşkar bilindiyi kimi Sumqayıt Apellyasiya Məhkəməsinin hakimi Elman Əhmədov tərəfindən sərgilənən paradoksal mühakiməsinə də şiddət və qətiyyətlə etiraz edirik!
SƏfsuslar olsun ki, sakinlər heç bir əsas olmadan hər dəfə məhkəmələrə müraciət etmək məcburiyyətində qalırlar. Bütün hallarda Ali Məhkəmə müstəvisində adil yekun qərarlar qəbul olunanadək davam edəcək məhkəmə işlərinə istənilən kənar sifarişlərin müdaxilə ehtimalından ciddi narahatçılıq ifadə edirik.
Sumqayıt şəhər İcra Hakimiyyətindən isə adı bənzəri hərəkətlərinə görə mətbuat səhifələrini bəzəyən (!) Fəzail Hüseynov adlı müavin əməkdaş hər dəfə həqiqətlərdən yayınmaqla absurd bir qəsbkarliga inzibatı müdaxilə təmin etmədən sakinlərin tələblərini əsassız şəkildə məhkəməyə sürükləməklə daim prezident fərmanının icrasına biganəlik sərgiləyir.
Nə hikmətsə biz sakinlərin cılız probleminin təyinatı üzrə həllindən qaçır. Nəticədə isə zərərçəkmiş sakinlər çıxış yolunu artıq radikal özünü zəruri müdafiə tədbirlərində görürlər!
Bu hal hansısa süni MTK xaosu deyil, İNSAN HAQLARINA TƏCAVÜZ mövzu-bəhsidir!!!
Axı "sahibkar" adıyla hüququ tapdayan bu azğınlaşmış `terrorçular` kimdir ki, dövlətin qanun və cəza aparatından üstün tutulur?!. Nə üçün bu biyabırçı özbaşınalığa son verilmir?!.
(şəki5-sənəd/foto)
Qanunsuz istismar səbəbilə himayə edilərək dövlətçiliyə 'qara yara' olmuş sözügedən MTK və MMC cavabdehlerinin qanuna zidd əməlləriylə tanış olmaq üçün aşağıdakı YouTube linklərindən də mövcud özbaşınalıqlara aid şikayətimizlə bağlı video müraciətə nəzər sala bilərsiniz.
Müraciətimiz rəsmi qaydada artıq səlahiyyətli dövlət məmurlarına xitabən təqdim olunmaqla açıq məktub şəklində yenidən ölkə rəhbərliyinə - prezidentə, vitse-prezidentə, ombudsmana, baş prokurora, ədliyyə nazirinə, daxili işlər nazirinə, FHN nazirinə, DTX rəisinə ünvanlanır.
Ş İ K A Y Ə T Ə R İ Z Ə S İ
Mənfur kəslərcə süni şəkildə ortaya atılan mövcud problemlərlə bağlı dərdimizə adekvat reaksiya verəcəyiniz üçün ilk öncə biz sakinlər Sizə digər qonşularımız adından da səmimi minnətdarlığımızı bildirmək istərdik. Olduqca absurd məsələnin həllinə ehtimal olunan optimal dəstəkdən ötrü bizlərə də digər bölgələrdəki vətəndaşlarımız kimi diqqət ayıracağınız xüsusilə təqdirə layiqdir. Vətənimizin bəlalı dövründə Sizlərin dəyərli vaxtını aldığımıza görə millət vəkillərinin vətəndaş acizliyinə göstəriləcək fövqəl təəssübkeşliyi ayrıca yüksək qiymətlə vurğulanmalıdır.
Sizə bir daha bildiririk ki, Sumqayıt şəhəri, Nəriman Nərimanov küçəsi, 5-ci mikrorayon ərazisində sabiq (!) `Sultan` MTK tərəfindən on il əvvəl inşa edilmiş ( 1 qeyri-yaşayış və 9 yaşayış olmaqla 10 mərtəbəli, hər mərtəbədə 5 mənzil, ümumi 6 blok və 3 korpuslu - 59A, 57B, 55A) çox mənzilli yaşayış binalarında (payçı/mülkiyyətçi) vətəndaşların sivil yaşayış haqları ciddi şəkildə pozularaq mülkiyyət hüquqları kobudcasına tapdanmaqdadır. Mütəxəssis sakinlərin dəfələrlə etdiyi haqlı etiraz və şikayətlərinə baxmayaraq mülki təhlükəsizlik predmetləri hələ də böhran vəziyyətindədir. MTK icraçıları prezidentin fərman və sərəncamlarına, eləcə də müvafiq qanunlara məhəl qoymur və saxta əməllərini gizlətmək üçün eyni himayədəki fərqli firmalar vasitəsilə sakinləri qanunsuz olaraq illərdir istismar edir.
Binalarımızda kommunal xidmətlərdən istifadəyə görə qanuni istismar əlaqədar dövlət qurumlarına təhvil verilsə də mülkü və mənzil məcəlləsiylə əsla uzlaşmayan `reket` davranışları təəssüf ki, hüquq-mühafizə orqanları tərəfindən bugünədək aradan qaldırılmayıb. Nəticədə isə bir ovuc `terrorist` dövlət səlahiyyətlərini mənimsəyərək hələ də qanunsuz yolla mənfəət əldə etməyə çalışır. Sumqayıt İcra Hakimiyyəti isə bu özbaşınalıqlara göz yumur!
Belə ki; -Daşınmaz Əmlak Dövlət Xidmətinin rəsmi çıxarışlarına baxmayaraq layihədən kənara çıxma hallarının mövcudluğu, -çardaq keçidindəki təxliyyə çıxışlarının 11-ci mərtəbə həvəsilə məkrlicə bağlanması, -mənzillərin real ölçülərinin sənəddəki ölçüdən az olaraq satılması, ümumi sərəncamımızda olan qaraj, çardaq və digər köməkçi otaqların qəsb edilməsi, -MTK ləğvinin qanuni qaydada həyata keçirilməməsi, -binaların mülkiyyətçilərin ixtiyarına verilməməsi, -Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin (MMMC) yaradılmasının əngəllənməsi, -payçılara şəffaf hesabatın bildirilməməsi, -mənzillərin özəlləşdirilməsi üçün zəruri sənədlərin (!) pulla verilməsi, -sayğaclara görə əlavə ödəniş tələbi, -saxta yollarla `kommunal` adıyla sakinlərdən müqaviləsiz pul yığılması, -qadağan sahələrdə şantaj niyyətlərlə kameralar qoyularaq şəxsi həyata müdaxilə edilməsi, -sakinlərin birmənalı razılığı olmadan pulla domofon və lift kartlarının quraşdırılması, -lift istifadəsinin təhdid predmetinə çevrilməsi, -təəssübkeş sakinlərin kartlarının bloklanması və böhtanla şərlənərək köçməyə vadar edilməsi; -MTK və lift idarəsinin ciddi nöqsanlara göz yumaraq fərdi biznes maraqlarına görə məsuliyyətdən qaçması vs. kimi qanuna uyğun olmayan özbaşına hərəkətlər indiyədək sakinlərin canını boğazına yığaraq hətta ağır xəstəlik və ölüm həddinə çatdırıb!
Vəzifələrindən sui-istifadə edən bir sıra cavabdeh kəslər ucbatından yaşadığımız binalarda mənzil-məişət siyasəti normativ hüquqi aktlara zidd formada mağara şuursuzluğuyla həyata keçirildiyinə görə xüsusi mülkiyyətçilərin qanunla məhdudlaşdırılması yol verilməz sayılan ümumi istifadə sahələri süni olaraq bloklanıb və insanlarımızın sərbəst hərəkət təminatı məkrli niyyətlərlə imkansız hala salınıb!
Biz aşağıda imza edən şəxslər mülkiyyət hüquqlarımızın qanunvericiliklə qorunması üçün həmçinin payçı və mülkiyyətçi statusuyla vergi ödəmələrinə olan bütün cavabdehlik məsuliyyətini öz üzərimizdə saxlayırıq. Eyni zamanda özəl əmlakımıza sərəncam ixtiyarımız olduğu üçün bina idarəçiliyinə aidiyyatı nəzarəti Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti (MMMC) formatında, eləcə də yerli icra strukturu nəzdində məqbul sayırıq. Hazırki şərtlər daxilində heç bir kənar kommersiya müdaxilələrini qəbul etmir, ancaq qanunun aliliyinə istinad edərək dövlət maraqlarını rəhbər tuturuq. Hər bir halda dövlət büdcəsinin həssaslığını abonent kimi də dərk edərək əsassız və qüsurlu `kooperativ` istismarını şiddətlə qınayır, xüsusilə də (!) MTK dələduzları tərəfindən saxta “komendant” adı altında terrorçu “Hovuslu” MMC vasitəsilə icra edilən arbitrar və zorakı fəaliyyətini lənətləyərək mütləq qaydada RƏDD EDİRİK!!!
Qeyd edək ki, dövlət ödənişlərindən kənar hansısa “kommunal yığım” tələbinin əsassız olmasıyla bağlı məhkəmə qərarı mövcud olsa belə, məzmunca çox sadə, mahiyyətcə isə dövlət səlahiyyətlərini mənimsəmə halındakı problemin həlli dalana dirənib. On ildən artıq vaxt keçməsinə baxmayaraq yenə də davam edən bu dərəbəylik, iqtisadi özbaşınaçılıq və mülkü təcavüz, insan haqqlarının və sivil yaşayış normalarının eybəcərcəsinə pozulması, konstitusional hüquq və azadlıqlarımızın heçə sayılması hallarının qarşısının dərhal alınaraq korrupsiya və rüşvətin, bürokratik maneələrin və saxtakarlığın aradan qaldırılması, dələduzların məsuliyyətə cəlb olunması və cinayətkarların cəzalandırılması, sosial rifah və ləyaqətli yaşayışın bərpa olunması və sağlam cəmiyyətin qorunması naminə müraciətimizin təmin olunmasını Sizdən artıq dərəcədə xahiş və tələb edirik!
Vətəndaşların özlərinin zəruri müdafiəsi üçün radikal tədbirləri artıq qaçılmaz hal alıbdır!
Bir çox mətbuat materiallarından da aydın olan qanunlara zidd bu biabırçı durum mütləq dövlətçiliyimiz adına yaxılan qara ləkələrdən, hətta milli faciələrimiz üçün asanlıqla körüklənən terror və şiddətin maliyyə resusrlarından sayılmalıdır. Problemin həlli üçün hər dəfəsində həyəcan siqnalı da ifadə etmişik.. SOS! SOS!! SOS!!!
Anlaşılan budur ki, əlavədən də göründüyü kimi səsləndirdiyimiz sözügedən məsələ milli məclisdə müvafiq komissiyalar tərəfindən qanun təşəbbüsüylə gündəmə çıxarılmasa sadə camaat zəruri müdafiə tədbirlərinə düçar qalacaqdır. Halbuki bu kimi bariz məsələlərin indiki həddə çatmaması üçün vaxtında etdiyimiz əsaslı etirazlar səbəbiylə qanun çərçivəsində dövlət idarələri tərəfindən heç bir süründürməçilik sərgilənmədən birmənalı şəkildə inzibati müdaxiləylə bu günədək tamamilə qarşısı alınmalıydı. Geniş həll tələb edən müvafiq bir layihənin müzakirəsi üçün böyük məmnuniyyətlə istənilən formatla ictimai məsləhətləşmələrdə iştirakımıza da hazırıq.
Çünki, cavabdeh yerli qurumlar əfsuslar olsun ki, artıq iflic vəziyyətindədir. Mənzil mülkiyyətçisi sakinlərimiz məmur səriştəsizliyindən irəli gələn səhlənkarlığın bir daha qurbanı olmaq niyyətində deyil!
Mövcud sosial kataklizmləri və potensial fövqəladə fəlakətləri nəzərə alsaq, xüsusilə körpə, uşaq, ahıl, hamilə qadın və sağlamlıq imkanları məhdud I qrup əngəlli və digər xəstə insanlarımız təəssüf ki, inzibati cəzasızlıq mühitində `mağara təfəkkürlü` və `tək hüceyrəli` cılız kəslərin cib yamaqlarının güdazına qurban gedir.
Sadə vətəndaş olaraq çəkdiyimiz mənəvi izdirablara və hər yandan üstümüzə tökülmüş mənfur düşmənlərin qəddar işgəncələrinə qarşı etatist maraqlardan çıxış edən milli mövqeli `yaxşı oğlan` məmurlarımız tərəfindən heç bir ciddi önləyici tədbirlər görülmür! Bizə göstərilən məhz bu cür `solaxay` biganəlik də yerli əhalinin heysiyyatına çox pis toxunduğuna görə təbii ki, zəruri müdafiə addımlarımızı da daha aktual hala gətirir. Axı bu dərəcədə yanakı inzibati hərəkətsizliklər yolverilməzdir!
Təbii ki, ifadə olunan qanunsuzluqlara görə məsuliyyət növünün artırılması tələbilə də A-Z bütün aidiyyatı orqanlara rəsmi qaydada şikayətlərimizi etmişik və hazırda da `gülünc doğuran lotuluq` əməllərinin ictimailəşdirilməsi üçün lazımı digər addımlara davam etməkdəyik. Ziddiyyət dolu mülki məsələyə parlament yanaşması da olduqca zəruridir. Xahiş edirik ki, mahiyyət və məzmunca böhran dolu halımızı daim diqqətdə saxlayasınız. Məlum ki, özünü və ailəsini qorumağa məhkum vətəndaşların haqq uğrunda ayaqlanmasına yol açan özbaşınalıqlar geri dönüşü olmayan vəhşət dolu halların çarçısıdır. Sizlərdən tezliklə müsbət cavab alacağımızı istisna etmirik. Yetər ki, bəlanın qansız-qadasız aradan qaldırılması məqsədilə adekvat tədbirlər üçün birbaşa və koordinasiyalı tərzdə acil köməyinizi bizlərdən əsirgəməyəsiniz.
Sizlərə inanır, gələcək xilasımız naminə ümid edir, məmləkətimiz üçün cəfakeş və məsuliyyətli fəaliyyətinizdə yeni uğurlar arzulayırıq.
Öncədən təşəkkürlər!
Hörmətlə,
Sumqayıt şəh., N.Nərimanov küç. 589
5-ci mkr.,ünvanında yaşayan
mülkiyyətçi sakinlər
Ədilova Aytac Məşhur qızı (Türkiyə Cümhuriyyəti vətəndaşı)
Sorğu
Yeni dizaynımız necədir?