GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Ağsaqqallar Şurasının nə işə baxdığını heç kim bilmir?

Ağsaqqallar Şurasının nə işə baxdığını heç kim bilmir?

Tarix: 6-10-2023, 23:45 Bölmə :GündəmXəbər / Manşet Baxış: 583

Bir neçə ildir, Ağsaqqallar Şurasının yerləşdiyi gözoxşayan binanın bu qurumun fəaliyyəti ilə təzad təşkil etməsi məsələsi aktual müzakirə mövzusudur. Sözügedən görkəmli bina Yasamal rayonu Şəfaət Mehdiyev 75 ünvanında yerləşir. Sosial şəbəkələrdə Ağsaqqallar Şurası barədə yazılanlar heç də ürəkaçan deyil. Çoxları bu təşkilatın fəaliyyətindən çox fəaliyyətsizliyindən danışır. Bildirilir ki, belə bir təşkilatın o cür əzəmətli binanı “işğal” etməsi anlaşılan deyil, elə əzəmətli binada hansısa nazirlik, yaxud universitet filialı yerləşdirilə bilər. Şuranın sədri, deputat Eldar Quliyevin də “fəaliyyəti”, mətbuatdan kənarlaşması, media nümayəndələrinin suallarına cavab verməməsi ciddi tənqid olunur.

GUNDEMXEBER.AZ xəbər verir ki, Pravda.az bütün bu iradları nəzərə alaraq, Ağsaqallar Şurasının rəsmi saytında işçi heyətini araşdırıb. Məlum olub ki, Ağsaqqallar Şurasında sədrlə yanaşı 6 nəfər sədr müavini var imiş. İdarə Heyəti isə ümumilikdə 29 nəfərdən ibarətdir. Bununla yanaşı, Şurada 5 nəfərin idarə etdiyi Nəzarət-Təftiş Komissiyası da fəaliyyət göstərirmiş. Şuranın saytındakı “Aparat” bölməsində isə ictimaiyyətə o qədər də tanış olmayan 3 nəfərin adı qeyd olunub. Ağsaqqallar Şurasının saytında həmçinin şəhər və rayon təşkilatları üzrə ümumilikdə 77 sədrin adı yazılıb… Bəs görəsən, bu qədər “geniş” kontingentə sahib Şuranın “fəaliyyəti” niyə bu qədər tənqid olunur?
Keçirdiyimiz sorğudan da aydın olub ki, Ağsaqallar Şurasının fəaliyyətindən xəbərsiz qalan təkcə sadə vətəndaşlar deyil.
Saytımıza fikirlərini bölüşən Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini Tahir Kərimli, ümumiyyətlə, Ağsaqqallar Şurasının üzvü olmadığını bildirib:

“Şuranın binasını görməmişəm. Hansı böyüklükdə olduğunu bilmirəm. Ümumiyyətlə, Ağsaqqallar Şurasının müxtəlif dövlətlərdə fərqli statusları olur. Elə dövlətlər var ki, orada Ağsaqqallar Şurası başqa ad altında fəaliyyət göstərir. Bəzi dövlətlərdə isə Şuranın əhəmiyyətli, hətta hüquqi statusu var, ciddi orqandır. Məsələn, Türkmənistanda belədir. Azərbaycanda isə Ağsaqqallar Şurası ictimai təşkilatdır. Əlbəttə, millətin, xalqın ağsaqqallara, onların öyüd-nəsihətlərinə ehtiyacı var. Hətta bir müddət əvvəl düşünürdüm ki, Prezident yanında Ağsaqqallar Şurası yaradılsın. Məşvərətçi orqan kimi müxtəlif bölgələrdən, ali məktəblərdən, alimlərdən ibarət ağsaqqallar, ağbirçək xanımlar, xalqın nüfuzlu şəxsləri Şuraya seçilsin, öz tövsiyə və təkliflərini dövlət başçısına versinlər. Belə bir arzum var idi, amma üzərindən 20 ildən artıq vaxt keçib. Ağsaqqallar Şurasının sədri hörmətli deputatımız Eldar Quliyevdir. Sözün açığı, Ağsaqqallar Şurasının fəaliyyəti ilə yaxından tanış deyiləm. Buna görə də qəti söz deyə bilmirəm”.
Ağ Partiyanın sədri Tural Abbaslı da Tahir Kərimli ilə həmfikirdir:
“Sözün düzü, Ağsaqqallar Şurasının Nizamnaməsinin, fəaliyyət istiqamətlərinin nədən ibarət olduğunu bilmirəm. Ümumi şəkildə illərdir ki, var. Əvvəllər sədri Fəttah Heydərov idi. O, dünyasını dəyişəndən sonra Eldar Quliyev sədr seçildi. Vallah, onların istər ictimai-siyasi həyatda, istərsə də sosial həyatda hansı rol oynadıqları barədə anlayışım yoxdur. Mənə belə gəlir ki, bu qurum daha çox sədrin təbliğatı, yaxud ad-sanı üçün hesablanmış bir qurumdur, sədr də öz cibinə uyğun bina tutub, xərclərini özü ödəyir. Bu baxımdan, konkret bir şey deyə bilmirəm. Ağsaqqallar Şurasının nə iş gördüyündən məlumatsızam”.
Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair Emil Rasimoğlu isə məsələni daha əhatəli şəkildə yanaşıb:
“Bu gün Azərbaycanda fəaliyyət göstərən bir çox strukturların tərkibində “Ağsaqqallar Şurası” adlı bir bölüm var. Nəyə xidmət edir, məqsədi-məramı, iş prinsipi nədən ibarətdir? Belə demək mümkünsə, sadəcə, boş çoxluq… Azərbaycan Ağsaqqallar Şurasına gəldikdə isə elə o Şura da yarandığı gündən ancaq binadan və kağızlardan ibarət olub, vəssalam! Formal fəaliyyət göstərən, heç bir perspektivi olmayan, müəyyən qədər də Sovet psixologiyasına söykənən bir qurumdur. Bu kimi qurumların varlığı yalnız kimlərinsə şəxsi maraqlarının təminatına xidmət edir. Belə olduğu halda, təbii ki, əzəmətli bir binanın fəaliyyəti boş çoxluğu əks etdirən, yalnız imzalardan ibarət olan bir qurumun adında qalması “əsarətdən” başqa heç nə deyil. Bu gün düşüncəsi, dünyagörüşü, ideyası, modern təfəkkürü və bunlarla bərabər iş prinsipini ortaya qoymaq enerjisi, məqsədi olan nə qədər istedadlar, gənclər var ki, dəstəksiz, binasız, məkansız qalıb… Jurnalistlər deyirlər ki, sədr Eldar Quliyev mətbuatdan kənar gəzir. Eldar Quliyev mətbuata yaxın olub nədən söz açacaq ki? Gərək ortada real, səmərəli, perspektivli fəaliyyət ola ki, sonra da, necə deyərlər, ağızdolusu danışa biləsən…”


GUNDEMXEBER.AZ


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Nardaran Ağsaqqallar Şurasının sədri: "...burada da öləcəyik"

    Nardaran Ağsaqqallar Şurasının sədri: ...

    28-11-2015, 13:39

  • 
  • YAP-ın Veteranlar Şurasına Arif Rəhimzadə sədr seçildi

    YAP-ın Veteranlar Şurasına Arif Rəhimzadə sədr ...

    5-03-2021, 14:53

  • 
  • Ağsaqqallar 16 yaşlı qızı yandırdı

    Ağsaqqallar 16 yaşlı qızı yandırdı ...

    6-05-2016, 02:29

  • 
  • Abbas Abbasovun adamına qarşı ETİRAZ

    Abbas Abbasovun adamına qarşı ETİRAZ ...

    27-12-2014, 00:08

  • 
  • Abbas Abbasovun oğlu “Cəmil Həsənli ilə görüşümüz olmayıb”

    Abbas Abbasovun oğlu “Cəmil Həsənli ilə görüşümüz ...

    8-11-2013, 11:44


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (472)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu