“Cəmil Həsənli ilə İstanbulda görüşməmişəm”. Bunu Modern.az-a Rusiyada fəaliyyət göstərən “AzərRos” Ağsaqallar Şurasının sədri Abbas Abbasovun oğlu deputat Aydın Abbasov deyib. O bildirib ki, yaxın dövrdə Türkiyəyə səfəri olmayıb: “Cəmil Həsənli ilə sonuncu görüşüm onun parlamentdə deputat olduğu zaman olub. Bu məsələdə qardaşımın adının hallanmasına gəlincə, deyə bilərəm ki, Vüsal Abbasov Türkiyədə yaşayır. Cəmil Həsənli ilə niyə görüşsün ki?! Odur ki, mediada yazılanlar doğru deyil”.
Qeyd edək ki, mətbuatda Milli Şuranın prezidentliyə namizədi olmuş Cəmil Həsənlinin Türkiyəyə səfəri zamanı Baş nazirinin sabiq müavini, “AzərRos” diaspor təşkilatının Ağsaqqallar Şurasına sədrlik edən Abbas Abbasov, onun oğlu, deputat Aydın Abbasov və “LUKoil” şirkətinin Türkiyə nümayəndəliyinin rəhbəri olan digər oğlu Vüsal Abbasovla görüşməsi ilə bağlı məlumat yayılıb.
Abbas Abbasov həm də Rusiya Azərbaycanlı Təşkilatları İttifaqının sədri, eyni zamanda Rusiya Xalqları Assambleyasının sədrinin müavinidir.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?