Fəzail İbrahimlinin namizədlik dissertasiyası Azərbaycanda kolxoz quruluşunun bərqərar edilməsinə, "Lenin ideyalarının Respublikamızda uğurlu şəkildə həyata keçirilməsinə" həsr olunub.
Fəzail İbrahimli bu gün demokratik qüvvələrə yaxın olmasını sübut etmək məqsədi ilə gah himndən, gah da himnin mətnindən söhbət açır. Lakin Milli Məclisin vitse-spikeri olaraq indiyə qədər bir dəfə də olsun seçildiyi Cəlilabad, Masallı və Biləsuvar bölgələrinin problemlərini dilə gətirməyib. Fəzail İbrahimlinin oğlu vaxtı ilə avtomobil qəzası törədərək bir gənc qadını şikəst edərkən Fəzail İbrahimli adının oxşarlığından istifadə edərək Fəzail Ağamalıoğlununövladının mətbuatda hallanmasına şərait yaratmışdır.
Fəzail İbrahimli təkcə seçicilərinə qarşı deyil, hətta rəhbərliyində təmsil olunduğu VHP-nin üzvülərinə qarşı da həmişə biganəlik nümayiş etdirmişdir. Partiya üzvüləri onun müxalifət partiyasının nümayəndəsi olmaqdan daha çox YAP-çı olduğunu, hər bir imkanda hakimiyyətə yarındığını bildirirlər. Onlar VHP xətti ilə Parlamentə gələn bu adamın öz əqidədaşlarından çoxdan uzaqlaşdığını, əlində olan bütün imkanlardan yalnız qardaşı və bacısı uşaqlarının irəli çəkilməsində istifadə etdiyini bildirirlər.
Fəzail İbrahimili ilə bağlı geniş yazını bugünlərdə oxucularımıza təqdim edəcəyik.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?