Sosial şəbəkələrdə məhdudiyyətlər tətbiq edilməsi təklifi Milli Məclisin deputatları tərəfindən heç də birmənalı qarşılanmayıb
İqtidaryönlü Ana Vətən Partiyasının lideri və parlamentin üzvü Fəzail Ağamalının Azərbaycanda Facebook və digər sosial şəbəkələrdə məhdudiyyətlər tətbiq edilməsi təklifi Milli Məclisin deputatları tərəfindən heç də birmənalı qarşılanmayıb. Hazırda Milli Məclisin deputatı olan Rasim Musabəyov Turan-ın müxbirilə söhbətində Fəzail Ağamalınının çıxışını şərh edib. Rasim Musabəyov Facebook sosial şəbəkəsini məhdudlaşdırmağın heç bir faydası olmadığını qənaətindədir. Bundan əlavə, deputat Fazil Qəzənfəroğlu həmkarının təşəbbüsünü “okeanın suyunum azaldılması” ilə müqayisə edib. Onun sözlərinə görə, facebook-u məhdudlaşdırmaq imkanı yoxdur. Qəzənfəroğlu qeyd edib ki, “İnternetin qadağan olunması Azərbaycanı İran kimi təcrid olunmuş bir ölkəyə çevirərdi”.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?