”Bu məsələ Milli Məclisdə dəfələrlə gündəmə gətirilib, təəssüf ki, laqeydliyin nəticəsində öz həllini tapmayıb. Aidiyyatı qurum bununla ciddi məşğul olmalıdır. Müstəqillik dövründə yaşayan insanlar “xain müsavatçı” sözünü eşitməməlidir”. Bunu Modern.az-a açıqlmasında tarixçi-alim, Milli Məclisin deputatı Fəzail İbrahimli bildirib.
Qeyd edək ki, Fəxri Xiyabanda dəfn olunmuş və üzərində “Müsavat cəlladları tərəfindən öldürülmüşdür” sözləri yazılan qəbirlərə rast gəlinir. Azərbaycan Xalq Cümhuriyyətinin qurucularını təhqir edən bu yazıları başdaşılardan silinməsi hələ də ləngiyir.
Fəzail İbrahimlinin fikrincə, başdaşıları mütləq dəyişilməlidir. “Yeniləndiyi zaman həmin şəxslər haqqında geniş informasiya da vermək lazımsızdır. Sadəcə mərhumun təvəllüdü və ad və soyadını göstərmək kifayətdir. Təbii ki, bu Bakı şəhər İcra Hakimiyyətinə üzərinə düşən işdir”.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?