30 il - Az zaman deyil! Biz yurdundan qovulmuş köçkünlər, bu 30 ildə boynubükük , kədərlə keçirdiyimiz hər günümüzdə o yurdumuzun xiffətini yaşadıq!
"Xeyir iş " məclislərini, el şənliklərini, bayramları yurdumuzda qeyd etməyi həsrətlə gözlədik!
Hətta işğalda qalan dogmalarımızın qəbirlərini ziyarət etməyə əlimiz çatmayanda, tanımadığımız birinin qəbrinin üstünə gedib qəbri uzaqlarda qalmış dogmalarımizı orda ağladıq. Gözümüzün yaşı tanımadığımız , yad qəbirə damcı - damcı süzüləndə ürəyimizdə Allaha yalvarırdııq: Gun gəlsin, yenə o yerlərə dönək Allahım! Əzizlərimizin qəbirlərinə qovuşaq,!30 illik həsrətin acısını selə dönən göz yaşlarımızla çıxaraq Allahım! Bizi vətən nisgili ilə öldürmə, öldürmə ki, o dogmamın qəbrinə gedib, o məzarı qucaqlaya bilim.."
30 ildə qol qaldırıb yarikönül oynadığımız dogmamızın toyunda ailəyə xoşbəxtlik diləməmişdən əvvəl, "gün o gün olsun, toylarımız yurdumuzda çalınsın", demisdik.
Tək toyda yox haaa, birinin övladı olur, gözaydınlığına gedirdik, ilk kəlməmiz "atalı-analı böyüsün, sağlam olsun" əvəzinə, "inşallah addımlarını doğma el- obasında atsın" deyirdik...
Bir ildə necə bayram var? Təxminən 5-6! Hamısında bir- birimizə" bayramın mübarək " əvəzinə " bayramı öz doğma elində, öz evində, yurdunda keçirəsən, inşallah!" deyirdik.
Bəli, vətənindən məcbur qovulan biz biçarə köçkünlər 30 il bax belə, arzularla, xəyallarla, həsrətlə, nisgillə özümüzü ovutduq!
Artıq 4- cu ildir ki, şəhidlərimizin, qanı, qazilərimizin saglamlıgı, veteranlarımızın əziyyəti hesabına torpaqlarımız azadlığına qovuşub. Bu 3 il 1 ay da bir milyon köçkünün cəmi 3-5 mini vətənlərinə dönə bilib. Əvvəlki nisgil də durur, həsrət də, göz yaşı da qalır!
Zatən Şuşada ilk inşası başlanan otel olanda ariflər "barmağını disləmişdi" Qoç ət" restoranının, BRAVO, ARAZ marketlərin açılış mərasimləri keçiriləndə, Şuşaliların yurduna, hazır evinə qayıtmaq ixtiyari olmayanda nələr olacağı da məlum idi. Qazilərin Şuşadaki festivala buraxılmamaq biabırçılıgı kimi bir şey..
Girişi 2 manat olan qənimətlər parkı , sonra da Şuşaya "turpaket" biabırçılığı.. Oğullarını Şuşa üçün qurban vermiş, şikəstliyini qəbul etmiş Azərbaycan xalqına 2 günlük tur üçün 215 manat, 3 günlük üçün 370 manat pul qoparmaq prosesini deyirəm...
Bəli bunlar daha böyük biabırçılığın siqnalları idi.
Şuşada Yeni il şənliyi -2 günə 4 nəfərdən ibarət ailənin şənlik keçirməsi üçün 15 min manat pula pul deməyən oliqarxların şənliyi məni təəccübləndirmədi! Niyə də təəccüblənməliydim ki? Artıq mənə bəllidir ki, kasıb təbəqə ölmək üçündür.
Həyatını nisgilə, həsrətə buruyub keçirən , yarımçıq ömürlü, sürünə sürünə , min bir əzabqatlasan köçkünlər kimi...
Uçuq -sökük evlərdə uşaq pulu olmadan, bir qarnı ac, bir qarnı tox böyüyüb vətən üçün həyatında keçən şəhidlər kimi.
3 il əvvəl düşmənlə döyüşə igid kimi, gedib , cəngavər kimi döyüşüb, şikəst kimi dönən canlı şəhidlər- qazilər kimi
Hər gün ölüm arzulayan, düzəni, psixologiyası dəyişmiş, gənckən qocalmış, bütün diləkləri 80 manata bağlı olan gələcəyi qaranlıq veteranlar kimi ,
4 il ali məktəb təhsili alıb, külli miqdarda ödəniş edib sonra diplom alıb, hazırda fəhləliyi ilə həyatına nifrət edən tələbələr kimi...
Gəncliyi. , arzuları bütün yarım qalmış fəhlələr, kasiblar kimi,
Sizə, bayram şənliyi lazım deyil.. Lazım gələndə ölməyiniz yetər! Zatən kasıblar üçün deyil 2 nəfərə 2 gün üçün 2500- 3500 manat ( toplam 14-15 min manat) xərc çəkib bayram etmək...
Siz bayram edənlərə baxıb sevinişin, bu sizə yetər!
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?