GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Baş prokurorluğun şikayətlərə qadağasının yeni metodu

Baş prokurorluğun şikayətlərə qadağasının yeni metodu

Tarix: 29-12-2023, 19:54 Bölmə :GündəmXəbər / Manşet Baxış: 908


161 yarım saatlıq gözləmədən sonra “xəttin məşğul olduğunu” bildirir, 961 “nağıl danışır”


Artıq ilin son günləridir. Bu ilin əvvəlində pensiyamın düz hesablanmamasından şikayətimə cavab olaraq DSMF-in Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının ( XŞTMF) direktoru Şahin Əliyev 26.01.2023 tarixli, onun müavini Elnur Qurbanov 22.02.2023 tarixli məktublarla pensiyamın məhkəmə qərarı ilə əlavə olunan 110 manatla birlikdə düz hesablandığını və 30 gün müddətində məhkəməyə müraciət etmək hüququmun olduğunu  bildiriblər.  Məhkəməyə müraciət edəndə isə Bakı İnzibati Məhkəməsi (hakim Bəhlul Cəlalov) martda iddianı icraata götürüb, apreldə cavabdeh XŞTMF pensiyaya 6 il qabaq 05.07.2017 tarixli, 2-1(81)-1889/17 saylı 1 BİİM-in qərarı ilə əlavə olunan 110 manatı kəsib, köhnə tarixə pensiyanı daha 138.79 manat azaldıb. İndi 10-cu aydır bu mənimsəmə, korrupsiya faktına, cinayətkar saxtalığa, məhkəməyə, Konstitusiyaya hörmətsizliyə son qoyulmur. 


Özbaşınalıq o həddə çatıb ki, hətta məhkəmə qərarının özü belə gizlədilir! Halbuki iş üzrə cavabdeh-borclu elə DSMF-in Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialıdır və məhkəməyə də bu qərarı elə cavabdeh özü təqdim edib ki, bizim aramızda qanuni qüvvəyə minmiş məhkəmə qərarı var. Hakim Bəhlul Cəlalov da bu 05.07.2017 tarixli qərarı əsas tutub, iddianı mümkün saymayıb. Yeni iddianın predmetinin ayrı olduğunu bir qırağa qoyaq, axı məhkəmə də, hakim də PA-dan, MHŞ-dan, baş prokurorluqdan və b. daxil olan şikayətlər əsasında bilir ki, cavabdeh-borclu 01.04.2023-cü ildən 6 il qabaqkı məhkəmə qərarını “LƏĞV EDİB”, icranı dələduzluqla dayandırıb. Hətta Bakı İnzibati Məhkəməsinin hakimi Günel Sevdimalıyeva 5 ay borclu DSMF-in XŞTMF-sindən məhkəmə qərarının icrasını TƏLƏB EDİB, 13.11.2023-cü ildə isə yazıb ki, qərar icra olunub.(?) 

Bunları vurğulamaqla cinayətkar özbaşınalığın məhkəmə səviyyəsində sürməsinə diqqəti yönəltmək amacı güdürük. Özbaşınalığa baxın, məhkəmə qərarını 6 ildən sonra borclu “ləğv edib”, icranı dayandırır, heç belə qərarın olmadığını nazir müavini Anar Kərimov, ƏƏSMN Aparatının rəhbəri Fuad Musayev, DSMF-in pensiya təminatı departamentinin müdiri Eyvaz İsmayılov elə ilin son ayında, son günündə göndərdikləri məktublarla bildirir, amma məhkəmə bu “ləğv edilən” qərar əsasında iddianı mümkün saymır.(?) Budur dövlətin məhkəmə-hüquq , sosial təminat siyasəti?

Gözləmək olardı ki, baş prokurorluq fakta hüquq qiyməti verər. Di gəl, 11.12.2023-cü ildə 161 xətti ilə 961 xəttinin şikayəti bir-birinə ötürüb qeydə almaqdan imtinası 1-ci dərəcəli Qarabağ əlilinin pensiyasının bu il bərpa olunmayacağını qətiləşdirib. Düzdür, media işə qarışandan sonra şikayətin nəzarətə götürüldüyü , baxılacağı bildirilsə də, 20 gündür adi izahat belə alınmayıb. Amma şikayət obyektindən şantajlar, məhkəmə qərarının görməzliyə vurulması “izahları” gəlməkdədir. Odur ki, 29.12.2023-cü ildə 161 korrupsiyaya qarşı telefon xidmətinə zəng etdim. Yarım saatlıq “qaynar” növbədə gözləyəndən sonra, “bütün xətlərin məşğul olduğu” bildirildi. 961 çağrı xidməti anında zəngi götürdü, amma qeydə almaqdan imtina etdi ki, prokurorluğa aidliyi yoxdur. Özünü Kamran Ağayev kimi təqdim edən növbətçi , baş prokuror adaşına şikayət etmək barədə xəbərdarlığa da önəm vermədi. Yarım saatlıq çənə-boğaz bir sonuc vermədiyindən Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin təşkilat və informasiya təminatı idarəsinin böyük prokuroruna ( adını açıqlamaq etik normalara zidd olmasa da, xanım olduğundan vurğulamıram) şikayət etdim və eyni cavabı aldım ki, araşdırma gedir. Bəs 9 aydır şikayət edilir, son 20 gündə 5 dəfə şikayətim qeydə alınıb, niyə bir dəfə də olsun izahatım alınmayıb?

Görünür, baş prokurorluğun “qaynar xətt” bağlantı mərkəzlərinin şikayətləri qəbul etməkdən imtinasının yeni-yeni metodları tətbiq olunur. Prokurorluğun əsas görəvi isə qanunların icrasına və tətbiqinə nəzarət etməkdir. Şikayət isə “Əmək pensiyaları haqqında” qanunun düz tətbiq olunmamasından, hətta məhkəmə qərarı ilə tətbiq olunan əlavənin kəsilməsindən, məhkəmə qərarının görməzliyə vurulmasından, gizlədilməsindəndir. 9 ayda dövlətin adından çıxarılan məhkəmə qərarını tətbiq etdirə bilməyən dövlətdən, onun hüquq, məhkəmə orqanından nəsə gözləməyə dəyər?


Məğrur Bədəlsoy

P.S. 1 BİİM-in 05.07.2017 tarixli, 2-1(81)-1889/17 saylı qərarı əlavə olunur.


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial “falı da yeyib”

    Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial ...

    10-06-2023, 21:20

  • 
  • DSMF-in pensiya təminatı orqanlarının məhkəmə dələduzluğu 9 aydır sürür

    DSMF-in pensiya təminatı orqanlarının məhkəmə ...

    28-11-2023, 20:36

  • 
  • Baş prokurorluq şikayətləri qəbul etməkdən imtina edir

    Baş prokurorluq şikayətləri qəbul etməkdən imtina ...

    11-12-2023, 17:34

  • 
  • Bakı İnzibati Məhkəməsi (də) ƏƏSMN-in, DSMF-in tabeliyindədir?

    Bakı İnzibati Məhkəməsi (də) ƏƏSMN-in, DSMF-in ...

    14-11-2023, 20:58

  • 
  • Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial nə qanun tanıyır , nə Konstitusiya

    Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial nə ...

    18-07-2023, 08:32


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu