GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial nə qanun tanıyır , nə Konstitusiya

Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial nə qanun tanıyır , nə Konstitusiya

Tarix: 18-07-2023, 08:32 Bölmə :GündəmXəbər / Manşet Baxış: 624

Dövlətin sosial müdafiə , sığorta , ədliyyə, məhkəmə- hüquq siyasəti korrupsiyanın caynağında 


2007-ci ildən “Əmək pensiyaları haqqında” qanunla DSMF-ə keçən pensiya ödənişlərinin sosial, maliyyə, nəzarətedici qurumların yeminə çevrilməsi korrupsiyası getdikcə daha qabarıq formada üzə çıxır. Korrupsiyanın qabarıqlığına baxın, “ Əmək pensiyaları haqqında” qanunla Qarabağ əlillərinə, qazilərə nəzərdə tutulan əlavələr təyinatı üzrə verilmir, məhkəmə yolu ilə pensiyasının əlavəsinə nail olanların müıkiyyət hüququna (pensiya mülkiyyət növüdür- M.B.) isə illər sonra borclu qurumun dövlətin adından çıxarılan məhkəmə qərarının icrasını özbaşına dayandırması ilə qəsd edilir. Bəyəm DSMF-in hansısa qurumunun, özü də məhkəmə qərarı ilə borclu edilən qurumunun , dövlətin adından çıxarılan məhkəmə qərarını, özü də 6 il sonra,  ləğv etmək hüququ var ? Korrupsiya özbaşınalığına fikir verin, Prezidentin , Milli Məclisin, Konstitusiya Məhkəməsinin, Ali Məhkəmənin ləğv edə bilmədiyi qərarı DSMF-in Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı , özü də 6 ildən sonra LƏĞV EDİB !(?)

05.07.2017 tarixli, 2-1(81)-1889/17 saylı 1 saylı Bakı İnzibati – İqtisadi Məhkəməsinin dövlətin adından çıxardığı qərarla 1-ci dərəcəli Qarabağ əlili kimi pensiyaya “Əmək pensiyaları haqqında” qanunun 19.2.5 maddəsinə əsasən , yaşa görə əmək pensiyasının baza hissəsinin 100 faizi həcmində (hazırda 110 manat) əlavə hesablanması öhdəliyi cavabdeh DSMF-in Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsinə həvalə edilib. 2023-cü ilin aprelinə kimi qərarın icrası həyata keçirilib. Lakin 4 aydır borclunun hüquqi varisi Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı özbaşına qərarın icrasını dayandırıb ki, “Əmək pensiyaları haqqında” qanunun 19-cu maddəsi 2021-ci ildən ləğv edilib. Konstitusiyaya daha bir hörmətsizlik : FİLİAL BİLMİR Kİ, KONSTİTUSİYANIN 149-CU MADDƏSİNİN VII HİSSƏSİNƏ GÖRƏ, QANUNUN GERİYƏ QÜVVƏSİ YOXDUR və 129-CU MADDƏYƏ GÖRƏ DÖVLƏTİN ADINDAN ÇIXARILAN MƏHKƏMƏ QƏRARININ İCRASI MƏCBURİDİR ?! Deyəsən, Xüsusu Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial nə qanun tanıyır, nə Konstitusiya.

Bakı İnzibati Məhkəməsinin hakimi, xanım Günel Sevdimalıyevanın 19.06.2023 tarixli məktubla Filialdan 05.07.2017 tarixli, 2-1(81)-1889/17 saylı qərarın icra vəziyyəti və qaydası barədə ətraflı məlumatın qısa müddət ərzində məhkəməyə təqdim olunması TƏLƏBİNƏ hələ də saymazlıq göstərilir. Filialın direktor müavini Elnur Qurbanov 17.07.2023 -cü ildə verdiyi 07.07.2023 tarixli məktubla tələbkar 1-ci dərəcəli Qarabağ əlilinə “it ilində” cavab verildiyini yazıb. İndi söz Bakı İnzibati Məhkəməsinindir, İPM-in 120-ci maddəsi əsasında borclu inzibati orqana 50 min manadək cərimə tətbiq etmək məhkəmənin ixtiyarındadır. Cərimə tətbiq edilməsə, Filial özbaşınalığından əl çəkən deyil ; verdiyi əndrabadi cavabdan bəlli edir.

DSMF-in icbari şəxsi sığorta məsələləri departamenti də ötən ildən Qarabağ əlillərinə verilən birdəfəlik ödəmələri – qanpulunu yeyir. Qanpulu yeməyə baxın, sözügedən departament ilyarım ərzində heç bir problem olmadığını, “Xəstəlik haqqında” şəhadətnamənin ƏƏSMN altsisteminə inteqrasiya edilməli olmasını bildirib, bundan sonra özündən saxta kağız tərtib edib ki, “Azərsığorta” guya 1-ci dərəcəli Qarabağ əlilinə 19.03.2019-cu ildə 8800 manat ödəyib. Ödəniş sənədini 1 il 5 aydır “tapmayan” Dövlət Sığorta Kommersiya Şirkəti (DSKŞ) və Dövlət Sosial Müdafiə Fondu 4 aydır mütəşəkkil cinayətlə Ədliyyə Nazirliyinin Binəqədi icra şöbəsindən saxtalığı təsdiq edən arayış almağa girişiblər. DSKŞ-nın idarə heyəti sədrinin müşaviri Ayaz Əliyev 09.06.2023 tarixli məktubla, 3 ay qabaq 10.03.2023 tarixli məktubla başqa müşavir Ceyhun Qurbanlı kimi, DSMF-in dövlət icbari şəxsi sığorta məsələləri departamentinin müdiri Kənan Hüseynov 19.06.2023 tarixli (bu məktub bir ay sonra 17.07.2023-də verilib) məktubla Ədliyyə Nazirliyinin Binəqədi icra şöbəsinə sorğu verildiyini  bildirib, hələ də “qara otaqda olmayan qara pişiyi tapmaqla” boşuna süründürməçilik edirlər. Yəqin nəzarətedici qurumların da payı çatıb, yoxsa gərəksiz adi bir sorğuya 4 aydır cavab verilmirsə, “torbada pişik olduğunu”  müəyyən etmək nə çətin işdir ki?!

Məğrur Bədəlsoy


P.S. Bakı İnzibati Məhkəməsi (qərarı qəbul edən Şərafət Məmmədova və hazırkı hakim Aygün Abdullayeva) borclu ƏƏSMN tabeliyində Sosial Xidmətlər Agentliyinin rüşvəti ilə 20.06.2016 tarixli, 2-1(81)-1095/ saylı qərarının icrasını 7 ildir nəinki təmin edir, heç icraya belə yönəltməyib. Məhkəmənin keçmiş sədri Rəşid Rzayev özbaşınalığını indi də Xətai məhkəməsinə rüşvətə sədrlik etməklə sürdürür. Xətai məhkəməsinin 26.05.2009 tarixli 2(011)-451/09 saylı qətnaməsi ( yeri gəlmişkən, qətnaməni çıxaran hakim Toğrul Əliyev bu günlərdə Məhkəmə Hüquq Şurasına üzv seçilib) 15-ci ildir, 21.06.2011 tarixli, 2(011)-855/11 saylı qətnamədi isə 13-cü ildir, nəinki icra olunur, əksinə , tələbkar 1-ci dərəcəli Qarabağ qazisinə icranı tələb etdiyinə görə işgəncə verilməsi icra edilir.


Gundemxeber.Az

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • ƏƏSMN -in “məhkəmə - hüquq “ siyasəti Heybət İmanovun Konstitusiyadan üstün olmasının şok səbəbi

    ƏƏSMN -in “məhkəmə - hüquq “ siyasəti Heybət ...

    14-11-2020, 00:04

  • 
  • Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial “falı da yeyib”

    Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial ...

    10-06-2023, 21:20

  • 
  • Xüsusi Şərtlərlə Təyinat İdarəsi pensiyaçıları acından öldürmək yolunu tutub

    Xüsusi Şərtlərlə Təyinat İdarəsi pensiyaçıları ...

    18-11-2020, 10:10

  • 
  • Hökumətdən  və  Konstitusiya Məhkəməsindən hərbiçilərə təxribat

    Hökumətdən və Konstitusiya Məhkəməsindən ...

    11-05-2022, 17:24

  • 
  • Qarabağ qaziləri sosial tələblərlə bağlı mitinq qərarı verib

    Qarabağ qaziləri sosial tələblərlə bağlı mitinq ...

    19-05-2022, 16:26


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu