Gundemxeber.az-ın redaksiyasına müraciət edən "SOCAR AQŞ" MMC- nin əməkdaşı Qasım İbrahimov bildirir ki, "İdarənin rəhbərİ Samir Mollayev məni 30.03.2021-ci il tarixli, İP 258/tarixli əmri ilə qeyri-qanuni olaraq işdən azad edib".
Qasım İbrahimov bununla əlaqadar iddia ərizəsi ilə məhkəməyə müraciət edir. Səbail Rayon Məhkəməsi və Bakı Apelyasiya Məhkəməsi Qasım İbrahimovun iddia ərizəsini təmin edir. Bir sözlə, bu şəxsin işə bərpa olunması ilə bağlı məhkəmə qararları olsa da, rəhbərlik Qasım İbrahimovu işdən çıxarır.
Azərbaycan Respublikası Ali Məhkəməsi 7 ay müddətində (Rayon və Apellyasiya da daxil olmaqla 3 il) bu işə baxır və SOCAR AQŞ" MMC- nin əməkdaşının əleyhinə qərar çıxarsa da, Səbail Rayon Məhkəməsi və Bakı Apellyasiya Məhkəməsi isə, Qasım İbrahimovun xeyrinə qərar çıxarırlar. Yəni, "Əmrin ləğv edilməsi, İşə bərpa, məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi" barədə qərar qəbul edirlər.
Qeyd edək ki, AR MPM-nin 414-cü maddəsində kassasiya şikayətinə baxılmasının müddəti və qaydası müəyyən olunub. MPM-nin 414.1-ci maddəsində isə Ali Məhkəmənin Mülki kollegiyasına, yaxud Kommersiya kollegiyasına işlə birlikdə daxil olmuş qətnamələrdən verilmiş kassasiya şikayətinə, onun daxil olduğu gündən 3 ay müddətində baxılıb qərar verilməsi qeyd olunur. O halda sual oluna bilər ki, hörmətli Əhməd müəllim, Siz çıxarmış olduğunuz qərarla Qasım İbrahimovun əmək müqaviləsinin ləğv edilməsi barədə şirkətin Əmrini ləğv edirsiz, işçini işə bərpa edirsiniz. Əgər bu işçinin əmək müqaviləsinin ləğvi barədə əmri ləğv edilibsə, sizin qərarla bu işçi işə bərpa olunubsa, onu kim işdən azad etdi, yaxud da onun ikinci dəfə işdən azad olunması barədə Əmr hardadır?
Sorğu
Yeni dizaynımız necədir?