GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » “Azərbaycan Dəmir Yolları” tənqid edildi – Tenderlə bağlı nə baş verir?

“Azərbaycan Dəmir Yolları” tənqid edildi – Tenderlə bağlı nə baş verir?

Tarix: 19-02-2024, 22:36 Bölmə :GündəmXəbər / Manşet Baxış: 536

“Azərbaycan Dəmir Yolları” tənqid edildi – Tenderlə bağlı nə baş verir?

“Çox təəssüf ki, biznes qurumları, o cümlədən “Azərbaycan Dəmir Yolları” (ADY) üçün yaradılan rahat şəraitdən sui-istifadə olunur. İstehlakçıları aldadırlar, xidmət səviyyəsi lazımi səviyyədə olmur. Güman edirəm ki, ADY-də də bu var. Doğrudur, mənə bu barədə indiyə kimi yazılı şikayət gəlməyib, lakin əminəm, ADY-də də sözügedən problem yaşanır. Əgər ADY-dən mənə konkret şikayət gələrsə, istehlakçıların hüquqularını qorumaq üçün bütün lazımi addımları ataram. Ümumiyyətlə, Azərbaycanda xidmət sahəsində həmişə problem var. Bunun səbəbi ölkədə istehlakçıların hüquqlarının mükəmməl şəkildə qorunmamasıdır. Bu işlə məşğul olan dövlət orqanları istehlakçıları arxa planda qoyub, ancaq biznesin lobbiçiliyini aparırlar. “İstehlakçıların müdafiəsi haqqında” qanun 1995-ci ildə qəbul olunub. Həmin ildən bəri qanunda xeyli dəyişikliklər olunmalı idi. Həyat dəyişib, bu qanun isə dəyişmir. Qanunun işləmədiyi bir şəraitdə, əlbəttə, istehlakçı problemi getdikcə artır...”

Gundemxeber.az bildirir ki, bu sözləri Pravda.az-a açıqlamasında Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynov deyib.

O bildirib ki, demokratik və müasir liberal cəmiyyətin əsas tezisi “hakimiyyətin mənbəyi xalqdır” tezisidir: “Bu, Konstitusiyanın 1-ci maddəsində yazılıb. Bu maddədən sonra isə biznes qurumları ilə dövlətin sinxron işləməsi məsələsi gəlir. Belə bir şəraitdə tezislər olmalıdır. Liberal, demokratik dövlətin biznes qurumunun əsas şüarı “istehlakçı haqlıdır!” olmalıdır. Demokratik cəmiyyətin birinci siyasi baxışı budur. İkinci bazar baxışı isə mənim dediyimdir...”
E.Hüseynov "Azərbaycan Dəmir Yolları" QSC rəhbərliyinin tenderləri öz şirkətlərinə verməsi barədə iddialara da münasibət bildirib: “Ölkədə tender məsələsi də daim problemlidir. Mən iki il Azərbaycan Qida Təhlükəsizliyi Agentliyində (AQTA) İctimai Şuranın üzvü oldum. Dəfələrlə Şura üzvlərinə, rəhbərliyə dedim ki, biz AQTA-nın “mətbəxi”nə, yəni orada gedən işlərə, tenderlərinə daxil ola bilməmişik. Heç kimi “mətbəx”ə yaxın qoymurdular. Dedim ki, ölkədə ictimai nəzarət olması ilə bağlı cənab Prezidentin çağırışı varsa, gərək, qurumlar da buna uyğun ictimai nəzarət üçün şərait yaratsınlar. İctimai təşkilat gedib dövlətlə vuruşmayacaq ki. Bir sözlə, AQTA-nın “mətbəxi”nə bizi buraxmadılar. Əminəm ki, Azərbaycan Dəmir Yollarında da vəziyyət elə bu cürdür. Dərman biznesində də tenderlərlə bağlı vəziyyəti öyrəndim. Məlum oldu ki, tenderə nəzarət edən İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin ayrıca bir şöbəsi var. Onlar effektli işləmirlər. Mən bunu qurumun rəhbərliyinə üzbəüz dedim. Tenderdə elə şərtlər qoyurlar ki, özlərinə lazım olan adam onu uda bilsin. Məsələn, nəsə alınır, bir şirkət qiyməti aşağı verir, əslində, tenderdən də o şirkət keçməlidir. Lakin bunlar vaxt qoyurlar ki, malı neçə günə təhvil verməlisən. Qiyməti aşağı qoyan şirkət yazır ki, malı 30 günə təhvil verəcəyəm. Özlərinə lazım olan adamın şirkəti isə qiyməti yuxarı qoyur və deyir ki, malı 20 günə təhvil verəcəyəm. Götürüb tenderdən öz şirkətlərini keçirirlər, tenderi o udandan sonra isə malın alınması 40 gün çəkir. Tenderin qalibi olandan sonra bu şirkətə nə edə biləcəklər? Heç nə! Artıq pul ayrılıb, qurtarıb gedib. Yəni guya, legitimlik, qanuni şərait yaratmaq üçün belə gülünc “priyom”lardan istifadə olunur. Belə “priyom”lardan az istifadə etsinlər. Bəsdir! Qurtarmaq lazımdır belə işləri...”


Gundemxeber.az

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • ADY Sumqayıtdakı qəzanın səbəbini açıqladı

    ADY Sumqayıtdakı qəzanın səbəbini açıqladı ...

    10-03-2021, 17:21

  • 
  • Prezidentdən AZAL, ADY və Bakı Metropoliteni ilə bağlı SƏRƏNCAM

    Prezidentdən AZAL, ADY və Bakı Metropoliteni ilə ...

    12-02-2021, 14:52

  • 
  • CAVİD QURBANOV 15 MİN NƏFƏRİ İŞDƏN AZAD EDƏCƏK! – “Azərbaycan Dəmir Yolları”na ŞOK tövsiyə

    CAVİD QURBANOV 15 MİN NƏFƏRİ İŞDƏN AZAD EDƏCƏK! – ...

    16-04-2019, 16:35

  • 
  • ADY qəzanın səbəbini açıqladı: "Avtobus qadağalara məhəl qoymadan qatar yoluna çıxıb"

    ADY qəzanın səbəbini açıqladı: "Avtobus ...

    1-10-2018, 16:45

  • 
  • Mağazalarımızda insanları “zəhərləyən” şəbəkə var - PROBLEM

    Mağazalarımızda insanları “zəhərləyən” şəbəkə var ...

    19-05-2018, 15:45


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (301)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu