GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Rüstəm Şahbazovla qardaşına "xidmət göstərən" Rövşən Allahverdiyev axtarışa verildi - İLGİNC GƏLİŞMƏ...

Rüstəm Şahbazovla qardaşına "xidmət göstərən" Rövşən Allahverdiyev axtarışa verildi - İLGİNC GƏLİŞMƏ...

Tarix: 15-04-2024, 23:51 Bölmə :GündəmXəbər / Manşet Baxış: 374

Bakı sakini Dadaşov Abbas Eldar oğlu Əmlak Məsələləri Dövlət Xidmətinin rəis müavini Rüstəm Şahbazovun qardaşı Teymur Şahbazovdan şikayətçidir.

Növbəti şikayət məktubunda A.Dadaşov bildirir ki, Teymur Şahbazov qardaşı, 15 ilə yaxındır ki, Əmlak Məsələləri Dövlət Xidmətinin rəis müavini işləyən Rüstəm Şahbazovun onun işini düzəldəcəyinə söz verərək külli miqdarda pulunu mənimsəyib. Şikayətçi bildirir ki, Sumqayıt şəhəri, Koroğlu küçəsi, Əmlak Komitəsinin Sumqayıt şöbəsinin yaxınlığında yerləşən 0.68 ha boş torpaq sahəsini uzun müddətə icarəyə götürmək istəyi haqda əvvəlcədən tanıdığı Şahbazov Teymur Adıgözəl oğluna və onunla birgə olan Allahverdiyev Rövşən Oqtay oğlu adlı şəxsə danışıb: “Onlar mənə bildirdilər ki, bizim Əmlak Komitəsində tanıdığımız şəxs var və bu işi çox asanlıqla həll edə bilər. Bildirdilər ki, bu barədə həmin məsələni həll edəsi şəxslə danışıb səninlə görüşüb, ümumi bir razılığa gələrik. Bir neçə gündən sonra Teymurla görüşdük və o, mənə bildirdi ki, danışmışam 180 min manata torpaq məsələsi həll olunacaq. Mən ondan bu işi kiminlə həll edəcəyini soruşdum. Bildirdi ki, qardaşı Şahbazov Rüstəm uzun müddətdir ki, Əmlak Məsələləri Dövlər Xidmətində müavin vəzifəsində işləyir. Bütün məsələləri Rüstəm həll edir. Dedi ki, arxayın olun, məsələ 100 faiz həll olunacaq. Teymurun söhbətinə mən tam inandım və ona hissə-hissə 236000 manat pul verdim”.
T.Şahbazov verdiyi vədə əməl etmədiyinə görə A.Dadaşov ondan şübhələnib: “Ona bildirdim ki, sən işi yubadırsan, işin yubanmasının səbəbini mənə izah et. Dedi ki, qardaşım Rüstəm ölkədə yoxdur, ona görə də sənədləşmə bir az gecikir. Rüstəm gələn kimi sənədləşmə yekunlaşacaq və sənədləri tam şəkildə sənə verəcəm. O, dedi ki, bütün ölkə üzrə bu məsələlərə qardaşı rəhbərlik edir. Mən arxayın oldum ki, Teymur yalan danışmaz, qardaşı Rüstəm Şahbazovla məsələni həll edəcək. Teymur mənə onu da dedi ki, pulun hamısını qardaşına verib”.

“Sövdələşmə”nin üzərindən bir müddət keçsə də, lazım olan sənədlər A.Dadaşova verilməyib. Şikayətçinin sözlərinə görə, T.Şahbazov və Rövşən Allahverdiyev hər dəfə ona Rüstəm Şahbazovla görüşdüklərini, narahatçılığa əsas olmadığını deyib vaxtı uzadıblar: “Lakin mən artıq Teymurun və Rövşənin yalan danışdıqlarını, mənə qarşı dələduzluq etdiklərini anladım. Bundan sonra Teymura və Rövşənə nə qədər zəng vurdum telefon zənglərimə cavab vermədilər. Artıq mən əmin oldum ki, Teymur Rövşənlə birlikdə məni aldadaraq, Teymurun qardaşı Rüstəmlə qabaqcadan əlbir olub, 236000 manat pulumu ələ keçirib, mənə qarşı dələduzluq etməklə, Azərbaycan Respublikası CM-nin 178-ci maddəsinin 2.1, 2.2, 3.4-cü hissələrində nəzərdə tutulan cinayət əməlini törədiblər”.
Teymur Şahbazov və Rövşən Allahverdiyevin əməlləri bununla bitməyib. Belə ki, şikayəçinin sözlərinə görə, onlar sənəd saxtakarlığına da gediblər: “Mənimlə özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahəsinin icarəyə verilməsi haqqında 27 iyul 2022-ci ildə müqavilə bağladılar. Bununla da Teymur Şahbazov məni daha da inandırdı. Sonra mənə məlum oldu ki, tərtib olunan həmin müqavilə də saxtadır. Həmin müqaviləyə görə də Teymur məndən 4-5 ay olmaqla hər ay 7850 manat “icarə haqqı” aldı”.

Şikayətçi onu da qeyd edib ki, bu “üçlük” tək onu yox, bir neçə adamı aldadaraq pullarını ələ keçirib. A.Dadaşov Şahbazov Teymur Adıgözəl oğlunun və qardaşı Şahbazov Rüstəm Adıgözəl oğlunun, həmçinin Allahverdiyev Rövşən Oqtay oğlunun cinayət məsuliyyətinə cəlb olunması və ona dəymiş 236000 manatın ödənilməsi üçün aidiyyəti üzrə göstəriş verilməsini xahiş edir. O, müvafiq müraciətini aidiyyatı hüquq-mühafizə orqanlarına da göndərib.

"Hazırda Rövşən Allahverdiyevlə bağlı Daxili İşlər Naziliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsində cinayət işi açılıb. Təxminən 6 aydan çoxdur ki, axtarışa verilib. Amma rahatca şəhərdə gəzir, maraqlıdır ki, heç kim onu saxlamır. Barəsində Cinayət Məcəlləsinin 178-ci maddə ilə cinayət işi açılıb. Bir neçə nəfər zərərçəkmiş var, biri də mənəm. Mənə 1 milyona yaxın zərər vurub. Onun həbs edilməsini, cinayət işinin araşdırılmasını istəyirəm" - deyə A.Dadaşov saytımız vasitəsilə ölkə rəhbərliyinə, hüquq-mühafizə orqanlarına, daxili işlər naziri, general-palkovnik Vilayət Eyvazova ünvanladığı müraciətdə qeyd edib.

Qeyd edək ki, qeyd edilənlərlə bağlı Əmlak Məsələləri Dövlət Xidmətinin rəis müavini Rüstəm Şahbazovdan mövqe almaq cəhdlərimiz boşa çıxdı. Belə ki, Xidmətin mətbuat xidmətinə ünvanladığımız sorğuya cavab olaraq bildirildi ki, məsələyə hüquq-mühafizə orqanları baxır, ona görə mövqe vermək məqsədəuyğun deyil. R.Şahbazova məxsus votsap nömrəsinə göndərdiyimiz müraciət də cavabsız qaldı. Hər bir halda, qarşı tərəfin mövqeyini verməyə hazırıq./AFN.az/



  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Kərəm Həsənovun müavini 73 yaşlı rəisi döydürdü - BAKIDA MİLYONLUQ TORPAQ DAVASI - VİDEO

    Kərəm Həsənovun müavini 73 yaşlı rəisi döydürdü - ...

    18-06-2019, 14:01

  • 
  • Əmlak Komitəsi “obyekt paylayır”

    Əmlak Komitəsi “obyekt paylayır” ...

    28-12-2012, 12:10

  • 
  • Prezident İlham Əliyev Əmlak Məsələləri Dövlət Komitəsinin yeni Mərkəzinin açılışında iştirak edib

    Prezident İlham Əliyev Əmlak Məsələləri Dövlət ...

    5-12-2015, 13:16

  • 
  • Kərəm Həsənovun Qaradağda reyestr imperiyası

    Kərəm Həsənovun Qaradağda reyestr imperiyası ...

    3-04-2014, 12:06

  • 
  • Kərəm Həsənovun adamının inanılmaz “işləkləri”

    Kərəm Həsənovun adamının inanılmaz “işləkləri” ...

    4-05-2014, 11:19


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (373)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu