Beyləqanda iki qardaş dövlət əmlakını necə talayırlar?
Daşınmaz Əmlakın Reyestri Xidmətinin rəisinin qardaşı Zaman İmanov Beyləqanda başqalarına məxsus olan ərazini zəbt edərək Ticarət Mərkəzi tikdirir… Əmlak Məsələləri Dövlət Komitənin Daşınmaz Əmlakın Reyestri Xidmətinin rəisi Məhəmməd İmanov və qardaşı Zaman İmanovla bağlı elektron poçtumuza ilginc məlumat göndərilib. Məlumatı göndərən şəxs idda edir ki, Əmlak Komitəsinin Beyləqan Ərazi İdarəsinin qeydiyyat şöbəsinin müdiri Zaman İmanov qardaşı Məhəmməd İmanova arxalanaraq Beyləqan rayonunun RTS deyilən ərazidə, yeni Ağcabədi yolunun üstündə olan 400 kvadrat metrə yaxın ərazini qeyri qanuni yolla sənədləşdirərək zəbt edib. İnformasiya göndərən mənbə bildirir ki, Zaman İmanov vəzifəsindən sui-istifadə edərək vaxtı ilə başqa şəxslərə verilmiş torpaq sahəsinin sənədlərini Dövlət Reyestr Xidmətində dəyişdirərək bir neçə adamın adına keçirtdikdən sonra öz adına satın alıb. Bildirirlər ki, Zaman İmanovun bu qeyri-qanuni işləri ilə bağlı torpağın köhnə sahibləri bir çox instansiyalara müraciət etsələr də heç bir nəticəsi olmayıb. Çünki Zaman İmanovun arxasında qardaşı - Daşınmaz Əmlakın Dövlət Reystri Xidmətinin rəisi Məhəmməd İmanov və Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov dayanır. Hazırda həmin ərazidə Zaman İmanovun qanunsuz tikinti işləri apardığı bildirilir. Əraziləri qanunsuz olaraq zəbt olunan şəxslər məhkəməyə müraciət etsələr də, Zaman İmanovun öz imkanlarından və qardaşı, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin rəisi Məhəmməd İmanovun imkanlarından istifadə edərək məhkəmədə yol verdiyi qanunsuzluğu ört-basdır etmək üçün hakimlərə təzyiq etdiyi bildirilir. Daxil olan məlumatda Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənovun sağ əli və “qara qutusu” pul kisəəsi kimi tanınan Məhəmməd İmanovun ətraf rayonlarda bu kimi qanunsuzluqlara yol verməsi adi hala çevrildiyi qeyd olunur. Bildirilir ki, Reyestr xidmətinin rəisi Məhəmməd İmanov külli miqdarda var dövlətə, milyonlara sahibdir və bütün bu sərvətini vətəndaşlardan topladığı rüşvət hesabına əldə edib. Məlumatda o da qeyd olunur ki, zəbt etdiyi ərazidə tikinti işləri aparan Zaman İmanov burda, qardaşı Məhəmməd İmanovla şərikli tikinti matreallarının topdan satış mərkəzi açacaq. Şikayətçi tərəf məhkəməninin ədalətsiz qərar verəcəyindən narahatlığını ifadə edərək bildirir ki, belə olmasaydı, Zaman İmanov ərazidə rahatlıqla tikinti işləri aparmazdı. Yazıda adı keçən şəxslərin mövqeyini dərc etməyə hazırıq… E.Qasımov
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?