Gundemxeber.az bildirir ki, Bakı şəhəri, Abşeron rayon sakini Abasova Məlahət Abbas qızı tərəfindən hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi deyir ki, oğlunun xarici ölkədə təhsil alması üçün “Kapital Bank”dan 5 500 manat kredit götürüb, 19 min manatdan çox ödəniş etsə də, hələ də hər ay pensiyasından pul tuturlar:
“Mən, Abasova Məlahət Abbas qızı, Azərbaycanın ərazi bütövlüyü uğrunda 1-ci qrup əlil olmuş Abasov Əli Ağacavad oğlunun həyat yoldaşıyam. Yoldaşım sürən xəstəlikdən bir müddət sonra rəhmətə getdi. Oğlum 2019-ci ildə 11-ci sinfi bitirmişdi. Oğlumun xarici ölkədə təhsil alması üçün “Kapital Bank”ın Neftçilər filialından 5500 manat kredit götürdüm. 800 AZN isə sığorta pulu ödədim. Yoldaşım rəhmətə getdikdən sonra səhhətimlə bağlı ciddi problemlər yaşadım və ödənişlərim gecikdi. Daha sonra “Kapital Bank”ın Gənclik filialından Yaşar adlı şəxs mənə bildirdi ki, sizə 10 faiz güzəşt edərik, gəlin 5 illik müqavilə bağlayaq. Kiçik hərflərlə olduğu üçün tam oxuya bilməyib imza atmışam. Uşaq üçün ayrılmış müavinəti bəzən bütov şəkildə hesabdan çıxırdılar. Məndən 4 ilə 19 min 164 manat 19 qəpik ödəniş alıblar. İndi mən hal-hazırda yoldaşım üçün ayrılmış pensiyanı xüsusi şərtlərlə alıram. Bank hər ay müəyyən məbləği hesabımdan çıxır. Ödənişin vaxtı ayın 15-16-na təsadüf etsə də, bank ayın 1-dən zənglər edir. O gündən bu günə kimi hələ də gecikmələrlə pul çıxırlar. Dəfələrlə bu barədə bir çox yerlərə müraciət etsəm də, şikayətim cavabsız və həll edilməmiş qalıb. 16.12.2024-cu ildə kreditin bitmə vaxtıdır. Bu qədər faiz ödəmək heç bir ölkədə yoxdur. Mən artıq bu haqsızlıqdan bezmiş. Vətən üçün sağlamlığını, daha sonra həyatını itirmiş bir insanın ailəsini belə sıxışdırmaq olarmı? Özüm xəstəyəm, oğlum hərbi xidmətə hazırlaşır. Mən bir ana kimi Vətənimizə xeyirli övlad yetişdirirəm. Xahiş edirəm, məmur özbaşınalığına son verilsin. İmkan versinlər aldığımız pensiyamızı iynə-dərmanımıza verə bilək. Sizin sayt vasitəsilə cənab Prezidentimiz İlham Əliyevə və Birinci vitse-prezident Meriban xanım Əliyevaya müraciət edirəm. Mən onlardan kömək istəyirəm. Bu özbaşınalığın sona yetməsi üçün tapşırıq vermələrini xahiş edirəm. Bilirəm ki, müraciətlərim Cənab Prezidentə və Birinci vitse-prezidentə çatmayıb. Çatsaydı, imkan verməzdilər ki, qazi ailəsini bu qədər sıxıntı içərisinə salsınlar".
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?