Bu gün gundemxeber.az xəbər portalının redaksiyasına çatdırılan məlumatlara görə, Bakı şəhəri, Sabunçu rayonunun Nardaran qəsəbəsində hər gün səhər saat 09:00 radələrində verilən sular axşam saat 21:00-da dayandırılır. Bu da qəsəbə sakinlərinə əməlli-başlıca problemlər yaradır. Qeyd edək ki, yerli sakinlər suyun verilmə saatlarında işdə olurlar və onlar işdən evə qayıtdıqdan sonra, sudan istifadə etmək imkanından məhrum olurlar. Bu da yerli sakinlərin haqlı narazılığına, kəskin etiraz etmələri ilə nəticələnir. Sakinlər bu yöndə olan problemlərini dəfələrlə dilə gətirsələr və aidiyyəti dövlət qurumlarını baş verənlərlə bağlı ətraflı məlumatlandırısalar da, hələ də sakinlərin bu yöndə olan problemlərini bir kimsə aradan qaldırmağa cəhd göstərmir. Diqqət yetirək ki, indiki isti vaxtlarda sakinlər su sarıdan olmazın əzab-əziyyəti çəkirlər. Ümumiyyətlə, bu gün Nardaran sakinlərinin su sarıdan düçar olduqları durumu təsəvvür etmək olduqca çətin məsələdir.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?