GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Maştağada sakinlər “qan ağlayır”

Maştağada sakinlər “qan ağlayır”

Tarix: 25-12-2016, 14:20 Bölmə :GündəmXəbər / Manşet Baxış: 1 196
Maştağada sakinlər “qan ağlayır”

Vəzifə sahibi olan şəxslər isə, hələ ki, şəhid ruhuna da hörmət qoymurlar

Çox zaman əksəriyyət bildirir ki, Bakı şəhəri nə qışın şaxtasına, nə də ki, payızın yağışına hazır deyil. Bəli, əslində bu belədir və baş verən xoşagəlməz durumdan sonra söylənilənlərin həqiqət olduğu, bir daha özünü göstərdi. Belə ki, xeyli müddət bundan əvvəl hava şəraitinin yağmurlu keçməsi, Bakının əksər kənd və qəsəbələrində həyatı iflic etdi. Bu sırada adı daha çox hallanan qəsəbələrdən biri də, Sabunçu rayonunun Maştağa qəsəbəsi oldu. Qəsəbə sakinləri düşdükləri bəladan xilas olmaq üçün dəfələrlə Sabunçu rayon İcra Hakimiyyətinin başçısı cənab Adil Vəliyevə və qurumun digər səlahiyətlilərinə, qəsəbə icra nümayəndəsinə, qəsəbə bələdiyyəsinin sədri İlqar Qurbanova və digər vəzifə sahiblərinə müraciətlərini ünvanlasalar da, bir kimsə onların problemləri ilə maraqlanmadığndan, son anda onlar çıxılmaz duruma düşürlər. Bu haqda məlumatları “Gündəm Xəbər”in əməkdaşına bildirən sakinlər vurğulayırlar ki, “biz məcburiyyət qarşısında qaldığımızdan sizə də müraciət edirik. Məqsədimiz üz-üzə qaldığımız problemin varlığını ictimailəşdirməkdir. Düşünürük ki, bəlkə o halda hansısa vəzifə sahibi problemin həlli ilə məşğul olmağa qərar verdi”.

Onu da qeyd edək ki, Maştağa qəsəbəsinin Mirəli Mirəliyev və Neftçilər küçələrinin kəsişməsində yaşanan acınacaqlı mənzərəni görən əməkdaşımız, sanki dəhşətə də gəlir. Çünki, adı çəkilən küçələrin yağış suları nəticəsində bərbad halda olması, qəsəbə sakinlərini əməlli-başlıca dərdə salır. Küçəboyu ərazilərin su gölməçələrinin altında qalması, yaşayış evlərindən çoxunun zirzəmilərinin su ilə dolması, sözün həqiqi mənasında böyük bir faciənin varlığından xəbər verir. Təəssüf doğuran hal odur ki, ərazi üzrə cavabdehlik daşıyan vəzifə sahibləri isti kreslolarında otururlar, var-dövlət qazanırlar, amma qəsəbə sakinlərinin belə bir problemləri ilə bir kimsə məşğul olmur. Ünvanlanan müraciətlər isə, sanki düşünülmüş şəkildə qulaqardına vurulur.

Xoşagəlməz hal odur ki, adı çəkilən qəsəbənin Mirəli Mirəliyev küçəsində yaşamış və canını, qanını bu Vətən uğrunda fəda etmiş şəhid Mirəli Mirəliyevin yaşadığı ata evinin qarşısı da bərbad haldadır. Vəzifə sahibi olan şəxslər digər sakinlərə ögey münasibət bəsləsələr də, heç olmazsa 1993-cü ildə canını, qanını Vətən uğrunda fəda etmiş şəhid Mirəliyevin ruhuna hörmət edib, onun doğulub boya-başa çatdığı küçənin problemlərini həll etmirlər. Təəssüf hissi doğuran hal odur ki, bu gün də vəzifə sahibi olan şəxslər şəhid ruhuna hörmət qoymurlar.

Belə olan halda sual oluna bilər ki, ərazi üzrə problemlərin varlığına cavabdehlik daşıyan şəxslərin vəzifə borcları sakinlərin problemlərini həll etməkdən, yoxsa ünvanlanan müraciətləri qulaqardına vurmaqdan ibarətdir? Bugünkü reallıq isə ondan ibarətdir ki, Maştağa qəsəbəsinin Mirəli Mirəliyev və Neftçilər küçələrində yaşayan sakinlərin müraciətləri bilərəkdən qulaqardına vurulur, problemlərinin həllinə heç bir halda cəhd göstərilmir. Əksinə, problemlərin üstünə yeni-yeni problemlər gəlməkdədir. Əslində baş alıb gedən problemlərin kökündə, rayon icra hakimiyyəti aparatı tərəfindən həyata keçirilən yarıtmaz idarəçilik durur. Bu cür idarəçilik həyata keçirildiyindən qəsəbə üzrə icra nümayəndəliyi ilə bərabər, bələdiyyə rəhbərliyi də yarıtmaz fəaliyyətlərini ortaya qoymaqda davam edirlər. Rayon rəhbərliyinin problemlərin varlığına diqqətsizlik nümayiş etdirməsi, əslində digər qurumların da fəaliyyətlərini iflic edir ki, bunun da ağrı-acısını qəsəbə sakinləri çəkirlər.

Faciə odur ki, Maştağa qəsəbə sakinlərinin üz-üzə qaldıqları problemlərlə bağlı nə qəsəbə icra nümayəndəliyi, nə də ki, qəsəbə bələdiyyəsinin səlahiyyətliləri konkret münasibət bildirməsələr

də, yalnız verdikləri vəd o oldu ki, “problem yaxın vaxtlarda həllini tapacaq” deməklə, bir növ məsuliyyətdən yayınmağa çalışdılar. Onların belə bir yanaşmaları bir daha onu söyləməyə əsas verir ki, vəzifə sahiblərini sakinlərin problemləri deyil, yalnız şəxsi məsələlərinin həlli daha çox düşündürür. Qarşı tərəfin də mövqeyini dinləyə bilərik.

Yaşanan problemin varlığını diqqətdə saxlayacağıq.

Mirzə

gundemxeber.az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • İcra nümayəndəsi camaata “qan uddurur”

    İcra nümayəndəsi camaata “qan uddurur” ...

    5-07-2015, 18:04

  • 
  • Maştağa sakini qohumunu güllələdi

    Maştağa sakini qohumunu güllələdi ...

    11-06-2016, 14:10

  • 
  • Sayt rəhbəri icra başçısını məhkəmədə uddu

    Sayt rəhbəri icra başçısını məhkəmədə uddu ...

    13-10-2014, 15:51

  • 
  • Sabunçu rayon icra başçısının oğlu silahlı “razborka”da: Adil Vəliyev minnətçi düşdü

    Sabunçu rayon icra başçısının oğlu silahlı ...

    18-05-2016, 18:42

  • 
  • Biləcəri qəsəbə bələdiyyəsi müraciətlərə məhəl qoymur

    Biləcəri qəsəbə bələdiyyəsi müraciətlərə məhəl ...

    3-06-2015, 12:19


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu