GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » “Veysəloğlu” süni bahalaşmanı və ajiotajı belə yaradır

“Veysəloğlu” süni bahalaşmanı və ajiotajı belə yaradır

Tarix: 27-06-2024, 20:13 Bölmə :GündəmXəbər / Manşet Baxış: 375

“Veysəloğlu” süni bahalaşmanı və ajiotajı belə yaradır

Azərbaycanda süni və latent şəkildə qiymət artımı gedir. Gündəlik tələbat məhsulları sürətlə bahalaşır və hər dəfə vitrinlərdə artıma doğru fərqli rəqəmlər qarşımıza çıxır. Bunun qarşısının alınması istiqamətində Antiinhisar Xidmətinin heç bir fəaliyyəti yoxdur. İqtisadiyyat Nazirliyi qiymətlərin tənzimlənməsi, inhisarçılığın azaldılması, süni qiymət artımını dayandırmaq, inflyasiyanı azaltmaq barədə heç bir proqram irəli sürməyib. Yəni faktiki ölkə bazarları özbaşına buraxılıb və altdan-altdan aparılan bahalaşma siyasəti fantastik mənzərə yaradıb.

GUNDEMXEBER.AZ bildirir ki, anaxeber.info araşdırıb ki, bahalaşmada qida şirkətlərinin, idxalatla məşğul olan nəhəng holdinqlərin rolu az deyil. Əhalinin dərisini soyan həmin firmalar həm monopoliya yaradıblar, həm də süni qiymət artımına səbəb olurlar. Onlardan biri “Veysəloğlu” şəbəkəsidir. Respublikada ən böyük idxal şirkətlərindən sayılır. Araşdırmalar göstərir ki, əksər topdansatış məntəqələrindəki qiymətlərlə marketlərdəki satış qiymətləri arasındakı fərq bəzi məhsullar üzrə 50-60 faiz, hətta 100 faiz təşkil edir. O da məlum olur ki, təkcə “Güvən” topdansatış məntəqəsində 1 kilosu 9-9.5 manata satılan “Snikers”, “Kit Kat” şokoladları “Veysəloğlu” şirkətinə bağlı “Araz” supermarketlər şəbəkəsində 16-17 manata satışa çıxarılıb. Bu orta hesabla 80-90 faiz izafə qiymət deməkdir.
Nestle” şokolad yağı 10 manat olduğu halda, “Araz” market onu alıcılara 16 manata təklif edir. Həmçinin “Şaan” düyülərinin bir kq-ı üçün topdansatış qiyməti 2.60-2.90 manat təşkil etdiyi halda, “Veysəloğlu” onu 4.20-4.50 manatdan satır.
Bundan başqa, topdansatışlarda “Nivea”, “Reksona” kimi qadın və kişi kosmetik və ətirləndirici vasitələr, qab yuyan maşınlar üçün nəzərdə tutulmuş tabletlərdə də qiymət fərqləri inaılmaz dərəcədə çoxdur.
Məsələn, topdansatış məntəqələrində “Nivea” 3.58 manat, “Reksona” 3.75 manat olduğu halda, “Araz” market onları 6.58 manatdan satışa çıxarıb. Qab tabletkalarının 100 ədədlisi topdansatışda 33 manat olduğu halda, sözügedən market 48 manatdan aşağı təklif etmir.

Burada inhisarçılıq, habelə qiymət siyasətində rəsmi qurumlarla hesablaşmamaq cəhdləri də əhəmiyyətli rol oynayır. Belə ki, “Veysəloğlu” ölkədə iri market şəbəkəsinə malik az sayda şirkətlərdən biridir. Bu qədər qazanc əldə etməsinə baxmayaraq, onun bir qanadı olan “Veysəloğlu-Yaycılı qardaşlar” MMC-nin dövlətə külli miqdarda vergi borcu mövcuddur. Şirkətin vergi borcu təxminən 1.5 milyon manata yaxındır (1443862.91 AZN).

Başqa bir məsələ isə odur ki, şirkət “Araz”da satılmayan məhsulları özünün “Oba” marketlərində satdırır. Bu marketlər şəbəkəsi aşağı keyfiyyətli mallar təklif edir. “Veysəloğlu” prezidenti Aydın Talıbov da müsahibələrin birində dolayısı ilə etiraf edib ki, “Oba” ucuz, əslində isə keyfiyyəti aşağı olan mallar təqdim edir. Yəni orada olan məhsullar “Araz”da satılmır. Üstəlik, hər iki marketdən tez-tez şikayətlər olur. Əsasən də vitrində olan məbləğlə kassada qiymətin uyğun gəlməməsidir. Bu zaman müştərilərin aldadılması sübuta yetirilir. Media səhifələrində yüzlərlə belə fakt mövcuddur. Bir sözlə, şirkət inhisarçılıq yaradır, bahalaşmaya səbəb olur, üstəlik də azı 50 faiz, o cümlədən də marketlərdə keyfiyyətsiz məhsullar, qiymət fırıldağı hallarına, rast gəlinir. Bununla belə şirkət rəhbəri Aydın Talıbovun deputatlığa hazırlaşdığı haqda xəbərlər tirajlanır. Millət vəkili olmağa iddialı şəxs isə millətin cibinə zərər vuran qiymət artımına, monopoliyaya cəhd etməz. Üstəlik, deputat olacaq şəxs insanların hüquqlarını müdafiə etməlidir. Talıbovun marketləfindı isə işçilərin bir qismi ilə əmək müqaviləsi bağlanmır, bağlananda isə qara mühasibatlığa üstünlük verilir. Əmək haqları kağız üzərində bir cür, realda isə başqa cür olur. Deməli, “Veysəloğlu”da vergidən yayınma adi hal sayılır. Buna da Vergilər Xidməti diqqət yetirə bilər. Hər halda, KİV-də belə xəbərlər var. Bildirlir ki, “Veysəloğlu” şirkətinin bütün marketlərində – “Araz”da, “Oba”da, “Favorit”də, “Spar”da eyni hallar yaşanır.


GUNDEMXEBER.AZ

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Nazir süni qiymət artımı ilə bağlı tapşırıq verdi

    Nazir süni qiymət artımı ilə bağlı tapşırıq verdi ...

    7-01-2014, 18:22

  • 
  • Süni qiymət artımının qarşısını almaq üçün nazirlik hərəkətə keçdi

    Süni qiymət artımının qarşısını almaq üçün ...

    13-04-2017, 10:08

  • 
  • Qiymət qalxdı, nazirlik hərəkətə keçdi

    Qiymət qalxdı, nazirlik hərəkətə keçdi ...

    20-08-2015, 12:03

  • 
  • İctimai nəqliyyatda süni qiymət artımı ilə bağlı sürücülərə XƏBƏRDARLIQ

    İctimai nəqliyyatda süni qiymət artımı ilə bağlı ...

    10-03-2021, 15:59

  • 
  • Təkzib

    Təkzib ...

    1-11-2018, 10:00


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (59)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu