GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » TƏBİBin əməkdaşı nə qanun-qaydanı, nə də ki, ölkə rəhbərinin imzaladığı Fərmandan irəli gələn tələbləri saya salmır- RƏZALƏT

TƏBİBin əməkdaşı nə qanun-qaydanı, nə də ki, ölkə rəhbərinin imzaladığı Fərmandan irəli gələn tələbləri saya salmır- RƏZALƏT

Tarix: 15-07-2024, 15:50 Bölmə :GündəmXəbər / Manşet Baxış: 516

 Yəqin ki, tam əksəriyyət o haqda məlumata malikdir ki, 01 aprel 2021-ci il tarixdən ölkəmizin bütün ərazilərində icbari tibbi sığortanın tətbiqinə başlanılıb. Bununla da hər kəs icbari tibbi sığortanın Xidmətlər Zərfinə daxil olan 2 550 sayda tibbi xidmət növündən istifadə etmək  hüququ qazanıb. Qeyd edək ki, bu kimi işlərin həyata keçirilməsi “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxs (TƏBİB) tabeliyinə verilib və belə bir səbəbdən də, hal-hazırda bu qurum dövlət səhiyyə sisteminə daxil olan tibb müəssisələrinin idarə olunmasını həyata keçirir. TƏBİB-in fəaliyyətində əsas starateji xətt tibb müəssisələrində tibbi xidmətlərin təşkilini təmin etməkdən və tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi üçün lazımi tədbirləri həyata keçirməkdən ibarətdir. Bundan əlavə, TƏBİB həmçinin tibb müəssisələrinin fəaliyyətini icbari tibbi sığorta sisteminin tələblərinə uyğun olaraq da formalaşdırır. Unutmaq olmaz ki, 13 may 2022-ci il tarixdə  ölkə əhalisinin sağlamlığının qorunması sahəsində həyata keçirilən tədbirlərin effektivliyini artırmaq, səhiyyə sisteminin maliyyə dayanıqlığını və vətəndaşların keyfiyyətli səhiyyə xidmətlərinə əlçatanlığını təmin etmək məqsədilə , Azərbaycan Respublikası Prezidenti müvafiq Fərman imzalamışdır. O halda ortaya belə bir sual çıxır ki, görəsən hal-hazırda TƏBİB ölkə rəhbərinin imzaladığı Fərmandan irəli gələn tələblərə uyğun addımlarını atıb, əhalinin sağlamlığının keşiyində lazımi səviyyədə dururmu?  Ümumu müşahidələr, çoxsaylı vətəndaşların etdikləri narazlılqlar və s. isə onu göstərir ki, TƏBİBin rəhbər şəxslərini bu gün də sakinlərin taleyi maraqlandırmır. Məsələn, adicə bir faktı qeyd edək ki, bu dövlət qurumunda səlahiyyət sahibi olan Sona xanımın çıxardığı hoqqalarından, rəzalətdən, “Burda mənəm, Bağdada kor xəlifə” deyə yanaşmasından, minbir oyunlarından və s. zinhara gələn Cənnət Cənnətov, redaksiyamıza ünvanladığı müraciətində haqlı olaraq adı çəkilən bu xanımı “top atəşi”nə tutur. Cənnət Cənnətov ünvanladığı müraciətində qeyd edir: “11 iyul 2024-cü il tarixdə övladım Asim Cənnətovun səhhətində əmələ gələn problemlə bağlı 3 saylı Şəhər Klinik Xəstəxanasına müraciət etdik. Məqsədimiz bu səhiyyə müəssisəsində oğlumun kompyuter-tomoqrafiya olunmasını həyata keçirmək idi. İlk olaraq övladımı bu Klinik Xəstəxananın həkimi Bayram Xandamov müayinə etdi və az sonra rəy yazdı, lazımi kodu qeyd etdi və o, “Xəstənin qarın nahiyəsində baş verən ağrıları müəyyən etmək üçün, xəstə mütləq kontraslı kompyuter-tomoqrafiya olunmalıdır ki, xəstəyə aid diaqnozu müəyyən etmək mümkün olsun” dedi. Qeyd edim ki, həmin gün 3 saylı Şəhər Klinik Xəstəxanasının direktoru Nurəngiz xanım Bəşirovanın verdiyi göstəriş əsasında, Poliklinika şöbəsinin həkimi Maya xanım oğluma aid sənədləri qaydaya saldı və az sonra həmin sənədləri TƏBİBə göndərdi. Sənədlərin TƏBİBə göndərilməsində başlıca məqsəd, Asim Cənnətovun kontraslı kompyuter-tomoqrafiya olunmasını sosial sığorta hesabına həyata keçirmək idi. Yəni, istəyirdik ki, bu məsələ hansısa özəl səhiyyə müəssisəsində olsa belə öz həllini tapsın. Bir valideyin olaraq 12 iyul günü 3 saylı Şəhər Klinik Xəstəxanasına getdik və o halda həkimlər bizə “Öövladınızın kontraslı kompyuter-tomoqrafiya olunmasına TƏBİBdən “imtina” cavabı verilib. Hansı əsasla belə cavab verildiyini soruşduqda həkimlər bizə “Bunu Sona xanım çox gözəl bilir” dedilər. O halda bilib başa düşdüm ki, əvvəllər Sona xanım əməlləri haqda haqda eşitdiklərim əsl həqiqətlərdir. Məsələn, eşitmişdim ki, Sona xanıma təqdim olunan sənədlərə baxır və hansı şəxsin sosial sığorta hesabına müayinə, yaxud müalicə olunmasına, cərrahi əməliyat olunmasına və s. ehtiyac duyulsa belə o, öz marağına uyğun qərarını verir. Bu da onu göstərir ki, Sona xanım “Burda mənəm, Bağdadda kor xəlifə” yanaşmasının nümayiş etdirir və qanun-qayda “priznavat” etmir.  

     Qeyd edim ki, TƏBİBdən verilən “imtina” cavabından sonra, Poliklinika şöbəsinin həkimi Maya xanım mənim yanımda bu məsələ ilə bağlı Sona xanımla danışdı və ona bildirdi ki, “Asim Cənnətov hava limanında növbəli şəkildə məsul işdə işləyir. Xəstəni nə vaxt “pristup” tutur, o halda o, özünü heç cür idarə edə bilmir. Ona görə də xəstə kontraslı kompyuter-tomoqrafiya olunmalıdır ki, xəstəyə aid diaqnozu müəyyən etmək mümkün olsun”. Telefon danışığı zamanı Sona xanım Maya xanıma qarşı kobudluq etməkdən əlavə, ona qarşı hədsiz dərəcədə hədə-qorxu da gəldi. Hətta o, Maya xanıma “Səndən 3 saylı Şəhər Klinik Xəstəxanasının direktoru Nurəngiz Bəşirovaya şikayət edəcəyəm. Sən bu məsələ ilə bağlı izahat yazıb verəcəksən, zəng edib məni narahat edirsən. Xəstəyə “İmtina” cavabı verilibsə, deməli bu qanunidir” dedi. Belə olan halda biz bu məsələ ilə bağlı DİN-nin “102” xidməti-zəng mərkəzinə, hətta Asim Cənnətovun özü isə TƏBİB-in 1542 - “Qaynar xətt” xidmətinə müraciət etdi. Çox təəssüflər olsun ki, etdiyimiz şikayətlə bağlı bizə “Sona xanımın rəyinə müdaxilə edə bilmərik” deyə cavab verdilər. Deməli, Sona xanım bu cür addımı ilə təkcə bizi deyil, neçə-neçə xəstələrin TƏBİBdən narazı qalmalarına səbəb olur. Artıq Asim Cənnətov belə qərara gəlib ki, o, dövlətdən aldığı əməkhaqqından hər ay tibbi sığortaya görə tutulan pullların dayandırılmasını tələb etsin. Çünki, oğlum hər ay tibbi sığortaya pul ödəyir ki, səhhətində problem əmələ gələrkən sığorta onu qarşılasın. Yəni, bu Sona xanımın deyil, birbaşa qanunun tələbidir. Deməli Sona xanım TƏBİBdə vəzifə səlahiyyətindən sui-istifadə edir və o, xəstələrə “imtina” cavabı yazır ki, xəstələr dövlət və yaxud da özəl səhiyyə müəssisələrinə üz tutub pul verməyə məcbur olsunlar. Bu da onu ehtimal etməyə əsas verir ki, Sona xanım həmin tibb müəssisələri ilə işbirliyi qurub və o, xəstələrin ödədikləri pullardan özünə faiz pulu alır. Belə bir səbəblərdən də o,  xəstələri bu cür oyunlara düçar edir.

    Həmin gün TƏBİBin çağrı mərkəzinə növbəti dəfə zəng etməli olduq və bu dəfə telefon zəngimizə Tural Əhmədli cavab verdi. Bu şəxslə qeyd olunan mövzuda danışdıq və Tural Əhmədli bizi normal şəkildə dinlədi. Elə ki, təkrar çağrı mərkəzini yığdıq, bu dəfə isə telefon zəngimizə Leyla Gülməhəmmədova cavab verdi və onunla da bu mövzuda xeyli danışmalı olduq. Danışığımız zamanı Leyla  xanıma bildirdik ki, Sona xanım hansı əsasla “imtina” cavabı yazıb. Faciə o oldu ki, o, ünvanladığımız suala “Mən Sona xanımı tanımıram” cavabını verdi. O halda sual olunur ki, bir qurumun çağrı mərkəzində işləyən şəxs, necə olur ki, həmin qurumda səlahiyyətli vəzifə sahibi olan, hansı ki, insanları TƏBİBdən, dövlətdən, siyasi hakimiyyətdən kütləvi şəkildə narazı salan Sona xanımı tanımır? Görəsən buna nə ad vermək olar? Qeyd edim ki, gün ərzində bir neçə dəfə TƏBİBin “1542” çağrı mərkəzinə  zəng vurduq ki, qarşı tərəfdən sualımıza hansısa formada cavab əldə edə bilək. Çox təəssüflər olsun ki, çağrı mərkəzində çalışanların yalnız bir cavabı oldu “Sona xanım “imtina” qərarı veribsə, deməli nəticə dəyişməyəcək. O halda başa düşdük ki, Sona xanım “kəsdiyi başa zaval yoxdur”. Bəli, düşündürücü hal odur ki, vətəndaş dövlət qurumunda işləyir və hər ay aldığı əmək haqqından tibbi sığortaya pul ödəyir. TƏBİBdə səlahiyyətli vəzifə sahibi olan Sona xanım isə, vətəndaşın səhhətində əmələ gələn problemin pulsuz aradan qaldırılmasının üstündən, məhz öz düşüncəsinə, öz yanaşmasına və s. uyğun şəkildə xətt çəkib, “imtina” cavabı yazır.  O halda sual olunur ki, nəyə görə hər ay vətəndaşdan tibbi sığorta pulu alınır? Əslində, Sona xanım xəstələrə qarşı bu cür aqressiya nümayiş etdirməklə, möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının rəhbərliyi altında dövlətimizin həyata keçirdiyi sosial siyasətə qarşı çıxmış olur. Söylənilənlərə görə, bu xanım əksər xəstələrə “imtina” cavabı verir və daha sonra həmin xəstələrin ad və soyadlarını uyğun səhiyyə müəssisələrinə ötürür. Elə ki, xəstələr səhiyyə müəssisəsində kontraslı kompyuter-tomoqrafiya olunurlar, o halda müəyyən məlumatlar və xəstələrin ödədikləri ödənişlərin müəyyən faizi Sona xanıma çatdırılır.  Bəli əksəriyyət danışır ki, xeyli vaxt olar ki, tərəflər bu qaydanı düzüb qoşublar və belə bir yolla da xəstələrə “badalaq” gəlirlər.

    Onu da bildirim ki, biz Tural Əhmədli ilə danışarkən o, şəxsən mənə “Müəllim, sığorta biz tərəfdən o halda qəbul olunur ki, sənədlərdə həkim rəyi olmalıdır” dedi. Bu şəxsə cavabımda bildirdim ki, 3 saylı Şəhər Klinik Xəstəxanasının həkimi Bayram Xandamovun oğlumun səhhətində əmələ gələn problemlə bağlı yazdığı rəy var, daha nə lazımdır? Bu şəxsə onu da bildirdim ki, Bayram həkim rəydə yazıb ki, “xəstə Asim Cənnətovun qarın nahiyəsində baş verən ağrıları müəyyən etmək üçün, o, mütləq kontraslı kompyuter-tomoqrafiya olunmalıdır ki, xəstənin diaqnozunu müəyyən etmək mümkün olsun” deyə qeyd olunub. Deməli, oğluma aid sənədlərdə həkim rəyi olsa da, Sona xanım elə bir təsir imkanına sahib olan vəzifə sahibidir ki, o, sonda da “imtina” qərarını dəyişdirmədi. Bu da ondan xəbər verir ki, bu cür addımların atılması vətəndaşları həm TƏBİBə, həm də dövlətimizin həyata keçirdiyi sosial siyasətə qarşı çıxarmalarına yollar açır. O halda sual olunur ki, görəsən  TƏBİB-in icraçı direktoru cənab  Vüqar Qurbanov, tabeliyində çalışan  Sona xanımın minbir oyunlarından, onun xəstələri  hansı olmazın bəlalara düçar etməsindən xəbəri varmı? Əgər yoxdursa o halda biz yazıb deyirik ki,  cənab  Vüqar Qurbanov!  TƏBİB-in səlahiyyətlisi olan Sona xanım nə qanun-qaydanı, nə də ki, ölkə rəhbəri İlham Əliyev cənablarının 13 may 2022-ci il tarixdə imzaladığı Fərmandan irəli gələn tələbləri saya salmır.  Yazıda adı keçən hər kəsin mövqeyini dinləyə bilərik.                      

Mövzuya qayıdacağıq. Bizi izləyin.


GundemXeber.Az

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Rəsmi iş yeri olmayanlar icbari tibbi sığortadan yararlana bilər?

    Rəsmi iş yeri olmayanlar icbari tibbi sığortadan ...

    28-01-2022, 12:40

  • 
  • İcbari tibbi sığorta ilə bağlı işçi qurupu yaradıldı

    İcbari tibbi sığorta ilə bağlı işçi qurupu ...

    26-02-2014, 12:29

  • 
  • Ramin Bayramlının istefa ərizəsi qəbul edilib

    Ramin Bayramlının istefa ərizəsi qəbul edilib ...

    13-09-2021, 12:54

  • 
  • TƏBİB-də yoxlamalar aparılır - RƏSMİ

    TƏBİB-də yoxlamalar aparılır - RƏSMİ ...

    29-07-2021, 16:30

  • 
  • Xəstəxanalarda ödənişlər kartla aparılacaq

    Xəstəxanalarda ödənişlər kartla aparılacaq ...

    19-02-2020, 13:29


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (354)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu