Sumqayıt, 21 avqust (GundemXeber.Az). Milli Məclisə seçkilərdə ilk dəfə səs verəcək gənclərlə möhtəşəm görüş keçirildi.
Dünən axşam saytlarda 42 saylı Sumqayıt Birinci Seçki Dairəsindən Milli Məclis üzvülüyünə müstəqil namizəd olaraq seçkilərə qatılan iqtisad elimləri namizədi Abdullayev Kamil Xaliq oğlunun, şəhərin 4-cü mkr-n ərazisindəki məhəllələrin birində gənc seçicilərlə fərqli görüşü keçirildi. Səmimi keçrilən görüşdə daha çox gənc nəslin nümayəndələri iştirak etdiklərindən, görüş məzmun və mahiyyət etibarilə hər kəsin diqqətini daha çox cəlb etdi.
Müstəqil namizədin görüşündə iştirak edən gənclər ilk baxışdan Kamil Abdullayevin 42 saylı Sumqayıt Birinci Seçki Dairəsini Milli Məclisdə təmsil etməsini tam səmimi olaraq, dilə gətirdilər. Görüşdə çıxış edən namizəd gənclərin ünvanladığı sualları cavablandırdı və Milli Məclisə keçiriləcək seçkilərdə fəallığını təmin etmək məqsədi ilə təklif və tövsiyələrini bildirdi. Həmin görüşdən əldə etdiyimiz video çəkilişi təqdim edirik:
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?