Hörmətli oxucular! Artıq ölkəmizdə növbədənkənar parlament seçkilərinin keçiriləcəyi günə bir həftədən bir qədər çox vaxt qalıb. Belə bir səbəbdən də, ayrı-ayrı seçki dairələri üzrə potensial namizədlərin seçicilərlə görüşləri davam etdirilir ki, bu da seçici aktivliyinin artmasına təsir edən əsas səbəblər olur.
Bu sırada 42 saylı Sumqayıt Birinci Seçki Dairəsindən müstəqil namizəd olaraq seçkilərə qatılan Abdullayev Kamil Xaliq oğlunun seçicilərlə keçirdiyi görüşlər də, yerlərdə rezonas doğurmaqdadır.
Belə ki, dünən saat 18:00-da Sumqayıt şəhəri, 6-cı mkr-n ərazisindəki məscidə yaxın ərazidə, daha dəqiq desək 27-ci binanın arxa hissəsindəki xeyr-şər evində seçicilərlə keçirilən görüş daha yaddaqalan oldu. Çünki, seçicilərin müstəqil namizəd Kamil Abdullayevə daha çox ünvanladıqları suallar, məhz seçicilərin seçki prosesində fəal iştirak etməmələri ilə bağlı idi. Bəli, bu yöndə ünvanlana suallara tam şəkildə aydınlıq gətirildi və o da qeyd olundu ki, seçki günü seçici aktivliyinin zəif olması ümumi nəticələrə təsir edən əsas səbəblər olur.
Ona görə də, müstəqil namizəd Kamil Abdullayev bu yöndə ünvanlanan hər bir sualı dolğun və əhatəli şəkildə cavablandırdıqdan sonra, o, görüşdə iştirak edən hər kəsi seçki günü fəallıq nümayiş etdirməyə dəvət etdi. Bundan əlavə, seçicilərin daha çox narazılıqla ifadə etdikləri fikirlərdən biri də, 42 saylı Sumqayıt Birinci Seçki Dairəsindən millət vəkili olan şəxsin, məhz ötən illər ərzində onlara qarşı olduqca etinasızlıq nümayiş etdirməsi müzakirə olundu.
Yəni, seçicilər görüş zamanı millət vəkili olan şəxsin onlara vəkillik etmədiyini dilə gətirdilər. Söz yox ki, bu kimi məsələlərdə seçicilərin haqlı olmaları danılmaz faktlardır.
Qeyd edək ki, dünən xeyr-şər evində seçicilərlə müstəqil namizəd Kamil Abdullayevin görüşü zamanı, bu şəxs millət vəkili seçiləcəyi təqdirdə fəaliyyət istiqamətlərinin bütün detallarını hər kəsə izah etdi və o, onu da bildirdi ki, “millət vəkili seçilməsəm belə, yenə də hər kəsin probleminin həlli yöndə imkanım daxilində dəstək olmağa hazıram”. Bəli, bu da onu deməyə əsas verir ki, Kamil Abdullayev təkcə millət vəkili olmaq üçün deyil, həm də millətin vəkili olmaq uğrunda mübarizə aparan şəxsdir.
Hörmətli seçicilər!
01 sentyabr günü fəal olun, seçki məntəqələrinə gedin, əsl namizədə, yəni təkcə millət vəkili olmaq üçün deyil, həm də millətin vəkili olmaq uğrunda mübarizə aparan müstəqil namizəd Kamil Abdullayevə səs verin!. Siz bu şəxsə səs verməklə, Milli Məclisdə bir çox məsələ və problemlərinizin səsləndirilməsinə, həllinə və s. nail olacaqsınız. Odur ki, həmin gün düzgün seçim etməyi unutmayın, bir sözlə gələcəyinizə səs verin!
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?