Dünən saat 18:00-da 42 saylı Sumqayıt Birinci Seçki Dairəsindən müstəqil namizəd olaraq seçkilərdə iştirak edən Abdullayev Kamil Xaliq oğlunun, şəhərin 1-ci mkr-n ərazisindəki xeyr-şər evində seçicilərlə görüşü keçirildi.
Həmin görüşdə daha çox yaşlı nəslin nümayəndələri iştirak etdiklərindən, görüş məzmun və mahiyyət etibarilə hər kəsin diqqətini daha çox cəlb etdi.
Buna əsas verən başlıca səbəb o oldu ki, yaşlı nəslin nümayəndələri bu günə kimi Milli Məclisə keçirilən seçkilərdə iştirak edən və 42 saylı Sumqayıt Birinci Seçki Dairəsindən millət vəkili olan şəxslərin öz seçicilərini unutduqlarını, onların qayğı və problemləri ilə maraqlanmadıqlarını dilə gətirmələri oldu.
Bəli, əslində bu cür yanaşmalar, irəli sürülən ittihamlar və s. onu deməyə əsas verir ki, seçicilər mövqelərində haqlıdırlar. Qeyd edək ki, keçirilən görüş zamanı seçicilərin ünvanladıqları hər bir sual, hər kəsi maraqlandıran aktual məsələlər və s. deputatlığa namizəd Kamil Abdullayev tərəfindən əhatəli şəkildə cavablandırıldı.
Bir sözlə, keçirilən görüş məzmun və mahiyyət etibarilə olduqca əhəmiyyətli oldu və seçicilərin hər birində xoş əhvali-ruhiyyə yarandı.
Ümumi müşahidələr, seçicilərdə formalaşan xoş əhvali –ruhiyyə, seçicilərin müstəqil namizəd Kamil Abdullayevə bəslədikləri münasibətin varlığı onu göstərdi ki, seçicilər 1 sentyabr günü düzgün seçim edəcəklər və onlar öz səslərini, məhz bu namizədə verəcəklər.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?