Bu gün ATƏT-in uzun müddətli missiyasının nümayəndələri xanım Ann Merill və cənab Cerard Bakleyrin Tərtərdə Milli Məclis üzvülüyünə namizəd Şəhriyar Məcidzadə ilə görüşü olub. Görüş əsnasında alternativ namizəd olan Anar Məmmədovun 8 avqust tarixindəki seçki pozuntusu, Şəhriyar Məcidzadənin sosial şəbəkələrdə yayımladığı seçki kampaniyasının doğurduğu böyük rezonans, 97 saylı seçki dairəsində seçici aktivliyi, həmçinin seçicilərlə görüş müzakirə olunub. Gedən proseslərdən məlum olur ki, 97 saylı Tərtər - Ağdərə - Goranboy seçki dairəsində namizədlər arasında qalmaqallar beynəlxalq səviyyədə diqqət mərkəzindədir. Hər bir seçici bilməlidir ki, verdiyi səsi qorusa, o halda istədiyi namizədi parlament kürsüsündə görə bilər.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?